Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə39/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Dərs 8 / Mövzu 7:
 İŞ MASASI 
 
Dərsin effektivliyini artırmaq üçün proyektordan istifadə edilə bilər. Mövzunu şərh 
edərkən iş masasını proyektor vasitəsilə nümayiş etdirmək faydalı olardı. Bu zaman 
qeyd etmək lazımdır ki, kompüteri işə salandan sonra ilkin olaraq əməliyyat sistemi 
yüklənir. Ekranda açılan ilk pəncərə isə “iş masası” adlanır. Qeyd etmək lazımdır ki, 
kompüter yeni formatlandıqda və ona əməliyyat sistemi yenidən yazılanda, adətən, 
iş masasında cəmi bir neçə simgə olur. Müəllim iş masasını və ora simgələrin necə 
çıxarıldığını nümayiş etdirə bilər. Şagirdlərə iş masasının funksiyalarını izah etmək 
üçün onu adi iş masası ilə müqayisə etmək daha məqsədəuyğundur. Kompüterin iş 
masasında olan obyektləri sadalamaqla onları adi iş masasının üzərindəki əşyalarla 


49
müqayisə etmək olar. Dərs praktik bacarıqları formalaşdırdığı üçün onun kompüter 
sinfində keçilməsi məqsədəuyğundur. 
Şagirdlər ibtidai siniflərdə kompüterə aid bəzi mövzularla tanış olmuşlar. 
Onların biliklərini aktivləşdirmək və bilik səviyyələrini yoxlamaq üçün diaqnostik 
qiymətləndirmə keçirilməsi məqsədəuyğundur. Bunun üçün müəllim şagirdlərdən 
ekranda açılan ilkin təsviri adlandırmağı xahiş edə bilər. Bu zaman o, dərslikdə ve-
rilmiş şəkli şərh edə və şagirdlərə adi iş masasının üzərində hansı əşyaların olduğu 
barədə suallar verə bilər. Burada məqsəd kompüterin iş masası ilə analogiya 
yaratmaqdır. Virtual obyektləri real obyektlərlə müqayisəli şəkildə izah etmək daha 
məqsədəuyğundur. Dərslikdə verilmiş suallarla bağlı müzakirə təşkil etmək olar. 
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirən zaman şagirdlər 
kompüterin qarşısında cütlərlə əyləşdirilə bilərlər. Bu onlarda informativ-kommunikativ 
bacarıqların formalaşdırılmasına da kömək edər. Kompüterlərin sayı imkan verərsə, şa-
girdlər tək-tək də işləyə bilərlər. Bu tapşırığın məqsədi odur ki, şagirdlər kompüterin iş 
masası ilə tanış olsunlar və orada hansı simgələrin olduğunu müəyyən etsinlər. Simgənin 
seçdirilməsi, yerinin dəyişdirilməsi kimi praktik vərdişlərə yiyələnsinlər. Bu tapşırığı 
yerinə yetirməzdən əvvəl müəllim sual-cavabla şagirdlərin aşağı siniflərdən uyğun 
bacarıqları nə dərəcədə mənimsədiklərini yoxlaya bilər. Şagirdlər aşağı siniflərdən “iş 
masası” və “simgə” anlayışları ilə tanış olduqlarından tapşırığın şərtində bu sözlərdən isti-
fadə olunması heç bir çətinlik yaratmamalıdır. Əks halda müəllim uyğun izahat verə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin