60
Praktik işlər zamanı nəticəni müəllim və valideynə nümayiş etdirmək üçün şagirdlərin
şəxsi istifadəsi məqsədi ilə 512 Mbayt – 1 Gbayt tutumu olan fləş-yaddaşların əldə edil-
məsi məqsədəuyğundur. Şagirdlər sinifdə yerinə yetirdikləri tapşırıqları evdə davam
etdirmək məqsədi ilə faylı fləş-yaddaşa yaza bilərlər. Növbəti dərs isə evdə görülmüş işi
fləş-yaddaşda müəllimə təqdim etmək olar.
Şagirdlər qrafik redaktorda iş bacarıqları ilə aşağı siniflərdən artıq tanışdırlar. Bu
bacarıqların səviyyəsini müəyyənləşdirmək üçün müəllim dərsin əvvəlində diaqnostik
qiymətləndirmə apara bilər. Bunu qısa vaxt ərzində sual-cavabla, yaxud sadə praktik
tapşırıqlarla həyata keçirmək olar. Qiymətləndirmənin nəticəsindən asılı olaraq
müəllim veriləcək tapşırıqların səviyyəsini müəyyənləşdirə bilər.
Dərsdən əvvəl müəllim bütün kompüterlərdə
Paint
proqram simgəsini iş masasına çı-
xarır. Təlim məqsədlərini daha effektiv reallaşdırmaq üçün müəllimə tövsiyə olunur
ki, bütün praktik dərslərdə vacib bacarıqlar proyektorla nümayiş etdirilsin.
Müəllim şagirdlərlə aşağı siniflərdən qrafik redaktorda iş bacarıqlarını yoxlamaq üçün
müxtəlif üsullarla diaqnostik qiymətləndirmə apara bilər. Bununla da müəllim
qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərə veriləcək praktik tapşırıqların
səviyyəsini müəyyənləşdirmək imkanı əldə edir.
Müəllim mövzuya başlayarkən aşağı siniflərdə şagirdlərin qrafik redaktorda han-
sı işlər gördüklərini soruşa bilər. Kompüterdə çəkilmiş şəkli sonradan istifadə etmək
üçün yaddaşda saxlamağın vacibliyi barədə suallar vermək olar.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın əsas məqsədi şagirdlərin
qrafik redaktorda iş bacarıqlarını yada salmaq və onları dərinləşdirməkdir. Tapşırıq
iki mərhələdən ibarətdir: əvvəlcə
Paint
proqramında şəkil çəkilir, sonra isə çəkilmiş
şəkil yaddaşda saxlanılır. Bunun üçün şagirdlər
Paint
proqramının iş masasında olan
simgəsini seçdirir və proqramı başladırlar. Müəllim
Paint
qrafik redaktorunda şəkil
çəkmək üçün seçiləcək alətlər barədə istiqamətləndirici suallar verə bilər. Məsələn:
“Karandaş və Fırça alətlərinin oxşar və fərqli cəhətləri nədir?”
Müəllim faylın saxlanması ilə əlaqədar yaranan suallara proyektor vasitəsilə izahat verə
bilər. Kompüterin yaddaşında saxlanılan şəkil sonrakı dərslərdə istifadə olunacaqdır. Ona
görə də faylın hansı qovluqda saxlanılmasını şagirdlərə dəqiq göstərmək lazımdır.
Dostları ilə paylaş: