53
şagirdlərə kontekst menyusu, onun açılması ilə bağlı istiqamətləndirici suallar verə
bilər. Fəaliyyət vaxtı şagirdlərdə yaranacaq suallara əyani olaraq cavab vermək üçün
müəllimə proyektordan istifadə etmək tövsiyə olunur.
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin təd-
qiqat işində qazandıqları yeni bacarıqlarla bağlı yaranan sualların və çətinliklərin
aşkarlanıb müzakirə edilməsi tövsiyə olunur.
Şagirdlər, adətən, qovluğun adını dəyişdirərkən siçanın sağ düyməsini simgənin
üstündə deyil, kənarda çıqqıldadırlar. Bu onların
kontekst menyusu ilə iş
təcrübələrinin az olması ilə əlaqədardır. Müəllimin bu bacarığı bir neçə dəfə nümayiş
etdirməsi şagirdlər üçün faydalı olardı. Qovluğun adının dəyişdirilməsində başqa bir
çətinliklə də qarşılaşmaq olar: kontekst menyusundan
Rename
bəndini
çıqqıldatdıqdan sonra qovluğun adı seçdirilmiş olur. Şagirdlər çaşaraq qovluğun
adını bir daha seçdirməyə çalışırlar. Bu zaman seçdirmə rejimi adi rejimə keçir. Ona
görə də şagirdlərə məsləhət görmək olar ki,
Rename
bəndini çıqqıldadandan sonra
siçana toxunmaq lazım deyil. Sadəcə, istədiyiniz adı yazmaq lazımdır. Qovluğun
adını dəyişmək üçün başqa üsul da vardır. Məsələn, siçanın göstəricisini qovluğun
simgəsinin üzərinə gətirib iki dəfə (fasilə ilə) çıqqıldatmaqla onun adını dəyişdirmək
olar. Lakin indiki mərhələdə bu bacarığın reallaşdırılması tövsiyə olunmur. Çünki
şagirdlər iki dəfə (fasilə ilə) çıqqıldatmanı
qo
ş
a çıqqıltı
ilə qarışdıra bilərlər.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar oxuna
bilər. Dərslikdə “fayl” anlayışı ilkin təsəvvürlər yaratmaq səviyyəsində verilmişdir.
Müəllim məqsədəuyğun
hesab edərsə, lövhədə fayl və qovluğun tərifini yaza bilər.
Fayl – kompüterin xarici yadda
ş
ında veril
ə
nl
ə
r toplusu
şə
klind
ə
saxlanılan
obyektdir. Qovluq – dig
ə
r qovluqları v
ə
faylları özünd
ə
qrupla
ş
dıran obyektdir.
Müəllim proyektordan istifadə etməklə müxtəlif fayl və qovluqların simgələrini nü-
mayiş etdirə bilər. Fayl və qovluqların yaradılması, saxlanması, açılıb-qapadılması,
adının dəyişdirilməsi, uzaqlaşdırılması, simgəsinin yerinin dəyişdirilməsi və surəti-
nin çıxarılması əməliyyatlarını proyektor vasitəsilə nümayiş etdirmək çox vacibdir.
Bu zaman şagirdlər müəllimin icra etdiyi əməliyyatları öz kompüterlərində təkrar
etməklə bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığın müəllimin şərhi ilə
yerinə yetirilməsi daha məqsədəuyğundur. Faylları açarkən sistem özü uyğun tətbiqi
proqramı başladır. Bunu nümayiş etdirməklə müəllim müvafiq izahatlar verə bilər.
Dərsin bu mərhələsində şagirdlərə yaradıcı tapşırıq da təklif etmək olar: hər şagird
özü üçün iş masasında qovluq yaradır və onun simgəsini dəyişir.
Bunun üçün
qovluğun kontekst menyusundan istifadə etmək olar:
Properties
bəndini seçdikdən
sonra
Change Icon
düyməsini çıqqıldatmaq lazımdır.
Müəllim bu tapşırığı şagirdlərlə paralel olaraq icra edə və
proyektorda göstərə bilər.
Dostları ilə paylaş: