Diferensial təlim . Təlim nəticələri yüksək olan şagirdlər kontekst menyusu vasitə-
silə iş masasının fonunu, ekran qoruyucusunu və iş masasındakı simgələrin ölçü-
lərini dəyişmək tapşırığını yerinə yetirə bilərlər.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıqda kontekst menyu-
sunda olan komandalar tədqiq olunur. Müəllim şagirdlərə hər hansı bir tətbiqi
proqramın menyusu ilə də tanış olmağı tapşıra bilər.
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş
tapşırıqların cavablarını müzakirə edə bilər. 3-cü sualın cavabı “alt menyu”, 4-cü
sualın cavabı isə “müvafiq komanda seçilmişdir”.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym ə tl ə ndirm ə meyarları : şərhetmə, kompüterdə işləmə
I səviyyə II səviyyə III səviyyə IV səviyyə Kompüterdə “menyu”
anlayışını şərh etmək-
də çətinlik çəkir.
Kompüterdə “menyu”
anlayışını müəllimin
köməyi ilə şərh edir.
Kompüterdə “menyu”
anlayışını şərh edərkən
kiçik səhvlərə yol verir.
Kompüterdə
“menyu” anlayışını
şərh edir.
Kompüterin baş
menyusundan proq-
ramları başlatmaqda
çətinlik çəkir.
Kompüterin baş
menyusundan proq-
ramları müəllimin
köməyi ilə başladır.
Kompüterin baş
menyusundan proqram-
ları başladaraq kiçik
səhvlərə yol verir.
Kompüterin baş
menyusundan proq-
ramları sərbəst
başladır.
Obyektin kontekst
menyusundan istifadə
etməkdə çətinlik
çəkir.
Obyektin kontekst
menyusundan
müəllimin köməyi ilə
istifadə edir.
Obyektin kontekst
menyusundan istifadə
edərək kiçik səhvlərə
yol verir.
Obyektin kontekst
menyusundan
düzgün istifadə
edir.