3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
Hörmətli müəllimlər! Təqdim olunan 5-ci siniflər üçün dərslik komplekti dərslik və
müəllim üçün metodik vəsaitdən ibarətdir. Aşağıda dərsliyin və bu dərslikdən daha
effektiv istifadə üçün nəzərdə tutulan müəllim üçün metodik vəsaitin bəzi xüsusiy-
yətlərini diqqətinizə çatdırırıq.
DƏRSLİK
•
Təlim materialları idrak taksonomiyasının mərhələlərinə uyğun olaraq qruplaşdı-
rılmışdır.
•
Qruplaşdırılmış təlim materialları fəal təlimin mərhələləri üzrə yerləşdirilmişdir
və şagirdə müstəqil təlim üçün imkan yaradır.
•
Təlim materialları kurikulum sənədində informatika fənni üzrə məzmun standart-
larının reallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğun hazırlanmışdır.
•
Dərslikdə hər mövzu üzrə təlim materialları aşağıdakı ardıcıllıq və prinsiplə qrup-
laşdırılmışdır:
–
maraq oyatma (motivasiya)
. Mövzunun tətbiqləri ilə bağlı maraqlı
vəziyyət və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla
yekunlaşır;
–
fəaliyyət üçün tapşırıq
. Maraq yaradılan hadisələrin araşdırılmasına,
bu hadisələrin səbəb-nəticə əlaqələrinin kəşf edilməsinə yönəlmiş
tədqiqat xarakterli tapşırıqlardan ibarətdir. Praktik dərslərdə fəaliyyət
tapşırığı alqoritm şəklində verilir və hər bir addımın nəticəsi qeyd
olunur;
–
yeni terminlər
. Mövzuda istifadə olunan mühüm anlayış və terminlər
verilir;
–
izahatlar.
Fəaliyyət zamanı kəşf etdiyiniz faktlarla bağlı bəzi açıqla-
malar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahatlar, təriflər,
qaydalar, düsturlar, bir sözlə, dərsin əsas məzmunu burada verilir;
|