Microsoft Word Info-5 mv az (11-07-20). docx


Yarımillik və illik qiymətlərin hesablanması



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Yarımillik və illik qiymətlərin hesablanması 
Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar 
əsasında yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə 
uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. 
Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və 
“Məktəbli kitabçası” nda yazılır. 
Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik 
summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır: 
𝑌 =
𝑘𝑠𝑞 + 𝑘𝑠𝑞 + ⋯ + 𝑘𝑠𝑞
𝑛
Y- təhsilalanın yarımillik üzrə balını; 
𝑘𝑠𝑞 , 𝑘𝑠𝑞 , . . , 𝑘𝑠𝑞
– hər kiçik summativ qiymətləndirmədə toplanmış balların 
miqdarı; 
n
– kiçik summativ qiymətləndirmələrin sayını bildirir. 
Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və 
böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi 
hesablanır: 
𝑌 =
𝑘𝑠𝑞 + 𝑘𝑠𝑞 + ⋯ + 𝑘𝑠𝑞
𝑛

40
100
+ 𝐵𝑆𝑄 ∙
60
100


19
BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə 
toplanmış balların miqdarı. 
Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır 
və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə 
müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda 
yazılır. 
İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə 
keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən 
qaydalarla tənzimlənir. 
Toplum halında qiymətləndirmə (portfolio) 
Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını ən obyektiv şəkil-
də qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına 
nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir. Bunun üçün hər şagirdə bir 
qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü tərəfindən bu 
qovluğun içinə yığılır. Bu materiallar dərsin mövzuları üzrə çalışma və tapşırıqlar-
dan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından, özü-
nüqiymətləndirmə formalarından, dərsdənkənar praktik tapşırıqlardan və s.-dən 
ibarət ola bilər.
İnformatika dərslərində portfolioların başqa bir formasından – elektron portfoliolar-
dan da geniş istifadə edilməsi tövsiyə olunur. Bunun üçün hər bir şagird üçün 
kompüterdə öz adı ilə qovluq yaradılır və kompüterdə icra etdiyi bütün işlər ora yer-
ləşdirilir. Bu portfolionun ən üstün cəhəti ondadır ki, şagird istədiyi zaman onun 
surətini şəxsi fləş-yaddaşına yazıb evdə işini davam etdirsə, yaxud valideynlərinə 
göstərə bilər.



20

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin