21
TƏDQİQATIN APARILMASI
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri kiçik qruplara bölür. O, qrupların hər
birinə dərsliyin “Fəaliyyət” hissəsində olan tapşırıqların birini, yaxud alternativ
tapşırıqlar verə bilər.
Alternativ tap
ş
ırıqlar.
– Məktəbinizi müxtəlif cür təsvir edin.
– Qrupun üzvlərini müxtəlif cür təsvir edin.
Diferensial təlim
. Sağlamlıq imkanları məhdud olan şagirdlər qrup müzakirələrində
iştirak edə, iş vərəqlərində obyektin şəklini çəkə, yaxud onun haqqında nə isə yaza
bilərlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupun nümayəndəsi işi təqdim edir. Şagirdlər dərslikdə verilmiş fəaliyyət tap-
şırığını şəkil çəkməklə, sözlərlə, yaxud sxem çəkməklə yerinə yetirə bilər. Məlumat
mübadiləsi baş verir. Müəllim və digər qruplar çıxış edənə suallarla müraciət edə
bilər.
I qrupa
:
–
İnformasiyanı hansı formalarda təqdim etdiniz? Futbol meydançasındakı oyun-
çuların yerini necə göstərmək olar? Futbol meydançasının ölçülərini göstərmək
üçün meydançanın özünü çəkməyə ehtiyac varmı?
II qrupa
:
–
Keçiləcək dərsləri nə zaman cədvəllə göstərmək əlverişli olur? Əgər valideynini-
zi hər gün dərsinizin qurtardığı vaxt maraqlandırırsa, ona gün ərzində keçilən
dərsləri sadalamağa ehtiyac varmı? Bu zaman ona informasiyanı necə təqdim
etmək olar?
III qrupa
:
–
Məktəbdən evə getdiyin yolu dostuna necə başa sala bilərsən? Əgər məktəbdən
eviniz görünürsə, onun yerini bildirmək üçün ən münasib forma hansı ola bilər?
IV qrupa
:
–
Sevdiyiniz dondurmanı almaq üçün onu satıcıya necə bildirmək olar? Əgər bu
dondurmanı özünüz hazırlamaq istəsəniz, sizə onun haqqında hansı informasiya-
lar daha faydalı ola bilər?
Dostları ilə paylaş: