LOGO dili vasitəsilə öyrənirlər. Dərslik komplektinə LOGO dilinin
Azərbaycan versiyası əlavə olunur.
ALPLogo adlanan bu proqram müəlliflər
tərəfindən hazırlanmışdır və onun son versiyasını
www.bakineshr.az , yaxud
www.informatik.az saytlarından pulsuz yükləmək olar. Arxiv faylını açdıqdan sonra
proqramı kompüterin C diskinə, sadəcə, köçürmək lazımdır (quraşdırmağa ehtiyac
yoxdur). ALPLogo proqramının digər xarici proqramlardan ən mühüm fərqi ondadır
ki, bu proqramda komandalar Azərbaycan, ingilis və rus dillərində yazıla bilər.
Sistem hər üç dili qəbul edir.
5-ci fəsil tam olaraq İnternetə həsr edilmişdir. Artıq məktəblərin əksəriyyətinin
İnternetə qoşulduğunu nəzərə alsaq, bu dərslərin keçilməsi heç bir problem yaratmır.
Müəllim uşaq və tədris saytları ilə yanaşı, başqa maraqlı saytlardan da istifadə edə
bilər. Belə saytların ünvanları mövzular üzrə tövsiyələrdə göstərilmişdir.
V sinif üzrə informatika fənn kurikulumu V sinfin sonunda şagird: •
informasiyaların sadə işarələrlə kodlaşdırılması haqqında biliklərini nümayiş
etdirir;
•
informasiyaların qəbul edilməsi üsulları haqqında biliklərini nümayiş etdirir;
•
obyektin informasiya modelinin növlərinə dair bacarıqlar nümayiş etdirir;
•
alqoritmləşdirmə və sadə proqramlaşdırma mühitində tətbiq bacarıqları nümayiş
etdirir;
•
kompüterin əməliyyat sistemlərinə dair bacarıqlar nümayiş etdirir;
•
mətn və qrafik redaktorda işləmək bacarıqları nümayiş etdirir;
•
internetdə sadə tapşırıqları icra edir;
•
informasiya resurslarının əlamətləri və əhəmiyyətinə dair biliklərini nümayiş
etdirir.
1. İnformasiya və informasiya prosesləri 1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir. 1.1.1. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasını izah edir.
1.1.2. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasına aid nümunələr
göstərir.
1.1.3. İnformasiyaların həcminin ölçülməsini nümunələrlə izah edir.