Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Dərs 6 / Mövzu 5:
 FƏRDİ KOMPÜTERLƏR 
Şagirdlər ibtidai siniflərdə masaüstü kompüterlərdə işləyiblər. Ona görə də onlar 
kompüterin yalnız bu növü ilə daha yaxşı tanışdırlar. Bu mövzunu keçərkən müəllim 
kompüterlərin fərqli məqsədlər üçün istifadəsini yada sala və onların dünyada artan 
rolunu vurğulaya bilər. Kompüterləri imkanlarına, istifadəçi kontingentinə
ölçülərinə, daşınabilmə imkanlarına və başqa göstəricilərinə görə fərqləndirmək 
olar. Dərslikdə kompüterlərin sadə təsnifatı verilir. Təlim məqsədlərini 
reallaşdırarkən müəllim digər təsnifatlara da toxuna bilər.
Müəllim mövzuya başlamaq üçün şagirdlərdən kompüter haqqında biliklərini 
soruşa bilər. Bunun üçün o, BİBÖ üsulundan istifadə edə bilər. Şagirdlər tanıdıqları 
kompüterlər haqqında fikirlərini, onları harada gördüklərini vərəqdə yazırlar. 
Müəllim bu zaman “İstəyirik bilək” sütununa dərslikdə verilmiş, yaxud əlavə yaran-
mış sualları daxil edə bilər. 
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın əsas məqsədi şəkildəki 
kompüterlərin 
fərqli 
və 
oxşar 
cəhətlərini 
müəyyənləşdirməkdir. Tapşırıq şəkillər əsasında 
yerinə yetirildiyindən şagirdlər kompüterləri yalnız 
xarici görünüş və hissələrinə görə müqayisə edə 
bilərlər. Tapşırığı qruplarla yerinə yetirmək üçün 
şəkilləri iki-iki qruplara paylamaq olar. Onların 
fərqli və oxşar cəhətləri Venn diaqramının uyğun 
hissələrinə yazıla bilər.
Diferensial təlim
. Evlərində planşet, noutbuk, yaxud ovuciçi kompüteri olan şagird-
lər, təbii ki, bu kompüterlərlə daha yaxından tanışdırlar. Həmin şagirdlərə bu 
kompüterlərin biri haqqında fikirlərini bildirməyi təklif etmək olar.
Müəllim dərsin izahatını kompüterlərin təsnifatına aid təqdimatla başlaya bilər. Əgər 
kompüter otağında İnternet bağlantısı varsa, uşaqlar üçün virtual kompüter muzeylərinə 
“səyahət” təşkil etmək olar (məsələn: 
http://www.esi.uclm.es/museo/index_en.html, 
http://www.computer-museum.ru
). Şagirdləri ilk fərdi kompüterlər və ondan əvvəlki 
elektron hesablama maşınları ilə tanış etmək olar. Planşet və ovuciçi kompüterləri sinfə 
gətirmək imkanı varsa, əyanı olaraq bu kompüterləri nümayiş etdirmək və onların necə 
işlədiklərini göstərmək faydalı olar. Şagirdlərə izah etmək lazımdır ki, informatika 


46
dərsliyinin sonrakı mövzularında kompüterin tərkib hissələri masaüstü fərdi kompüterlərin 
əsasında verilib. Kitabda onlar, sadəcə, “kompüter” adlandırılır. 
Müəllim izahatdan sonra şagirdlərə BİBÖ cədvəlinin “İstəyirik bilək” sütunundakı 
sualların cavablarını “Öyrəndik” sütununda yazmağı təklif edir.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq da Venn diaqramı, 
yaxud aşağıdakı cədvəli doldurmaqla yerinə yetirilə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin