39
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Obyektin informa-
siya modelini izah
etməkdə çətinlik
çəkir
Obyektin informa-
siya modelini
müəllimin köməyi
ilə izah edir.
Obyektin informa-
siya modelini izah
edərkən kiçik
səhvlərə yol verir.
Obyektin informa-
siya modelini
düzgün izah edir.
İnformasiya modelinin
növlərini fərqləndir-
məkdə çətinlik çəkir.
İnformasiya mode-
linin növlərini
qismən fərqləndirir.
İnformasiya modeli-
nin növlərini əsasən
fərqləndirir.
İnformasiya mode-
linin növlərini
düzgün fərqləndirir.
Obyektin informasi-
ya modelinin növlə-
rini nümunələrlə
şərh etməkdə
çətinlik çəkir.
Obyektin informa-
siya modelinin
növlərini müəllimin
köməyi ilə nümunə-
lərlə şərh edir.
Obyektin informa-
siya modelinin bəzi
növlərini nümunə-
lərlə şərh edir.
Obyektin informa-
siya modelinin
növlərini nümunə-
lərlə şərh edir.
Dərs 4 / Mövzu 4:
İNFORMASİYANI ÖLÇMƏK OLARMI?
İnformasiyanın ölçü vahidlərindən danışarkən əvvəlcə onun ölçülməsinin əhəmiyyətini
izah etmək olar. İnformasiya xüsusilə kompüterdə saxlanarkən onun həcmi böyük əhə-
miyyət kəsb edir. 1.1.3 standartında “İnformasiyanın həcminin ölçülməsi” dedikdə onun
ikilik kodlarla kompüterdə tutduğu yer başa düşülür və bu zaman informasiyanın
məzmunu nəzərə alınmır.
Başqa sözlə, informasiyanın həcmi dedikdə,
verilənlərin
kompüterdə tutduğu yer başa düşülür. İnformasiya mətndirsə, onun həcmi mətndə olan
simvolların sayı ilə ölçülür. Təlim məqsədlərini reallaşdırarkən informasiyanın müxtəlif
ölçü vahidləri haqqında məlumatlar verilə bilər. Şagirdlərdə müxtəlif informasiyaları
həcminə görə müqayisə etmək, mətn informasiyalarının həcmini müəyyənləşdirmək və
bir ölçü vahidindən digərinə keçmək bacarıqlarını reallaşdırmaq üçün praktik tapşırıq-
lardan daha geniş istifadə tövsiyə olunur.
Mövzuya başlamaq üçün dərslikdə verilmiş dialoq üzrə diskussiya təşkil etmək
olar. Müzakirə zamanı müəllim şagirdlərdən bəzi kəmiyyətlərin ölçü vahidlərini
soruşa bilər: məsafə, zaman, ağırlıq və s.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda
məqsəd təqdim olunan
mətnin həcminin necə ölçüldüyünü müəyyənləşdirməkdir. Teleqram mətnindəki
simvolların sayını 1 qəpiyə vurmaqla onun ümumi dəyəri tapılır. Əgər simvolların
sayını 1 bayta vursaq, mətnin tutduğu həcmi müəyyən etmiş olarıq. Yəni bu tapşırıq
40
informasiyanın həcmi barədə şagirdlərdə müəyyən təsəvvürlər yaradır.
Mətndə əsas
fikri saxlamaqla sözləri ixtisar edib onun həcmini azaltmaq olar.
Tədqiqat işinin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.
Şagirdlərin müzakirəyə daha fəal cəlb olunmaları üçün “Teleqram mətninin böyüklüyü
onun qiymətinə necə təsir edir? Daha az ödəniş üçün nə etmək lazımdır? Mətndəki
informasiyanın miqdarını necə azaltmaq olar?” və başqa suallar verilə bilər.
Dərsin şərhi zamanı dərslikdə olan mətn oxuna bilər.
Şəkildə kompüterdə
yazılmış “B” hərfinin ikilik kodu göstərilmişdir. Bu zaman izah etmək olar ki,
kompüterdə hər bir simvol ikilik koda çevrilir. Nümunədə verilmiş misal əsasında
müxtəlif mətnlərin həcmi hesablana bilər. İnformasiyanın
bir ölçü vahidindən
digərinə keçirilməsini daha yaxşı izah etmək üçün şagirdlərə hesablama xarakterli
sadə misallar vermək olar.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıqda şagirdlər disketi əldə
etməkdə çətinlik çəkə bilərlər. Bu zaman disket haqqında müəllimin məlumat verməsi
məqsədəuyğundur. Müəllim şagirdlərə müxtəlif tapşırıqlar verə bilər: “Dərsliyin şəkilsiz
və sxemsiz olan bir səhifəsinin hər hansı bir abzasındakı mətnin informasiya həcmini
hesablayın”.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və
tapşırıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. 1-ci tapşırıq şagirdlə-
rin gündəlik həyatda rastlaşdıqları məsələlərlə bağlıdır. İndi, demək olar, hamı DVD
disklərdən istifadə edir. Həcmi 4 Gbayt olan filmi 700 Mbaytlıq disklərə yazmaq
üçün 6 disk lazımdır. 4-cü tapşırıqda isə bütün səhifədə 30 x 60 = 1800 simvol
olduğunu bildikdən sonra onu bitlərlə belə hesablamaq olar: 1800 x 8 = 14 400 bit.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini
qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər:
Qiym
ə
tl
ə
ndirm
ə
meyarları
: şərhetmə, fərqləndirmə, müəyyənləşdirmə
Dostları ilə paylaş: