Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

 
 
1 saat
TƏDRİS VAHİDİ –
1
İNFORMASİYA 


32
Dərs 1 / Mövzu 1:
 İNFORMASİYA NƏDİR 
Tədris ilinin ilk dərsi kimi şagirdləri dərsliyin quruluşu və ondan istifadə qaydaları ilə 
tanış etmək məqsədəuyğundur. Məzmun standartlarını təhlil edərkən görmək olar ki, 
“informasiya prosesləri” məzmun xətti 5-ci sinifdən başlayaraq yuxarı siniflərə qədər 
davam edir və hər sinifdə informasiya proseslərindən birinə daha çox diqqət yetirilir. 
Müəllim dərsə ümumi diaqnostik qiymətləndirmə ilə başlaya bilər. O, qiymət-
ləndirməni sual-cavab şəklində, yaxud sadə tapşırıqlarla da keçirə bilər. Keçirilən 
qiymətləndirmə, eyni zamanda, şagirdlərin aşağı siniflərdən öyrəndikləri bilikləri 
aktivləşdirməyə xidmət edəcəkdir. Müəllim informasiyanın qəbulunda duyğu üzvlə-
rinin rolunu gündəlik həyatdan nümunələr göstərməklə şərh edə bilər.
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan in-
formasiyalara və onların əhəmiyyətinə yönəldə bilər. Şagirdləri aktivləşdirmək 
üçün şəkil üzrə iş təşkil etmək mümkündür. Bunun üçün müxtəlif sualların 
verilməsi faydalı olardı. Müsahibə zamanı müəllim sinfin səviyyəsi barədə ilkin 
təsəvvürlər yaratmaqla öz fəaliyyətində müəyyən dəyişikliklər edə bilər. “Daha 
hansı ... ?”, “Nəyə görə ... ?” tipli suallarla müəllim şagirdləri yoxlaya bilər. 
Adətən, bu cür suallar dialoqu davam etdirməyə kömək göstərir. 
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirmək üçün araş-
dırılan sual müzakirə olunur. Bu tapşırıqda məqsəd gündəlik həyatda müxtəlif 
informasiyaları necə qəbul etməyin mümkünlüyünü araşdırmaqdır. Müəllim tap-
şırığa yaradıcı yanaşmağı xahiş edir. Bu zaman o xatırlada bilər ki, bir 
informasiyanı bir neçə üsulla əldə etmək olar. Siyahıda verilən hər bir 
informasiya bizim bir duyğu üzvümüzə uyğun gəlsə də, izah oluna bilər ki, onları 
bir neçə duyğu üzvümüz vasitəsilə də əldə edə bilərik; məsələn: krandan gələn 
suyun qaynar olduğunu toxunmaqla (əlimizlə), görməklə (buxarını) müəyyənləş-
dirə bilərik. Bu baxımdan tapşırıq aşağıdakı cədvəli doldurmaqla da yerinə yeti-
rilə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin