Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə58/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Dərs 20-21 / Mövzu 16:
 MƏTN REDAKTORUNDA ŞƏKLİ 
NECƏ ÇƏKMƏK OLAR 
 
Mətn redaktorunda işləyərkən bəzən mətnə sadə fiqurlardan ibarət şəkil əlavə etmək tələb 
olunur. Bunun sadə yolu elə mətn redaktorunun özündə şəklin çəkilməsidir. Bu, ilk baxış-
dan şagirdlərə qəribə görünə bilər. Ancaq təcrübə göstərir ki, şagirdlər mətn redaktorunda 
çox həvəslə şəkillər yaradırlar. Şagirdlərin yaradıcı fantaziyaları mətn redaktorunda ma-
raqlı rəsmlər yaratmağa imkan verir. Dərsə başlamazdan əvvəl mətn redaktorunun rəsm 
alətlərinin əsas pəncərəyə çıxarılması tövsiyə olunur. Dərsin təlim məqsədləri həm 
Microsoft Word
, həm də ona oxşar olan 
OpenOffice.org Writer
proqramında reallaşdırıla 
bilər. Bəzən avtofiqurlardan (
Autoshapes)
istifadə edərkən rəsm sahəsi çərçivədə açılır 
və ilk vaxtlarda şagirdlər üçün narahatlıq yaradır. Bu çərçivəni yığışdırmaq üçün 
Tools 
→Options 
menyu komandasından 
General 
səhifəsini açmaq və 
Automatically create 
drawing canvas when inserting AutoShapes
boksundan qeydi ləğv etmək lazımdır.
Bəzən mətn redaktorunda müxtəlif fiqurlardan ibarət şəkil yaradarkən bu fiqurları 
qruplaşdırmaq lazım gəlir. 5-ci sinif şagirdləri üçün bu bacarıq bir qədər mürəkkəb ola 
bilər. Ona görə də dərsdə mətn redaktorunda yalnız müxtəlif sadə şəkillərin yaradılması 
bacarığı formalaşdırılır. Dərsin əvvəlində müəllim şagirdlərə mətn və qrafik redaktorlarda 
şəkil çəkməyin çox oxşar olduğunu vurğulaya bilər. Bunun üçün hər iki redaktorun bir 
neçə oxşar alətini nümayiş etdirmək olar. Mövzuya iki dərs ayrılır. 
Müəllim mövzuya başlayarkən mətn redaktorunun imkanları barədə şagirdlərə 
suallar verir. Mətn redaktorunda şəkil çəkmək tələb olunan bir neçə sadə nümunə 
nümayiş etdirmək olar.


71
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd şagirdləri mətn 
redaktorunda sadə şəkillərin çəkilmə imkanları ilə tanış etməkdir. Bunun üçün müəllim 
proyektor vasitəsilə mətn redaktorunun pəncərəsində rəsm zolağını göstərir. Sadə 
fiqurların çəkilməsi və onların rənglənməsini nümayiş etdirmək məqsədəuyğundur.
Şagirdlərin praktik işdə qazandıqları yeni bacarıqlarla bağlı yaranan suallar və 
çətinliklər aşkarlanıb müzakirə edilə bilər. Adətən, şagirdlər sadə fiqurları (düzbucaqlı və 
dairə) çəkmək üçün rəsm alətləri zolağından uyğun fiquru seçəndən sonra siçanı iş 
sahəsində çıqqıldadırlar. Müəllim onlara bu alətdən qrafik redaktorda olduğu kimi, siçanın 
sol düyməsini basılı saxlayıb onu hərəkət etdirməyi izah edir. Yaranan fiqurun ölçülərini
dəyişmək üçün onun tutacaqlarından istifadə olunmalıdır. Fiquru rəngləmək üçün qrafik 
redaktordan tanış olan boya alətindən istifadə etmək daha məqsədəuyğundur. Çünki 
kontekst menyusundan istifadə etmək 5-ci sinif şagirdləri üçün bir qədər mürəkkəb ola 
bilər. Ay və ulduz fiqurları isə avtofiqurlardan seçilir.
Müəllim dərsliyin bu hissəsində verilən məlumatı proyektorda göstərməklə şərh edə 
bilər. Sadə fiqurlar çəkmək üçün rəsm zolağındakı alətlərdən necə istifadə olunduğunu və 
boya aləti vasitəsilə fiqurların rəngləndiyini nümayiş etdirmək olar.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin