83
Müəllim komandaların yazılış qaydasını izah edə bilər.
Komandanın yazılış qaydası: əvvəlcə komanda özü, sonra isə parametri yazılır.
Komandanın parametri: komandanı dəqiqləşdirən ədəd, söz və ya ifadə ola bilər.
Mühitlə ilk ünsiyyətə hazır proqramlarla başlamaq daha məqsədəuyğundur.
Şagirdlər bu proqramlara oyun kimi baxır və onların bəzi komandalarında dəyişiklik
etməklə müstəqil olaraq işləməyə başlayırlar. Komandanın yazılışında səhv varsa,
uyğun pəncərədə bu barədə məlumat çıxır. Bu səhvlərin səbəbini şagirdlərlə birgə
araşdırmaq lazımdır.
Müəllim mövzuya başlamaq üçün əvvəlki dərsdə şagirdlərin monitor çəkmək
üçün yazdıqları alqoritmi proqram kimi yazıb ALPLogo mühitində icra edə bilər.
Şagirdlər dərsliyin “Fəaliyyət” hissəsində olan tapşırığı yerinə yetirmək üçün
ALPLogo proqramını başladır və proqramın kod bölümündə verilmiş komandaları
daxil edirlər. Sonra isə
düyməsini basmalıdırlar. Proqramın nəticəsi iş sahəsində
Bağanın çəkdiyi xətlər olacaq.
Müəllim sonrakı mərhələlərdə komandaların düzgün yazılışını göstərməklə izah
edə bilər. Şagirdlər riyaziyyat dərsində “bucaq” anlayışı ilə artıq tanış olmuşlar.
Bağanın dönmə bucağını riyaziyyatla inteqrativ olaraq izah etmək məq-
sədəuyğundur. Bu zaman hərəkət istiqamətini dəyişmək və sınıq xətlər çəkmək üçün
müxtəlif komandalar yazmaqla Bağanın hərəkətini nümayiş etdirmək olar. Dərslikdə
verilmiş kiçik və sadə proqramları şagirdlərlə paralel şəkildə çalışdırmaq faydalı
olardı. Dərsdə, əsasən, sadə xətlər çəkmək və Bağanı iş sahəsində hərəkət etdirmək
üçün sadə proqramların düzgün yazılmasına diqqət yetirmək tövsiyə olunur.
Dostları ilə paylaş: