84
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini
qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
meyarları
: şərhetmə,
kompüterdə işləmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
LOGO
dilinin əsas
komandalarını şərh
etməkdə çətinlik
çəkir.
LOGO dilinin əsas
komandalarını
müəllimin köməyi ilə
şərh edir.
LOGO dilinin əsas
komandalarını şərh
edərək kiçik
səhvlərə
yol verir.
LOGO dilinin əsas
komandalarını
düzgün şərh edir.
Bağanın hərəkət
istiqamətini komanda-
larla dəyişməkdə
çətinlik çəkir.
Bağanın hərəkət isti-
qamətini müəllimin
köməyi ilə komanda-
larla dəyişir.
Bağanın hərəkət isti-
qamətini komandalarla
dəyişərək
kiçik səhvlərə
yol verir.
Bağanın hərəkət
istiqamətini koman-
dalarla dəyişir.
Proqramlaşdırma
mühitində sınıq xətlər
çəkməkdə çətinlik
çəkir.
Proqramlaşdırma
mühitində sınıq xətlər
müəllimin köməyi ilə
çəkir.
Proqramlaşdırma
mühitində sınıq xətlər
çəkərək kiçik səhvlərə
yol verir.
Proqramlaşdırma
mühitində sınıq
xətlər çəkir.
Dərs 28 / Mövzu 22:
BAĞA SADƏ FİQURLAR ÇƏKİR
Dərsin əsas məqsədi şagirdləri ALPLogo mühitinin daha geniş imkanları ilə tanış
etməkdir. Dərsdə çalışmaq lazımdır ki, şagirdlərin fantaziyalarına şərait yaradılsın. Şa-
girdlər müxtəlif fiqurlar çəkməklə və Bağanı hərəkət etdirməklə proqramlaşdırmaya
daha çox maraq göstərməyə başlayırlar. ALPLogo proqramında çəkilən fiqurların
rəngini və qələmin qalınlığını dəyişdirməklə müxtəlif effektlər almaq mümkündür.
Yazılmış proqramların şagirdlərin şəxsi qovluqlarında saxlanmasına
nəzarət etmək
lazımdır. Proqramlaşdırmaya maraq göstərən şagirdlər ALPLogo mühitinin başqa
imkanlarından da istifadə edə bilərlər. Dövr operatoru və prosedurlarla iş mürəkkəb
olsa da, adətən, şagirdlər rəngarəng fiqurlar yaratmaq üçün bu imkanları öyrənməyə
də həvəs göstərirlər. Dərsin kompüter sinfində keçilməsi nəzərdə tutulur.
Dərsliyin “Fəaliyyət” blokunda verilmiş tapşırığın əsas məqsədi
şagirdlərə
ALPLogo mühitində kvadrat çəkməklə sadə fiqurların çəkilməsini öyrətməkdir.
Şagirdlər verilmiş alqoritmi yerinə yetirdikdən sonra Bağa kvadrat çəkmiş olur.
Müəllim bu tapşırığı proyektor vasitəsilə paralel olaraq yerinə yetirməklə şagirdlərə
kömək göstərə bilər.
85
Nümunədə paralel xətlərin və üçbucağın çəkilməsi üçün yazılmış proqramları
müəllim əvvəlcədən yazıb şagirdlərin kompüterlərində saxlaya bilər.
“Aç”
düyməsindən istifadə etməklə şagirdlərə həmin proqramları açıb çalışdırmağı
tapşırmaq olar. Rahatlıq üçün müəllim özü proyektor vasitəsilə bu prosesi nümayiş
etdirə bilər. Şagirdlərə hazır proqramlarda müxtəlif parametrləri dəyişib nəticəsini
yoxlamaq tapşırıla bilər. Bununla şagirdlər özləri hər parametrin mahiyyətini başa
düşəcəklər.
Rəngin və qələmin qalınlıqlarının dəyişdirilməsi nümunələri də eyni qayda ilə
göstərilə bilər. Müəllim rənglərin kodlarını müəyyənləşdirməyi şagirdlərin özlərinə
bir tapşırıq kimi də verə bilər.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq rənglərlə iş
bacarıqlarına əsaslanır. Bağanın iş sahəsi ağ rəngdə olduğundan ağ rənglə çəkilmiş
fiqurlar görünmür. Ona görə də suala cavab verərkən Bağanın ağ rəngdən istifadə
etməsi qeyd oluna bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
meyarı
: kompüterdə işləmə
Dostları ilə paylaş: