Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə45/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   41   42   43   44   45   46   47   48   ...   75
informatika cavab01az

 

32. Fayl anlayışı, faylların atributları, fayl sistemləri və funksiyaları. 

Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni, yeni fayllar əlavə 

olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları 

yerinə yetirmək üçün fayllar arası disk yaddaşının paylanmasına fasiləsiz nəzarət 

olunmalıdır. Bu məsələ faylların yerləşmə cədvəlinin (FAT -File Allocation Table) 

köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin (klasterlərin) zənciri 

yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir 

hissəsi burada yerləşir. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi 

(1-ci klasterin nömrəsi) olur. Faylın silinməsində FAT-ın elementləri və onlara 

ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə 

etmək mümkündür. 

Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün 

olur. Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun 

dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). 

Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. 

Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur. 

Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan 

böyük bir sahəni tutur. Fayl sistemi verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl 

sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil 

edir. 


Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS 

tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin 

fraqmentasiyasını azaldır. Bundan başqa bu FAT-ın ölçüsünün kiçilməsinə və 

sürətin artmasına səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü klasterlər 

disk sahəsindən səmərəsiz istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda 

klasterin də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir 

neçə məntiqi disklərə bölməklə həyata keçirmək olar. 

Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. 

Cədvəl 1-də MS DOS və Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən 

istifadə edərkən müxtəlif ölçülü disk sahələri üçün klasterlərin ölçüsü göstərilib. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin