Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#46142
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
NIGAR

 

3.2. Məhsulun maya dəyəri planının reallığının təhlili 

 

Maya  dəyərinin  aşağı  salınması  birinci  növbədə  onun  planlaşmasından 



asılıdır. Planlaşmada elmi-texniki nailiyyətlərin plan maya dəyərinə daxil edilməsi 

uğurların  başlanğıcı  hesab  edilməlidir.  Bazar  münasibətlərində  təsərrüfatla  bağlı 

olan  subyektiv  xərclər  plan  maya  dəyərinə  daxil  edilməməlidir.  Ona  görə  ki,  bu 

zaman  müəssisə  rəqabəti  davam  gətirə  bilməz.  Deməli,  şərait  dəyişməli  və 

standart maya dəyəri dairəsində məhsul istehsal edilməlidir. 

 

Bazar  iqtisadiyyatında  maya  dəyəri  planının  əsaslı  olması  müqavilələrlə 



əlaqədar olaraq təhlil edilməlidir. Ona görə ki, müəssisə xammal, yaxud material 

almaq  üçün  müqavilə  bağladıqda  orada  qiymətlər  öz  əksini  tapır.  Bazar 




 

55 


 

iqtisadiyyatında  qiymətlər  sabit  xarakter  daşımadığı  üçün  bu  hal  öz  təsirini  plan 

maya  dəyərində  də  göstərə  bilər.  Maya  dəyərini  planlaşdırdıqda  bezən  xərc 

maddələri  (normativi  omayan)  keçən  ilin  faktiki  məsrəflərinə  əsaslanır.  Burada 

belə bir nəticəyə gəlmək olar ki, keçən illərdə əgər təsərrüfatsızlıq hesabına artıq 

xərclərə  yol  verilmişdirsə,  o  xərclər  qanunlaşaraq  plana  daxil  edilir.  Maya 

dəyərinin  çatışmayan  cəhətlərindən  bırı  olan  məhsulun  keyfiyyətinin  əks 

edilməməsidir.  Bazar  münasibətlərində  maya  dəyərinin  planlaşdırılması  standart 

xərclərə  uyğunlaşdırılmalıdır.  Yəni  maya  dəyəri  planını  şəraitə  deyil,  şəraiti 

standart xərclərə uyğunlaşdırmaq lazımdır. Maya dəyəri üzrə bu çatışmayan cəhəti 

aradan qaldırmaq üçün təhlil zamanı məsrəflərin ödəniş əmsalından istifadə edilə 

bilər.  Məsrəflərin  ödənişi  müəyyən  dərəcədə  çatışmayan  cəhəti  aradan  qaldırır. 

Yəni məsrəf artarsa, ona məsrəfverimi göstəricisi ilə nəzarət etmək olar. 

 

Maya dəyərinin planiaşdırılmasının düzgün olmasını yoxlamaq üçün birinci 



növbədə  maya  dəyəri  ilə  əlaqədar  olan  nəzərdə  tutulmuş  tədbirlərin  əsaslı 

olmasını  öyrənmək  lazımdır.  Sonra  isə  bu  tədbirin  maya  dəyərinə  bir  amil  kimi 

təsir etməsi təhlil olunmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  və  ya  digər  tədbirlərin  həyata  keçirilməsi  öz  əksini 

maya  dəyərinin  ayrı-ayrı  xərc  maddələrində  tapır.  Ona  görə  də  maya  dəyərinin 

əsaslı olmasını yoxladıqda onu ümumi şəkildə deyil, həm də xərc maddələri üzrə 

təhlil etmək lazımdır. 

 

Maya  dəyəri  planının  əsaslı  olmasını  yoxlamaq  üçün  texniki-iqtisadi 



göstəricilərdən də istifadə edilməlidir. Bu göstəricilər imkan verir ki, maya dəyəri 

üzrə  ehtiyat  mənbələri  daha  konkret  aşkara  çıxarılsın.  Maya  dəyərinin  əsaslı 

olmasını  təmin  etmək  üçün  ilk  növbədə  iş  normaları  nəzərdən  keçirilməlidir. 

Məlumdur ki, müəssisələrdən iş şəraiti yaxşılaşdıqca fəhlənin yerinə yetirdiyi işin 

miqdarı,  həcmi  artır.  Beləliklə  də  fəhiə  bir  iş  növbəsində  bəzən  iki  iş  normasını 

yerinə  yetirir.  Plan  maya  dəyərinin  əsaslı  olmasını  təmin  etmək  üçün  iş 

normalarının optimal olması mühüm şərtlərdən biridir.   

 

Təcrübə  göstərir  ki,  müəssisələrdə  bəzi  iş  növlərinin  yerinə  yetirilməsi 



texnika  vasitəsilə  mümkün  olduğu  halda,  onun  icrası  əl  əməyi  ilə  planlaşdırılır. 


 

56 


 

Nəticədə mövcud olan ehtiyat mənbəyi səfərbər edilmir. Doğrudur, standart maya 

dəyərinin planlaşmasına  keçildikdə  bir sıra  məsələlər avtomatik  həll  ediləcəkdir. 

Unutmaq olmaz ki, standart maya dəyəri son hədd deyildir. 

 

Plan  maya  dəyərinin  əsasli  olmasına  qiymət  vermək  üçün  gərginlik 



əmsalından  da  istifadə  edilə  bilər.  Burada  iki  göstərici  müqayisə  edilməlidir. 

Bunlar plan məhsulu keçən ilin faktiki maya dəyəri ifadəsindən və plan məhsulu 

pian maya dəyəri ifadəsindən ibarətdir. İki göstərici arasında olan fərq məhsulun 

maya dəyərinin keçən ilin faktiki maya dəyərilə müqayisədə aşağı salınmasını əks 

etdirir.  Bu  fərq  həm  mütləq,  həm  də  nisbi  rəqəmlərlə  ifadə  oluna  bilər.  Ümumi 

şəkildə plan maya dəyərinin əsaslı olmasını yoxlamaq üçün aşağıdakı cədvəldən 

istifadə etmək olar (cədvəl 3.1) 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin