Microsoft Word KÜLTÜr evreni 10. sayı. doc


İnternet asılılığının əsas xüsusiyyəti



Yüklə 300,34 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix02.01.2022
ölçüsü300,34 Kb.
#1850
1   2   3   4   5   6   7   8   9   10
İnternet asılılığının əsas xüsusiyyəti: 

Qısaca olaraq internet asılılığı barəsində təcrübi və nəzəri ədəbiyyata baxdıqda 

belə başa düşülür ki, internet asılılığı fenomeninin üç xüsusiyyəti vardır.  

1-  İnternet asılılığı vasvası, intizamsız və pozuntu halında olan bir növdür ki, 

onun bəzi xüsusiyyətləri travmotoloji şəraitlə oxşardır. Həqiqətdə bir insanda 

internet asılılığının yaranmasını o zaman demək olar ki, onda tez yorulma, tənhalığ, 

pərişançılıq və s... hallar özünü büruzə versin. Orzak və Yunq kimi mütəxəssislər 

bu növ internet asılılığı tərifinin tərəfdarlarıdır.  

2-İnternet asılılığı psixoloji nizamsızlıq və pozuntunun bir növüdür. Buna görə 

də “internetin müalicə psixologiyası” adı altında yeni tədqiqat sahəsi meydna 

çıxıbdır. Bu nəzəriyyə internet asılılarını  xəstə adlandırırlar. Bu tip asılılığın 

müalicəsi də  xəbər və müzakirə qruplarının təşkil edilməsidir. Bu tip müalicə 

növündə bir- birinə bağlı olan psixi anomaliya üzvləri bir himayəedici qrup rolunu 

oynamış, online təkliflər və onunla davranış metodlarını  təqdim etməklə internet 

asılılığını azalda bilərlər.  İsten, Honq Valsi kimi mütəxəssislər belə bir 

nəzəriyyənin tərəfdarlarıdır. [8.s.78] 

 3- İnternet asılılığı davranış probleminin bir növüdür. Bu məsələnin sübutu da 

kimyəvi bağlılıq və internet asılılığı arasında möhkəm bir əlaqənin olmasıdır. 

Araşdırmalara görə kimyəvi probelmləri olan insanlar internet qarşısında daha çox 

vaxt keçirirlər. Bu nəzəriyyənin tərəfdarları sırasında Şurerin adını çəkmək olar . 

Son dövrlərdə həyata keçirilən araşdırmalarda da bir sıra əlamətlər sadalanıbdır 

ki, onlardan ən önəmli meyarlar aşağıdakılardan ibarətdir: 

 1-Fərd internetdən çıxmaq istədikdə kobud davranır və səbatsızlıq edir.  

2-  İnternetdən ona görə istifadə edir ki, problemlərdən qaçsın, günah və iztirab 

hissini azaltsın. 

3-  İnternet istifadəçisi internetdə neçə vaxt əyləşdiyi barədə ailə  və dostlara 

yalan söyləyir. Fərd yüksək xərclər hesabına internetdən istifadə edir. [9.S.14]  

İnternet asılılığı anomaliyasının əlamətləri: 

Fərdlər arası yaranan problemlər, iş və araşdırma zamanı problem, ailə, iş, fərdi 

və dostlara aid olan məsuliyyətləri nəzərə almamaq, internetdən ayrıldıqdan sonra 

guşəneşin olmaq, internetdən əl çəkmək üçün cəhd etdikdə sərt rəftar, lazım olan 

vaxtdan artıq online olmaq, ailə  və dostlardan internetdə olduğu müddəti 

gizlətmək, internetdə çox oturmaq məqsədi ilə yaşam tərzini dəyişmək, fiziki 

fəaliyyətin azalması,  şəxsi sağlamlığına fikir verməmək, yuxusuzluq, daha çox 

internetdə  əyləşmək naminə yuxu rejiminin dəyişilməsi və s. Internet asılılığının 

əlamətlərindən hesab olunur.  

Digər tərəfdən insanlar internetdən istifadə etmək halında insanlar nəinki 

cəmiyyətdə yaşanan normal davranışlarala razılaşır bəlkə özlərinə məxsus düşüncə 

formasına malik olurlar. Bu fərdlər internetə aid vasvası fikirlərə malikdirlər. 

İnternet olan meylini boğmaq  əvəzinə elə düşünürlər ki, təkcə onların dostu 

internetdir. Habelə, bu cür insanlar düşünürlər ki, onların özlərini yaxşı hiss 

etdikləri yerr təkcə internetdir. Mark Qrift adlı  İngilis psixoloqu kliniki 





Yüklə 300,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin