Microsoft Word KÜLTÜr evreni 10. sayı. doc


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ



Yüklə 300,34 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix02.01.2022
ölçüsü300,34 Kb.
#1850
1   2   3   4   5   6   7   8   9   10
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



126 

çıxıbdır. Bu nəzəriyyə internet asılılarını  xəstə adlandırırlar. Bu tip asılılığın 

müalicəsi də  xəbər və müzakirə qruplarının təşkil edilməsidir. Bu tip müalicə 

növündə bir- birinə bağlı olan psixi anomaliya üzvləri bir himayəedici qrup rolunu 

oynamış, online təkliflər və onunla davranış metodlarını  təqdim etməklə internet 

asılılığını azalda bilərlər.  İsten, Honq Valsi kimi mütəxəssislər belə bir 

nəzəriyyənin tərəfdarlarıdır.  

3-   İnternet asılılığı davranış probleminin bir növüdür. Bu məsələnin sübutu da 

kimyəvi bağlılıq və internet asılılığı arasında möhkəm bir əlaqənin olmasıdır. 

Araşdırmalara görə kimyəvi probelmləri olan insanlar internet qarşısında daha çox 

vaxt keçirirlər. Bu nəzəriyyənin tərəfdarları  sırasında  Şurerin adını  çəkmək olar 

[6.S.18] 

4-   Amerika  psixoloji  dərnəyi internet asılılığını tanımaq üçün və internetdən 

ifrat istifadənin nə olduğunu bilmək üçün bir sıra meyarlar müəyyən edibdir ki, 

onun əsasında əgər biz bir nəfəri internet asılısı adlandırmaq istəyiriksə o zaman 12 

ay çərçivəsində gərək altı meyradan ən azı üçünü onda müşahidə etməli olaq. Bu 

dərnək tərəfindən irəli sürülən altı meyar bunlardan ibarətdir: 

Əziyyət: Bu meyar razılıq əldə edilsin deyə internet üçün çoxlu vaxt sərf etmək 

deməkdir. Bu şəraitdə həmin vaxt ölçüsünü sərf etməklə istifadəçinin razılıq ölçüsü 

daha azdır və əvvəlki razılıq həddinə çatmaq üçün daha çox vaxta ehtiyacı vardır.  

1-  Ayda iki gün ərzində guşəneşin olmağın bir neçə əlamətinin olması. Bu hal 

internetdən davamlı olaraq istifadənin azaldılması və ya tərk edilməsi nəticəsində 

yaranır. Bu məsələ fərdi, ictimai və ya təlim davranışında əzab- əziyyətlərin aşkar 

etməsinə səbəb olur.  

2-   İnternetdən özünə qapanmadan xilas olmaq məqsədi ilə yaxa qurtarır.  

3-  İnternetdən ilkin məqsədlər üçün nəzərdə tutulmayan məqsədlər üçün istifadə 

edilir.  

4-  Nəzərə çarpacaq dərəcədə vaxtını internetə  sərf edir (misal üçün, internet 

kitabları, yeni saytlar, internet alqı-satqıları və s... axtarışına vaxt sərf edir) 

5-  İnternetdən istifadə xatirinə mühüm ictimai, peşə  və  əyləncə 

fəaliyyətlərindən əl çəkmiş və ya onları azaltmışdır. 

6-  İfrat dərəcədə internetdən istifadə etdiyinə görə, mühüm əlaqələr, 

məşğuliyyət, təlim və peşə məşğuliyyətlərini riskə atır. 

Son dövrlərdə həyata keçirilən araşdırmalarda da bir sıra əlamətlər sadalanıbdır 

ki, onlardan ən önəmli meyarlar aşağıdakılardan ibarətdir: 

1-  Fərd internetdən çıxmaq istədikdə kobud davranır və səbatsızlıq edir.  

2-  İnternetdən ona görə istifadə edir ki, problemlərdən qaçsın, günah və iztirab 

hissini azaltsın. 

3-  İnternet istifadəçisi internetdə neçə vaxt əyləşdiyi barədə ailə  və dostlara 

yalan söyləyir. Fərd yüksək xərclər hesabına internetdən istifadə edir. [7.S.30] 




Yüklə 300,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin