İnternet asılılığı:bir mənada baxiş
İnternet asılılığı geniş mənada internetdən istifadə meylinin kontrolu və davranış
problemləri deməkdir [2.S.28]. İnternet asılılığı vasvası bir davranış, əlaqənin
yaradılma arzusu, xüsusi əlaqələrin tapılması və ya tələbatın ortadan qaldırılması
kimi nəzərdən keçirilir[3.S.8] Holmez internet asılılığını tərif edərkən internetin adi
və təbii istifadəsi tərifini əsas götürmüş və deyir: Əgər fərd həftə ərzində
internetdən 19 saatdan az istifadə edirsə bu normal hesab olunur. Yox əgər bu
normla həddən keçibsə deməli onda internet asılılığı yaranmışdır.
Yunq da işarə edir ki, internet asılısı o adama deyirlər ki, həftə ərzində 38 saat,
gün ərzində isə 8 saat öz vaxtını internetdən istifadəyə sərf etsin. Travmatoloqlar
isə qeyd edirlər ki, əgər fərd həftə ərzində 2-3 saat internetdən istifdə edərsə bu
normal hesab olunur. Əgər həftə ərzində istifadə 5/8 saat və ya ondan artıq olarsa
onu travmatoloqa göstərmək lazımdır. [4.S.10] Qoldberqə görə, internet asılılığı
internetdən vasvası və xəstəlik formasında istifadə etməyə deyilir ki, guşəneşin
olmaq onun əlamətlərindən hesab olunur. [5.S.9] Qısası internet asılılığı haqqında
nəzəri və təcrübi ədəbiyyatlara nəzər saldıqda belə bir nəticəyə gəlirik ki, internet
asılılığı üç xüsusiyyətə malikdir.
1- İnternet asılılığı vasvası, intizamsız və pozuntu halında olan bir növdür ki,
onun bəzi xüsusiyyətləri travmotoloji şəraitlə oxşardır. Həqiqətdə bir insanda
internet asılılığının yaranmasını o zaman demək olar ki, onda tez yorulma, tənhalığ,
pərişançılıq və s... hallar özünü büruzə versin. Orzak və Yunq kimi mütəxəssislər
bu növ internet asılılığı tərifinin tərəfdarlarıdır.
2- İnternet asılılığı psixoloji nizamsızlıq və pozuntunun bir növüdür. Buna görə
də “internetin müalicə psixologiyası” adı altında yeni tədqiqat sahəsi meydna
|