50
əməliyyat standartlarının (konkret tədqiqatın
strukturuna, prosesinə və son nəticə-
lərinə dair) tətbiqini nəzərdə tutan təşkilati mexanizm kimi baxmaq lazımdır.
Tədqiqatın həyata keçirilməsi prosesinin bütün mərhələlərində keyfiyyətin dəqiq
müəyyənləşdirilmiş standartlarına riayət edilməlidir.
Qeyd etdiyimiz kimi tədqiqatın həyata keçirilməsi və onun planına aid əsas
xarakteristikalarından biri həmin tədqiqatın keyfiyyətidir. Məlumatların toplanması
üzrə istənilən tədbirin həyata keçirilməsinin nəticələri daxil olan informasiyadan
asılıdır. Tədqiqatın həyata keçirilməsində yüksək keyfiyyətə nail olmaq üçün bir sıra
standart xarakterli prinsiplərə riayət edilməsi zəruridir. Bunlara aşağıdakıları aid
etmək olar:
-tədqiqatın hər bir mərhələsində saxlanması zəruri olan keyfiyyət standartları,
-keyfiyyəti təmin edən proseduralar,
-keyfiyyətin təmin edilməsi prosesinin təhlili.
Bu rəhbər prinsiplərin ümumi məqsədi tədqiqatın
həyata keçirilməsini
yoxlamaq deyil, keyfiyyətin yüksəldilməsinə dəstək göstərilməsidir. Keyfiyyətin
təmin edilməsi fasiləsiz prosesdir və tədqiqatın bütün mərhələlərində ona diqqət
yetirilməlidir. Tətbiq edilən standart prosedurların məqsədi aşagıdakıların təmin
edilməsinə təsir göstərməkdən ibarətdir:
-konkret ölkə üçün məlumatların toplanmasının aktual və əhəmiyyətli olması,
-ölkə daxilində və ölkələr arasında müqayisələrin aparılmasının mümkün-
lüyünün təmin edilməsi,
-praktiki həyata keçirilən tədqiqatın beynəlxalq prinsiplərə uyğun olması,
-məlumatların toplanmasında xətanın minimulaşdırılması,
-məlumatların toplanması baxımından potensialın yüksəldilməsi.
Seçmə tədqiqatında əsas məsələlərdən biri seçmənin
təşkilinin qiymətlən-
dirilməsidir. Seçmənin təşkilinin strategiyasının qiymətləndirilməsini tədqiqatı apar-
mamışdan əvvəl həyata keçirilmək lazımdır. Buraya məqsədəuyğunluğun, strati-
fikasiyanın, əhalinin bplgüsünün adekvatlığının, həmçinin seçilmiş qrupların həcmi
və bölgüsünün müəyyənləşdirilməsi daxildir.
51
Məlumatların toplanması başa çatdıqdan sonra məlumatların keyfiyyətini
qiymətləndirmək məqsədilə məlumatların təhlilinin aşağıdakı
göstəricilər sistemi
tətbiq edilir:
-yekun statistik göstərici kimi çıxış edən “seçmənin kənarlaşması indeksi”,
-eksperimentdən eksperimentə etibarlılıq göstəricisi. Bu göstəricidən konkret
vasitənin sabitliyini qiymətləndirmək üçün istifadə edilir,
-əldə edilməmiş cavablar və olmayan məlumatlar əmsalı baxımından informa-
siya. Ümumiyyətlə, seçmənin təşkilinin keyfiyyəti göstəricilərinə əhalinin qurulu-
şunun təhlilini, seçmə vasitələri və seçmə mərhələlərinin sayı,
seçmə vasitələri çər-
çivəsində stratifikasiya, hər bir mərhələdə seçmə vahidləri, ehtimallı seçmənin məlum
göstəriciləri, hər bir mərhələdə seçmə vahidlərinin həcmi, ev təsərrüfatlarının ehti-
mmalı xüsusi çəkisi, sorğu edilən şəxslərin ehtimallı xüsusi çəkisi, ev təsərrüfatından
sorğu edilən şəxslərin seçilməsi prosedurunu yoxlamaq, seçmənin faktiki təşkilinin
həyata keçirilməsi, kənarlaşması,
xüsusi çəkisi, standart xətaları haqqında yekun
hesabat və s. aid edilir.
Seçmə tədqiqatının göstəricilər sisteminin komponentlərinə dolğunluq, etibar-
lılıq və xarici vasitələrlə müqayisəlilik aiddir. Qeyd edilən göstəricilər vasitəsilə
keyfiyyətin təmin edilməsi problemləri müəyyənləşdirilir. Daha sonra həmin göstəri-
cilərdən tədqiqatın keyfiyyətinə təsir edən digər situativ
amilləri də qiymətlən-
dirərkən istifadə etmək olar. Onu da qeyd edək ki, indiyə qədər bu və ya digər
tədqiqatın keyfiyyəti haqqında hesabatların təşkili və nəzarəti üçün sistemləşdirilmiş
göstəricilər dəsti təklif edilməmişdir.
Ev təsərrüfatlarının istənilən tədqiqatında bir qayda olaraq seçmə ilə şərtlənən
və şərtlənməyən iki növ xəta yarana bilər. Seçmə ilə şərtlənən xəta tədqiqatın bütün
əhalini nəzərə almaqla deyil, əhalinin seçilməsini həyata keçirilməsi əsasında yaranır.
Bu xətaya seçmənin həcmi, maraq doğuran kəmiyyət parametirləri və seçmə planının
digər aspektləri (stratifikasiyanın və qruplaşdırmanın səmərəliliyi) baxımından məc-
munun dəyişikənliyi təsir göstərir. Seçmə ilə şərtlənməyən xətaya tədqiqat mövzusu
üzrə əsas anlayışlar, seçmə vasitələrinin dəqiqlik və dolğunluq dərəcəsi, faktiki seçmə
52
prosedurunun nəzərdə tutulan seçmə planına uyğunluq dərəcəsi, həmçinin həyata
keçirilən tədqiqatın xətaları kimi amillər təsir göstərir.
Müasir dövrdə məlumatıarın keyfiyyətinin monitorinqi
məqsədilə seçmənin
kənarlaşması indeksi, cavab verilən sualların və olmayan məlumatların xüsusi çəkisi,
ilkin və təkrar sorğuların etibarlılıq əmsalları kimi standart göstəricilərdən istifadə
edilir.
Seçmənin kənarlaşması indeksi (
.
.
k
Dostları ilə paylaş: