ƏBU HİLAL ƏL-ƏSKƏRİNİN “DİVANUL-MƏANİ” ƏSƏRİNDƏ ODLA BAĞLI
TƏSƏVVÜRLƏR
Nuranə HƏMİDOVA
Qafqaz Universiteti
nhemidova@qu.edu.az
İnsanın yaradılış tarixinə nəzər salsaq yaradılışın əsasında dörd cövhər dayandığının şahidi olarıq. Onlardan biri olan od
özünün çoxsaylı həqiqi və məcazi mənaları ilə (ailə ocağı, ilahi başlanğıc, müqəddəs nur, cəhənnəm odu və s.) bəşəriyyətin
istər mənəvi, istərsə də maddi həyatında geniş və əhatəli təsir dairəsinə malikdir. Belə ki, hər bir xalqın odla bağlı
özünəməxsus inanc və etiqadları, əfsanə və əsatirləri vardır. Bunun olmamasını təsəvvür etmək belə, qeyri-mümkündür.
Qədim misirlilər su ilə yanaşı odu da əsas paklıq vasitəsi saymış, onlar öz məbədlərində çoxlu qəndil və şam yandırmış,
bəzi məbədlərdə hətta odun keşiyini çəkib onu sönməyə qoymamışlar. Misir panteonunda Osiris odu təcəssüm etdirmişdir.
Hər bir xalq kimi ərəblərin də həyatında od və onun atributlarının böyük rolundan doğan inanclar olmuşdur. Yəni ərəb
cəmiyyəti öz yaxın qonşuları olan İran və Azərbaycan rəsmi ideologiyasından müəyyən dərəcədə təsirlənsə də, olduqca isti
Ərəbistan iqlimi, qızmar günəşin yandırıcı şüaları, od, ocaq anlamının ailə, qəbilə məfhumları ilə sıx bağlılığını və s. onlar
arasında odla bağlı müəyyən adətlərin, inancların meydana çıxmasına səbəb olmuşdur.
Sadaladıqlarımız təbii ki, ilk öncə şifahi və yazılı ədəbiyyat nümunələrində öz əksini tapmışdır. Bir çox ədiblər
özlərinin əsərlərində bu mövzuya toxunmuş və müxtəlif araşdırmalar aparmışlar. Bu şəxslərdən biri də X əsrdə yaşayıb
yaratmış və ərəb ədəbiyyatında esiklopedik şəxsiyyət kimi iz buraxmış Əbu Hilal əl-Əskəridir. “Kəlmələr cəsəd, mənalar isə
ruhdur” prinsipi ilə kəlmələrin mənalarını araşdıran Əbu Hilal əl-Əskəri özünün "Divanül məani" əsərinin bir hissəsini odla
bağlı təsəvvürlərə həsr etmişdir. İlk öncə ədib odun həqiqi mənasına toxunaraq, onun Allah tərəfindən böyük bir nemət
olduğunu qeyd edir, bu məqamda “Qurani-Kərim”in “Əl-Vaqiə” surəsinin 71-ci ayəsini sitat gətirir (Yandırdığınız odu
görmürsünüzmü?), odun yaşadığımız cəmiyyətdəki faydalarına toxunur ki, bu da odun həqiqi mənasını ələ alır. Hətta ədib
odsuz yaşamağın qeyri-mümkünlüyünü qeyd edir. Buna görə də məcusilər odu insan üçün ən əhəmiyyətli bir vasitə və
insanın yaxın dostu hesab etmişlər. Hətta bir kəs digərinə bir pislik etsə idi, ona odla qarğış yağdırardılar (Oddan məhrum
olasan və s.).
Əbu Hilal eyni zamanda odun bir başa axirətlə də əlaqəsinin olduğunu qeyd edərək, "Biz onu (sizi cəhənnəm odu ilə
qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq” ayəsini (Vaqiə-73) dəlil olaraq
gətirir. Qeyd olunduğu üzrə ayəni iki aspektdən ələ ala bilərik. Belə ki, dünyaya və axirətə baxan tərəflərini nəzərə alaraq,
ədib Allaha itaət etməyənlər üçün cəhənnəmdə bir yurd olduğunu bizə izah etməyə çalışmışdır.
Əbu Hilal əl-Əskəri eyni zamanda ona qədərki poeziya nümunələrindən də örnəklərlə odu təsvir etmişdir.
Mutaz deyir:
Bütün gecə qadınlar odu alovlandırır,
Ona odun və kömür atırlar.
Ocaq qızıldan ağaclar kimi yüksəlir.
Beytdən də gördüyümüz kimi, şair odun şölələrini qızıldan ağaclara bənzədir və bu məqamda təşbehdən istifadə edir.
Digər bir tərəfdən də, ocağın sönməməsi üçün onun qorunmasında qadınların mühüm rolunu qeyd edir.
Əbu Hilal əl-Əskəri beytlərin bəzilərində ərəblərin adət-ənənəsinə də toxunmuş, həmin adətlərlə bağlı bəzi poeziya
nümunələrini də əks etdirmişdir. Bununla bağlı Raşid demişdir:
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
411
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Axşam vaxtı ocaq qaladım,
Burda yoldan ötənlər üçün göz vardır.
Onun qığılcımları havaya qalxsa havanı işıqlandırar,
Yerə düşərsə gümüşə çevrilər.
Əbu Hilal əl-Əskərinin odla bağlı təsəvvürləri ayrı bir başlıq altında verməsi odun ərəb poeziyasında və məişətindəki
önəmindən bir daha xəbər verir, həyatın hər bir sahəsindəki önəmini bir daha vurğulayır.
ƏL-MƏƏRRİ YARADICILIĞININ ƏRƏB ƏDƏBİYYATINDAKI YERİ
Pərviz AĞAYEV
AMEA, Şərqşünaslıq İnstitutu
menbeshunasliq@box.az
Ərəb ədəbiyyatının parlaq simalarından biri olan Əbu Əla Əl-Müərri miladi 937-ci ildə Hələb yaxınlığında Məərrətun
Nüman adlı qəsəbədə elm mühitində dünyaya gəlmişdir. İlk təhsilini atasından sonra isə dayılarından almışdır. Uşaqlıq
dönəmində keçirdiyi çiçək xəstəliyi nəticəsində ilk öncə sağ sonra isə sol gözünü itirmişdir. O, gənclik dövründə daha çox
elm əldə etmək üçün Şam bölgəsini dolşmış, həyatını böyük ustad və alimlərdən faydalanmaq ilə keçirmişdir.
Valideynlərini itirdikdən sonra mənəvi dincliyi Bağdadda axtaran ədib, burdakı mühitə uyğunlaşa bilmədiyindən yenidən öz
məmləkətinə qayıtmışdır. Dövrünün əksər şair və ədiblərindən fərqli olaraq hər zaman fəqirlərin yanında olmuş, dəbdəbəli
həyatdan uzaq duraraq heç zaman şerlərindən maaddi qarşılıq güdməmişdir. Bağdadda olduğu müddətdə şəhərin bütün
kitabxanalarını gəzərək daha öncə oxumadığı əsərlərlə tanış olmuşdur. Bununla kifayətlənməyən ədib İslam coğrafiyasının
çeşidli bölgələrini ziyarət etmiş, elm əldə etmək yolunda heç nəyini əsirgəməmişdir. Hələbdə olan zaman dil və ədəbiyyat
təhsilini məşhur nəhv alimi ibn Hələveyhinin tələbəsi olan Məhəmməd ibn Abdullah ibn Səəddən öyrənmişdir. Hədis
elmini isə öz qəbiləsindən olan Yəhya Tənuhidən almışdır. Bizansların hakimiyyəti altında olan Lazkiyə vilayətinə səfər
etmiş oradakı bir çox yəhudi və xristian alimləri ilə elmi münaqişələrdə iştirak etmişdir. Onun istər elmi ədəbi mühitdə,
istərsə də adi insanlar arasında nüfuzunun uca olması dövri kitablarda rəvayət edilmişdir. Dərin zəkası, zehni ilə dillərə
əzbər olmuşdur. Elmi bəhslər zamanı istifadə olunan sözlərin yetmiş bənzər mənası ilə təkrar təkrar deməsi qaynaqlarda
qeyd edilmişdir.
Əl-Məərri həm nəsr həm də nəzm formasında böyük yaradıcılığa malik olmasına baxmayaraq əsərlərinin bir çoxu
düşmən istlası nəticəsində məhv edilmişdir. Lakin günümüzə isə onun yalnız üç əsəri gəlib çatmışdır. Bunlardan biri ilk
dönəmdə yazdığı “Saktu Əz-Zənd” və “ Əd-Dariyyat” adlı divanlarıdır. Daha sonra isə yazdığı “Lüzum ma Yəlzəm “ adlı
bir divanı da vardır. “Lüzum ma Yəlzəm” alı divanında elm, əxlaq, maddə, Allah, ruh, zaman, məkan, siyasət, sosial həyata
dair olan fəlsəfi görüşlər yer almaqdadır. Ədibin nəsr olaraq yazdığı ən məşhur əsərləri “Risalətül Gufran” və “Risalətul-
Məlaikə “ dir. Bu əsərləri ədib təkcə nəsr olsun deyə deyil, yaşadığı mühitdə ictimai siyasi prosesləri qiymətləndirmək və
incələmək məqsədi ilə qələmə amışdır. Əl-Məərrinin yaradıcılığındakı bu əsərlərin movzuları ilə aşağıdakı şəkildə tanış
olmaq olar. Onun “Saktu Əz-Zənd” adlı divanındakı şerlərin əksəriyyəti gənclik dövründə qələmə aldığı şerlərdir və onların
çoxu mübaliğəli şəkildə yazılmışdır. “Əl-Lüzumiyyət” adlı divanı isə on bir min beytdən ibarət bir divandır. Bu divan
haqqında öncə sadaladığımız mövzular kitabın əsəs mövzusu hesab olunur. “Əd-Dariyyat” bu divan müharibə əhvalında
yazılmış bir əsərdir. Müharibə hazırlıqlarından bəhs edir. “Zecrun Nəbih” kitabını da o, özünü dinsizlikdə ittiham edən
insanlara cavab olaraq yazmışdır . “Risalətul- Ğufran” əsərinin mövzusu onun Vəzir Əbül Qasim ilə arasında keçən
yazışmalardan ibarətdir. Simvolik olaraq qısa hekayələrdən və tarixi ibrətlərdən ibarətdir.
Bir çox ədəbiyyatçıların fikrinə əsasən məşhur yazıçı Dante İlahi Komediyasını da yazarkən ibn Ərəbidən və Məərridən
faydalanmışdır. Bununla yanaşı Azərbaycanın görkəmli alim və ədəbiyyatşunası olan Xətib Təbrizi ondan dərs almışdır.
Daha sonralar isə Təbrizi Əl-Məərrinin “Səqt Əz-Zənd” kitabına şərh də yazmışdır. Onun həmçinin məşhur şair Buhtərinin
divanı üzərinə yazdığı 5 adda müxtəlif şərh kitabları vardır. Ədibin həmçinin Mütənəbbinin “Mucizu Əhməd” kitabına da
yazdığı şərhi vardır.
Əl-Məərrinin öz dövrünün məşhur ədib və şairlərindən biri olması onun yaradıcılığından açıq aydın görülməkdədir. O
həm nəsr həm də şer mövsuzunda xüsusi bacarığa malik bir şəxsdir. Yaradıcılıq həyatının ilk dönəmlərində necəki, hər
kəsin təsirləndiyi biriləri olursa, o da şair Mütənəbbidən təsirlənmiş və şerlərini onun üslubuna bənzər üslubda yazmışdır.
Müəyyən bir məqama yetişdikdən sonra şerlərində özünəməxsusluğu ilə seçilmişdir. Yazdığı nəsrlərdə qısa hekayə janrına
üstünlük vermiş, cəmiyyətin gerçəkliklərini orada qabarıq şəkildə göstərmişdir. Digər tərəfdən də öz şerlərində insanların
əxlaq və davranışlarına baxaraq kor olmasını özü üçün bir nöqsan olmadığını, tam əksinə xalq arasında olan
çatışmamazlıqları görmədiyi üçün öz halına şükr etmişdir.
Bəzi ədəbiyyatçılar şer, nəzm və nəsri biri birindən ayırdıqları üçün Əl-Məərri ilə Mütənəbbinin şerlərinin ərəb şer
üslubuna uymadığını iddia etmişlər. Ona görə ki, ərəbcə yazılan mənzumələrin ərəb şer üslubuna uyğun gəlməsi vacibdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
412
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Buna görə də bu şairlərin yazdıqları nəzm olaraq qəbul edilsə də şer hesab edilmir. Təssüflər olsun ki, ərəb şerini yeni bir
üslub ilə tanış edən və bu sahədə fəlsəfi məntiqi hakim qəbul edən hər iki şairin yaradıcılığı xeyli tənqidlərə məruz
qalmışdır. Halbu ki, bu şairlər fəlsəfə ilə şeri birləşdirərək yeni bir üslub ortaya qoymuşlar. Amma nə olursa olsun onun
Ərəb ədəbiyyatına yeni bir üslüb, yeni bir yol gətirməsi gün kimi aydındır. Bu üslubun əslində Mütənəbbi ilə ortaya atıldığı
iddia olunsada, Əl-Məərrinin şerlərində görülən müxtəliflik, onun bu mövzuda örnək olduğuna bariz nümunədir.
CƏNUBİ AMERİKAYA MÜHACİRƏT ETMİŞ ƏRƏB MƏHCƏR ƏDƏBİYYATININ
GÖRKƏMLİ NÜMAYƏNDƏSİ ŞƏFİQ ƏL-MƏLUFUN “ABQAR” ŞEİRİ
Səadət İBRAHİMOVA
AMEA, Şərqşünaslıq İnstitutu
isaadat@rambler.ru
XIX əsrin sonu XX əsrin əvvəllərində Yaxın Şərqdə yaranmış qatmaqarışıq ictimai-siyasi vəziyyət və ağır iqtisadi
çətinliklər nəticəsində Suriya və Livandan Amerika qitəsinə ərəblərin kütləvi axını başladı. Həmin dövrdə Şimali və Cənubi
Amerikaya mühacirət edən ərəb ədibləri tərəfindən müasir ərəb ədəbiyyatının ayrılmaz hissəsi olan ərəb məhcər ədəbiyyatı
yaradıldı.
Ərəb məhcər ədəbiyyatının tanınmış nümayəndəsi, xristian əsilli Şəfiq əl-Məluf 1926-cı ildə Livandan Braziliyanın San
Paulo şəhərinə mühacirət etmişdir.Ədib vətən həsrəti, təbiət, fəlsəfi mövzuda şeirlər yazsa da, ədəbiyyat aləmində onu
məşhurlaşdıran “Abqar” adlı epik şeiridir. Şeir ilk dəfə olaraq, 1936-cı ildə 6 fəsildən ibarət, 1946-cı ildə isə daha geniş
həcmdə12 fəsildən ibarət formada işıq üzü görmüşdür. Müasir ərəb ədəbiyyatına yeni ruh gətirən “Abqar” şeirində romantik
ruhlu şairin xəyallar aləminə səfəri və orada yaşadıqlarından bəhs olunur.
İşıq üzü gördüyü vaxtdan ərəb məhcər ədəbiyyatında böyük rezonans doğuran “Abqar” şeirini təhlil edərkən, Şəfiq əl-
Məlufun bu şeiri Məhəmməd peyğəmbərin (s.a.v) yaşadığı merac hadisəsindən təsirlənərək qələmə aldığı hiss olunur.
Merac dedikdə, Allahın rəsulu Məhəmməd peyğəmbərin (s.a.v) bir gecə Məscidu-l Haramdan Məscidu-l Aqsaya
aparılması, oradan səmaya yüksədilməsi və Allahın hüzuruna çıxarılması nəzərdə tutulur.Merac sözünün ərəb dilindən
tərcümədə mənası “göyə çıxmaq üçün vasitə”, “pilləkan” kimi ifadə olunur.Öz davranışı, zəkası, mədəniyyəti, əxlaqı iləhər
kəsə örnək olan həzrəti Məhəmmədin (s.a.v) yaşadığı merac hadisəsi zamanı Allahın varlığı, ölüm və ölümdən sonrakı
həyat, cənnət və cəhənnəmin mövcudluğu ilə əlaqədar insanları hər zaman düşündürən suallar cavablandırılmışdır.Merac,
Məhəmməd peyğəmbərin (s.a.v) Allahın izni ilə yaşadığı möcüzədir. Bu möcüzə insan zəkasının tam dərk edə bilməyəcəyi
qədər ali və ucadır.
Şəfiq əl-Məlufun yazdığı “Abqar” şeirində də merac əlamətlərindən, xüsuilə Məhəmməd
peyğəmbərin merac gecəsi geri qaytarılarkən cənnət və cəhənnəmi, orada yaşanacaqları görməsi ilə bağlı yazılan
hədislərdən təsirləndiyi hiss olunur. Belə ki, bir çox hədis kitablarında Məhəmməd peyğəmbərə (s.a.v) merac gecəsi
cəhənnəmin göstərildiyi bildirilmiş və cəhənnəm Peyğəmbərin dili ilə təsvir edilmişdir. Həmçinin cəhənnəmdə
yaşanacaqlar, bu dünyada törədilən mənfi əməllərin hər birinə tətbiq ediləcək cəza formaları da hədislərdə aydın şəkildə
göstərilmişdir. Şəfiq əl-Məluf da “Abqar” şeirində şeytanların, cinlərin və onların günah işləməyə sövq etdikləri insanlarla
birgə yaşadığı qeyri-real aləmə səfərindən və orada gördüklərindən bəhs edir. Əslində şair İslam peyğəmbərinin insanlara
çatdırmaq istədiyi mesaji xəyalən səfər etdiyi dünyada mənəvi cəhətdən yaşadıqları ilə çatdırmağa çalışmışdır.Şeiri oxuyan
hər bir oxucu şairin yaratdığı bu xəyallar aləminə qərq olduqca yer üzündə yaşadığı gerçəkliklərlə qarşılaşır. Burada
şeytan, cin və quşların dilindən dünyada baş verən riyakarlıqlar, ədalətsizliklərin tənqid edilir. Şeir on iki fəsildən ibarətdir:
“Fi Tariqi Abqar” (“Abqar yolunda”),“Əl-İlahu-n Naqs” (“Yarım Allah”),“Hasrətu-r ruh” (“Ruhun həsrəti”), “Nəhru-l
Ğayy” (“Günah çayı” ),“Vadi Siccin” (“Siccin vadisi”),“Əl-həvcəl və-l həvbər”,“Hilmu Hura” (“Huranın
xəyalı”),“Hikmətu-l Kuhhan” (“Kahinlərin hikməti”),“Sauratu-l Bəğayə” (“Fahişəllərin üsyanı”), “Əl-Anqa”,“Əhadis-u
Xurafə” (“Xurafənin söhbətləri”),“Abqariyyun” (Abqarlılar).
Abqar cinlərin yaşadığı kənddir. Real aləmdən uzaq, batil inancların hökm sürdüyü bu kənddə cinlər, divlər, quşlar,
falçılar, şeir şeytanları yaşayır. Həzrəti Məhəmmədin (s.a.v) merac gecəsində gördüyü cəhənnəmi təsvir etdiyi kimi,Şəfiq əl-
Məluf da xəyalən səfər etdiyi aləmdə cəhənnəmi təsvir edir. O,cəhənnəmdə qarşılaşdığı şeytanları təsvir etməklə yer
üzündəki bütün insanları xəbərdar etməyə çalışır. Ədibə görə hər bir insanın daxilində, qəlbində bir şeytan gizlənib. Onun
insana hakim olması isə insanın zəifliyi, tamahkarlığı, ədalətsizliyi, iradəsizliyi və vicdanını itirməsi nəticəsində olur. Ona
görə də hər bir insan içindəki, mənfi hissləri boğmağı bacarmalı, nəfsinə məğlub olmamalıdır.
Şairin cəhənnəmə xəyali səfəri zamanı qarşılaşdığı şeytanlardan biri müharibə şeytanı Səbərdir. Səbər insanlar ilə
qidalanır. Burada şair göstərməyə çalışır ki, min illər boyu yer üzündə insanların torpaq, hakimiyyət, iqtidar, güc uğrunda
etdikləri və milyonlarla insanların ölümünə səbəb olan müharibələr şeytanın insan üzərində qələbəsinin təzahürüdür. Daha
sonra şair şəhvət şeytanı Avar ilə qarşılaşır. İslam peyğəmbəri Məhəmməd (s.a.v) cəhənnəmdə zina etdikləri üçün alovun
üzərində mis qazanda yanan bir qrup qadın və kişi gördüyünü bildirir. Şair də burada həzrəti Məhəmmədin insanlara
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
413
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
çatdırmaq istədiyi fikri yəni əxlaqlı şəkildə yaşamayanların və şeytanın yolu ilə gedənlərin yerinin cəhənnəm olduğunu
bildirir.
“Hikmətu-l Kuhhan” (“Kahinlərin hikməti”) adlı VIII fəsildə şair ŞıqvəSatihadlı kahinlərlə söhbət edir.Şıq və Satih
cahiliyyət dövründə yaşamış məşhur kahinlərdir. Kahinlik sənəti İslam dinin zühurundan öncə Ərəbistan yarımadasında
yaşayan ərəblər arasında məşhur idi. Belə ki, çətin iqlim və ağır məişət şəraitində yaşayan ərəblər daima gələcəyi
öyrənməyə can atır və bunun üçün kahinlərə müraciət edirdilər. Məlum olduğu kimi İslam dini kahinliyə, gələcəyi görməyə
çalışan falçılara mənfi yanaşmış və bu işlə məşğul olanların cinlər vasitəsilə gələcəkdən xəbər verməyə çalışdıqlarını
bildirmişdir. Ona görə də İslam dini öncəgörücülüklə məşğul olmağı qadağan etmişdir. Şəfiq Məlufun da kahinlər ilə məhz
cəhənnəmdə qarşılaşması İslam dinin və onun peyğəmbəri həzrəti Məhəmmədin buyurduğu kimi, onların cəhənnəm odunda
yanacaqları fikrinə inandığını əks etdirir.
“Abqariyyun” (Abqarlılar) adlı XII yəni sonuncu fəsildə şair artıq Abqardan çıxır və səssiz bir çölə gedir. Bununla da
şairin xəyallar dünyasına səfəri başa çatır.
Şəfiq əl-Məlufun xristian dininə etiqad etməsinə baxmayaraq, “Abqar” şeirində İslam dininin qanunlarından, təməl
prinsiplərindən və Məhəmməd peyğəmbərin (s.a.v) yaşadığı merac hadisəsindən təsirlənməsi normaldır. Çünki o, hər bir
səmavi din kimi İslam dinin də əsas məqsədinin “insanlığa xidmət” olduğunu anlayırdı. Yüksək məharətlə, dərin fəlsəfi
məzmunda qələmə alınan “Abqar” şeirimüasir ərəb ədəbiyyatının dəyərli ədəbi nümunələrindən biri hesab edilir.
ƏRƏB DİLİNDƏ SÖZLƏR VƏ MƏNALARI ARASINDA ƏLAQƏ
Şəhla TANRIVERDİYEVA
Qafqaz Universiteti
shahlatanriverdi@gmail.com
Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qrammatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan
kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. Məsələn: (ﻢﻜﺣhkm) kökündən-
ﻢآﺎﺣhakim,
ﻢﻴﻜﺣ həkim, ﻢﻜﺣ hökm, مﺎﻜﺣأ ehkam,
ﺔﻤﻜﺣ hikmət, مﻮﻜﺤﻣ məhkum, ﻢﻴﻜﺤﺗ təhkim, ﻢﻜﺤﻣ möhkəm, ﺔﻤآﺎﺤﻣ mühakimə,
ﺔﻤﻜﺤﻣ məhkəmə,
ﺔﻣﻮﻜﺣ hökümət və s. Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir.
Burada sinonim sözlər çox geniş təmsil olunduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz, bəzən isə onlarla, hətta
yüzlərlə sözlə ifadə edilə bilir. Bununla belə, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənaları olan
polisemantik (çoxmənalı) sözlər də az deyildir. Hətta tərkibində zidd mənalar olan sözlərə də çox təsadüf edilir. Sözlərin
böyük əksəriyyəti əsl ərəb mənşəli olduğu halda alınma sözlər cüzi bir miqdar təşkil edir. Ümumiyyətlə, ərəb dilçiliyinin
təşəkkülü barəsində elm tarixində aşağıdakı üç əsas fikir mövcuddur:
1. Ərəb dilçiliyi xaricdən təsir görməmiş, yerli zəmin əsasında yetişib inkişaf etmiş müstəqil bir dildir;
2. Ərəb qrammatikası qədim yunan elminin, xüsusilə Aristotel məntiqinin təsiri altında yaranıb inkişaf etmişdir;
3. Ərəb dilçiliyi qədim hind qrammatika elminin təsiri nəticəsində təşəkkül tapıb formalaşmışdır.
Birinci fikirə istinadən rəvayətə görə, Əməvilər dövrünün tanınmış sərkərdələrindən biri, sonralar Kufə valisi olmuş
Ziyad İbn Əbihi (vəf. 673) Quran-Kərimi ilk dəfə hərəkələyən Əbul Əsvəd əd-Duəliyə Quranın təhrif olunmaması naminə
nəhvə dair bir vəsait hazırlamağı əmr etmiş, lakin Əbul Əsvəd əd-Duəli əvvəlcə bu işdən boyun qaçırmışdır. Əd-Duəli
sonralar bir ərəbin Quranın “Tövbə” surəsindəkiُﻪُﻟﻮُﺳَر َو َﻦﻴِآِﺮْﺸُﻤْﻟا َﻦﱢﻣ ٌءيِﺮَﺑ َﷲا ﱠنَأ“Allahın və onun peyğəmbərinin müşriklərlə
(çoxilahlılarla) heç bir əlaqəsi yoxdur” ayəsində “rasuluhu” əvəzinə “rasulihi” oxuduğunu görüb çox hiddətlənmiş və
Ziyadın yanına gedərək onun əmrini yerinə yetirməyə hazır olduğunu bildirmişdir. Belə ki, bu zaman məna təhrif olunaraq
aşağıdakı kimi başa düşülürdü: “Allah müşriklərdən və öz peyğəmbərindən uzaqdır”. Göründüyü kimi ərəb dilində bir səs
(sait) səhv tələffüz edilməsi ilə sözün tamamilə fərqli bir məna ifadə edilməsinə gətirib çıxarır.
İnsan cəsəd və ruhdan ibarət olduğu kimi kəlam da söz və mənadan ibarətdir. Söz bir sədəfdirsə, məna o sədəfdəki
inci, söz bir zərfdirsə, məna o zərfdəki məktub, söz bir paltar isə məna o paltardakı dilbərdir. Sözün əsl məqsədi mənanın
ifadə edilməsidir. Söz, sanki mənanın ifadə edilməsinə xidmət edir. Ədəbi bir ifadədə gözəl bir mənaya, gözəl paltar
geydirilir. Ədiblərin məna incilərinin sədəfləri də gözəldir. Yalnız sözlərin gözəlləşdirilməsinə çalışmaq isə adi bir məktubu
çox bəzəkli bir zərflə göndərmək və ya çox yaşlı bir qadına gəlin paltarı geyindirmək kimidir.
Sözlərin dəlalət etdiyi şeylərin ağlımız xaricindəki varlıqlarmı yoxsa ağlımızdakı surətlərmi (obrazlar) olduğu xüsusi
müzakirə mövzusudur. Abbad b. Süleyman əs-Saymərî, sözlərlə mənaları arasında təbii bir əlaqənin olduğu fikrini irəli
sürərək yalnız sözlərdən hərəkətlə mənalarının bilinə biləcəyini, sözün tələffüz edilməsindən mənasının çıxarıla biləcəyini
müdafiə etmişdir. Əs-Saymərînin bu görüşü bir dərəcəyə qədər təbiətdəki səslərin təqlidindən ortaya çıxmış sözlər üçün
(onomatope) doğru olsa belə dillərin bütün sözlərinə şamil edilməsi mümkün deyil və eyni şeylərin fərqli dillərdə fərqli
adlarının olmasını və əks mənalı sözləri açıqlaya bilməz. Bundan əlavə, bu görüşün doğru qəbul edilməsi hər insanın bütün
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
414
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
dilləri anlaya biləcəyi nəticəsinə gətirib çıxarır. İbn Cinni isə sözlərin səsləri, hərfləri və vəznləri ilə mənaları arasında bir
əlaqənin olma fikrini irəli sürmüş və müxtəlif sözlərlə mənaları arasındakı əlaqəni izah etməyə çalışmışdır.
Klassik ərəb abidəsi olan Qurani-Kərimə nəzər saldıqda isə Quranda ən gözəl mənaların ən gözəl sözlərlə ifadə
edildiyini müşahidə edirik. Qurani-Kərimdə yer alan hər bir kəlimə, tam yerinə uyğun bir şəkildə işlədilmişdir. Məsələn,
şeytanın vəsvəsələrindən bəhs edən "Nəs" surəsində tez-tez təkrar edilən "s" səsi, sanki şeytanın fısıltılarını səs olaraq da
əks etdirir. Yerdən suyun çıxışını izah edən "yəşəqqaqu" ifadəsi çatlayışın, axışın bütün şırıltısını, şaqqıltısını, taqqıltısını
eşitdirərək, sanki suyun çıxış tərzini göstərir. Kafirlərə xəbərdaredici bir üslubla xitab edən Qaf surəsinin sözləri, cəza verici
kəlimələrdən seçilmişdir. Cənnəti izah edən ayələrdə isə sözlər cənnətin lətafətinden hissə almışlar.
Qurani-Kərim hərçənd şeir deyil. Lakin onu oxuyanların açıq-aşkar şəkildə gördükləri kimi Quran ayələrində şeirin də
fövqündə olan bir axıcılıq və səlislik vardır. Bu İlahi bəyanın kəlamları, mənaya önəm verməyənləri sözləri ilə cəzb etdiyi
kimi, mənaya vurğun olanları da zəngin mənaları ilə özünə çəkməkdədir.
ЕСЛИ ЛИТЕРАТУРНЫЙ ЯЗЫК ЭТО СЕРДЦЕ, ТО ДИАЛЕКТЫ – ЭТО БЕГУЩАЯ В
НЕЙ КРОВЬ!
Сулейман МАМЕД-ЗАДЕ
Бакинский Государственный Университет
suleymanm@mail.ru
Dostları ilə paylaş: |