OKUMA VE YAZMA ÖĞRETİMİNDE KARŞILAŞILAN GÜÇLÜKLER
Ahmet BAYAR
Qafqaz Üniversitesi
Yimi birinci yüzyılı yaşadığımız süreç içersinde toplumlar bütün alanlarda büyük değişimler yaşamaktadır. Bu değişim-
ler toplumları “bilgi çağı” na taşımaktadır. Toplumlar tarafından ulaşılan yer aynı olmakla birlikte, ulaşan toplumların
yapılarında farklılıklar bulunmaktadır. İçinde yaşadığımız zaman, sahip olunan bilgilerin nerede ve nasıl kullanılacağını
bilmeyi gerektirmektedir. Bu nedenle de düşünmeyi öğrenmek ve bilgiyi yorumlayabilmek çok önemlidir. Bu sorumluluğu
taşıyan eğitim, hem bireylerin, hem de o bireylerin üyesi olduğu toplumun geleceği açısından büyük önem taşır.
Eğitimle insan, düşünmeyi, düşünme yeteneğini geliştirebilmeyi amaç edinmiştir. Düşünme yeteneğini geliştirebilmek
için ise insanların öncelikle okuma yazmayı tam olarak öğrenmiş olmaları gerekmektedir. Bundan dolayı da ilkokuma
yazmanın önemi çok büyüktür. Okuduğunu anlayabilme, anladığını ifade edebilme, okuduğunu yorumlayabilme ve kendi
fikrini üretebilme, okuma yazmayı iyi bilmeye bağlıdır.
Okuma denince, tüm yazılı metinlerin duyu organlarımız tarafından algılanıp,bunlara anlam verme ve yorumlama işi
olduğu söylenebilir. O halde okumada üç unsurun öneminden söz edilebilir: Birincisi, yazılı bir metin olması
gerektiğidir,ikincisi o metnin alıcı tarafından algılanması ve sonra da algılanan metnin yorumlanması gerektiğidir. Bu
noktada dil, duygu ve düşünceleri iletme konusunda bir araç görevini görmektedir. Çünkü dil, insanlar arasında duygu
alışverişini sağlayan bir iletişim yoludur. İletişim, karşı tarafa ulaşması istenen mesajın, sağlıklı bir şekilde gönderilmesidir.
Ulaştırılmak istenen mesaj (duygu ya da düşünce olabilir) farklı yollarla başkalarına aktarılıyorsa, başkalarıyla
paylaşılıyorsa o zaman iletişim gerçekleşiyor demektir. Mesajların ulaştırılamaması durumunda iletişimden söz edilemez.
Sağlıklı bir iletişim kurabilmek, ilkokuma yazmanın temellerinin atıldığı birinci sınıfta ayrı bir öneme sahiptir. İleten
(öğretmen) ile alıcı (öğrenci) arasında sağlıklı bir iletişim kurulamazsa ulaştırılması amaçlanan mesaj alıcıya ulaşmaz.
Ancak okuma-yazma sürecini olumsuz etkileyen bazı etmenlerde vardır.Öğrenci velilerimizin ekonemik durumlarının
iyi olması bazı durumlarda öğrenciyi olumsuz etkilemektedir.Öğrenci velinin yaklaşımı sebebiyle okuma yazma sürecine
ilgisiz veya lakayt yaklaşım gösterebilmektedir.
Bir başka etken olarak da öğrencilerin okuduğu okula uzak oturmaları öğrencilerin okula ulaşmaları sürecinde yorgun
düşmelerine sebeb olmaktadır.Buda okuma-yazma sürecini olumsuz yönde etkilemektedir. Son dönemlerde öğrencilerin
yaşlarının küçük olarak okula kabul edilmesi okuma- yazma sürecini olumsuz olarak etkileyen bir başka sebeb olarak kabul
edilebilir.
ANA DİLİNİN TƏDRİSİ METODİKASININ MƏNBƏLƏRİ
Aygün MƏMMƏDOVA
Qafqaz Universiteti
amemmedova@qu.edu.az
Azərbaycan dilinin metodikasının inkişafının ən etibarlı mənbələrindən biri metodik irsimizdir. Metodik irsdən
istifadəni ana dilinin tədrisi metodikası üzrə aparılmış axtarışları günümüzdə olan məktəblərə eyniylə köçürmək düzgün
deyil. Keçmiş irsdən istifadə edərkən ondakı mütərəqqi, əlverişli ideya, qanunauyğunluq, prinsip, metod və priyomu
götürüb onlardan müasir məktəbin tələblərinə uyğun şəkildə istifadə etmək lazımdır.
Azərbaycan dilinin tədrisi ilə əlaqədar B.Çobanzadə, F.Ağazadə, M.Mahmudbəyov, Y.Zeynalov, Ə.Qafarlı, M.Ələkbərov,
A.Abdullayev və başqalarının yazdıqları kitablar və məqalələrin bir çoxu bu gün də müəyyən qədər öz əhəmiyyətini
saxlayır. Bugünkü metodika elmi məhz onların yaradıcılıqlarından qidalanır.
Metodikanın inkişafına təkan verən mühüm mənbələrdən biri pedaqogika və pedaqoji psixologiyanın yenilikləridir.
Pedqogika və psixologiya elmləri son illərdə sürətlə inkişaf edir, öz qanun və qanunauyğunluqlarını nəzəri və praktik
cəhətdən zənginləşdirilir, yeniləşdirilir. Son 25-30 ildə hər dəfə intensivləşdirmə, təlimin texniki vasitələrindən istifadə,
problemli təlim, kompüterləşdirmə və s. tətbiq edi
ldikcə ibtidai siniflərdə ana dili təliminin metodikası nəzərdən
keçirilməli, metod və priyomların təkmilləşdirilməsinə səy göstərilməlidir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
425
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Qabaqcıl məktəb təcrübəsinin öyrənilib ümumiləşdirilməsi ana dili tədrisi metodikasının inkişafının ən zəngin və ən
maraqlı mənnəyidir. Pedaqoji nəzəriyyə və pedaqoji praktika sıx vəhdətdə fəaliyyət göstərməlidir. Nəzəriyyə təcrübənin
yolunu işıqlandırır, ona yeni elmi əsas verir, onu təkminləşdirir. Bununla belə, qabaqcıl məktəb təcrübəsi öz növbəsində
pedaqoji elmləri zənginləşdirir, inkişaf etdirir. Nəzəri və praktik fəaliyyət belə vəhdətdə inkişaf etməzsə, pedaqogika elmi
həyatdan geri qalar. Pedaqoji təcrübə alimlərdən gələcək yaradıcı axtarışlara ruhlandıran yeni pedaqoji ideyalar gözləyir.
Metodistlər, elmi işçilər, qabaqcıl məktəb təcrübəsini öyrənməli, mahiyyətini açmalı, ümumiləşdirməli, elmiləşdirməli
daha sonra yayılması, kütləvi şəkil alması üçün tədbir görməlidirlər.
Yenilik ardınca qaçan bəzi müəllimlər rastlarına gələn hər hansı təcrübəni fərqinə varmadan tətbiq etməyə çalışırlar.
Halbuki çox vaxt bu təcrübə onun fəaliyyət göstərdiyi mühitə, şəraitə, iş sisteminə, yaradıcılıq üslubuna uyğun gəlmir. Ona
görə də elmi işçilər dünyanın müxtəlif guşələrində tətbiq olunan yeniliyi, hər hansı xarici təcrübəni yerli şəraitə tətbiqi
qaydasını işləyib hazırlamalıdırlar. Keçən əsrin 60-70-ci illərində Lipetsk, Rostov vilayəti, Tatarıstan müəllimlərinin
qabaqcıl iş təcrübəsinin məktəblərimizdə öz tətbiqini lazımınca tapa bilməməsinin səbəbi məhz onların elmi cəhətdən
lazımınca əsaslandırılmaması və müəllimlərə aydın şəkildə çatdırılmaması idi.
Biliklərin sinifdəcə mənimsədilməsi, ev tapşırıqlarından, səhvlər üzərində kollketiv işdən, eyni çalışmalar sisteminin
hamı tərəfində yerinə yetirilməsindən, biliyin beş bal sistemi ilə qiymətləndirilməsindən imtina edilməsi, eyni vaxtda yazı
taxtasında bir neçə şagirdin işləməsi, dərsə oyun elementlərinin daxil edilməsi, dərsdə özünüqiymətləndirmədən istifadə
olunması, yeni texologiyalar, xüsusilə dərsin qruplar şəklində təşkili, debat dərslər, intekativ metodlar və s. müəllimlər
arasında bir çox mübahisələrə, narazılıqlara səbəb olur. Bütün bunlar çox diqqətlə təhlil olunmalı, pedaqoji ictimaiyyət
tərəfindən qiymətləndirilməli və tətbiqedilmə qaydası optiMallaşdırılmalıdır.
Qabaqcıl təcrübənin ən yüksək mərhələsi yenilikçilikdir. Yenilikçi müəllim ideya irəli sürür. İdeya nədir? Konsepsiya,
metodologiya , metod, metodik anlayışlardan fərqli olaraq, ideya elmi kateqoriyadır, fikirdir, təklifdir. Bəzən qabaqcıl
müəllimlər yeni, əvvəllər məlum olmayan forma, vasitə və metodlardan istifadə etməklə pedaqoji nəzəriyyənin illərdən bəri
adət etdiyimiz çərçivədən çıxardaraq, standart pedaqoji qaydalarla münaqişəyə girir, irəli sürdüyü yeniliyi sübut etməyə
çalışırlar.
Ana dilinin tədrisi metodikasını o zaman sistemli və elmi cəhətdən əsaslandırılmış şəkildə inkişaf etdirmək olar ki,
qabaqcıl müəllimlər tədqiqata qoşulsunlar. Müəllim kiminsə təcrübəsini eyniylə köçürməyə çalışmasın, onu yerli şəraitə,
sinfin səviyyəsinə müvafiq şəkildə işlədikdən sonra tətbiq etməyə səy göstərsin. Bu zaman hər kəsin özünəməxsus əməyinin
bəhrəsi üzə çıxar. Müəllim hər hansı qabaqcıl təcrübəni eyniylə köçürmək istəsə belə nəticə alınmaz. K.D.Uşinskinin dediyi
kimi, qabaqcıl təcrübə köçürülmür. Köçürülən təcrübənin surəti deyil, ondan irəli gələn ideyadır.
Deməli, qabaqcıl təcrübənin yaradılması üçün araşdırmalar aparmaq, elmi axtarışlar prosesində götür-qoy etmək
lazımdır. Yalnız bu zaman yaranan təcrübə ana dili metodikasının inişafı üçün qaynaq ola bilər.
Yaradıcı fəaliyyət göstərən , qabaqcıl təcrübəsi ilə metodikanı zənginləşdirmək istəyən müəllim tədqiqatçı olmalı, elmi-
tədqiqat metodlarından istifadə etməyi bacarmalıdır. O, hər şeydən əvvəl, tədris-metodik ədəbiyyatı öyrənib təhlil etməlidir.
Bu zaman müəllim özünə qədər bu və ya digər problemin məktəb təcrübəsində necə qoyulması, tətqiqatçılar tərəfindən necə
qələmə alınması ilə tanış olur. Belə bir tanışlıq onun axtarışlarına, fəaliyyətinə istiqamət verir.
MAGİSTRANTLARIN MÜƏLLİMLİK FƏALİYYƏTİNƏ HAZIRLANMALARININ
İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ İNTERAKTİV TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ
Aysel HÜSEYNƏLİYEVA
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
aysel-86@bk.ru
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti, o
cümlədən təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin inkişaf etdirilməsi sahəsində mövcud problemlərin
aşkarlanması və həllinə diqqəti daha da artırmışdır. Təhsildə həyata keçirilən islahatlarla əlaqədar olaraq strateji fəaliyyət
istiqamətləri müəyyənləşdirilmiş, strateji yanaşma və prioritet sahələr üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
aydınlaşdırılmış, vahid konsepsiya və konkret dövlət proqramı hazırlanmışdır. Son illər “Azərbaycan Respublikasında
fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” təsdiq edilmiş, “Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş,
prezident İlham Əliyevin 24 oktyabr 2013-cü tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası” təsdiq edilmiş və digər addımlar atılmaqdadır.
Təhsil sahəsində yüksək nəticələrin əldə edilməsi bilavasitə akademik bacarığı, tədris təcrübəsi, peşəkarlıq bacarığı ilə
fərqlənən keyfiyyətli müəllim kadrlarının hazırlanmasından asılıdır. Rəqabətli iqtisadi mühitin önəmli amilə çevrildiyi
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
426
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
müasir dövrdə keyfiyyətli pedaqoji kadrların hazırlanması iqtisadçı, menecer, həkim, mühəndis, hüquqşünas, yüksək peşə
kompetensiyalarına malik müəllim, dövlət keşiyində duran peşəkar hərbiçi, polis əməkdaşı və s. ixtisas sahiblərinin
hazırlanmasına potensial hazırlıqdır. Çünki həmin peşə-ixtisas sahiblərini hazırlayanlar, formalaşdıranlar məhz ali təhsil
müəssisələrində istər bakalavr, istərsə də magistr pilləsində təhsil alaraq müəllimlik peşəsinə yiyələnən gələcək
müəllimlərdir. Heç də təsadüfi deyildir ki, 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş Təhsil strategiyasında da müəllim
təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici sima hesab olunur.
Ənənəvi təlim metodlarından fərqli olaraq interaktiv təlim metodlarının tətbiqinin üstünlük təşkil etdiyi müasir şəraitdə
ali pedaqoji təhsil müəssisələrinin bakalavr və magistr pillələrində də interaktiv təlim texnologiyalarından istifadəyə
üstünlük verilməli, istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqabətə davamlı, peşəkar pedaqoji kadrların
hazırlanmasına şərait yaradılmalıdır. Strategiyada da göstərildiyi kimi bunun üçün təhsilin bütün pillələri, o cümlədən ali
təhsil üzrə yeni kurikulumların, səriştəyə əsaslanan standartların hazırlanması, öyrənmə və öyrətmə prosesinin keyfiyyətinin
yüksəldilməsi, təhsilalanların müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmaları, diaqnozlaşdırma,
proqnozlaşdırma layihələşdirmə və s. funksiyaları bilmələri, yüksək tədqiqatçılıq keyfiyyətinə malik olmaları zəruri hesab
olunur.
Ali pedaqoji məktəblərdə təlim prosesində interaktiv təlim texnologiyalarından geniş istifadə etməklə təkcə
bakalavriatların deyil, magistrların da müəllimlik fəaliyyətinə hazırlanmalarını intensivləşdirmək mümkündür. Bu proses ali
məktəblərdə çalışan professor-müəllim heyətindən təlim prosesində interaktiv təlim metodlarının tətbiqinə geniş yer
vermələrini tələb edir.
Ölkəmizdə müəllim hazırlığının real vəziyyəti, bu sahədə keyfiyyətin yüksəldilməsi, hazırlanan konsepsiya və
strategiyalar və s. magistrantların interaktiv təlim texnologiyaları əsasında müəllimlik fəaliyyətinə hazırlanmalarını
intensivləşdirməyi tələb edir. Araşdırmalar göstərir ki, hazırda müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də,
bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Ali təhsil pilləsində
kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Dövlətimizin ali pedaqoji təhsillilərdən gözləntiləri
böyükdür. Çünki millətin gələcəyi bu gün hazırlanan pedaqoji kadrlardan çox asılıdır.
Köhnə stereotiplərdən azad olaraq, müasir dünya təcrübəsini öyrənib səmərəli şəkildə ölkəmizdə tətbiq etməklə, müasir
təlim texnologiyalarına (aktiv və interaktiv təlim texnologiyaları) yiyələnməklə təlim prosesini və müəllim hazırlığını
təkmilləşdirmək mümkündür. Ona görə də interaktiv təlim texnologiyalarının tətbiqini genişləndirməklə magistrantların
müəllimlik fəaliyyətinə hazırlanmalarının intensivləşdirilməsi günümüzün əsas reallıqlarından biridir. Bu baxımdan
interaktiv təlim metodları vasitəsilə müəllim hazırlığının intensivləşdirilməsini təmin edən şərtlərə aşağıdakıları aid etmək
olar:
1) müasir elmi-texniki, pedaqoji-metodik tələblərə cavab verən interaktiv təlim texnologiyalarından istifadə etməklə
magistrlərin müəllimlik fəaliyyətinə hazırlanmaları;
2) magistratura pilləsində interaktiv təlim metodlarının geniş tətbiqinə imkan yaradan fənlər üzrə yaradıcı işləyən, tədris
prosesini müasir dövrün tələbləri səviyyəsində quran ali məktəb müəllimlərinin təcrübəsinin öyrənilməsi və digər
fənlərin tədrisinə tətbiqi;
3) interaktiv təlim texnologiyaları ilə bağlı xarici ölkə təcrübəsinin öyrənilməsi və Respublikanın ali təhsil
müəssisələrində onların təcrübəsindən səmərəli istifadə edilməsi;
4) interaktiv təlim texnologiyalarının tətbiqində intellektuallığın nəzərə alınması;
5) interaktiv təlim texnologiyalarının tətbiqində maddi-texniki təminatın nəzərə alınması;
6) interaktiv təlim texnologiyalarının tətbiqində pedaqoji-metodik ustalığın nəzərə alınması;
7) interaktiv təlim texnologiyalarının tətbiqində həyatla əlaqəlilik və fəaliyyət üçün praktik hazırlığın nəzərə alınması;
8) interaktiv təlim texnologiyaları vasitəsilə gələcək müəllimlərin müstəqil fəaliyyətinin səmərəli həyata keçirilməsinin
təmin olunması və s.
AZƏRBAYCANDA XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARIN
(XQEU) TƏHSİL PROBLEMİ
Aytən EYNALLI
Qafqaz Universiteti
Son illərdə xüsusi ilə dünyanın inkişaf etmiş ölkələrində sağlamlıq imkanlarından məhdud olan əhali kütləsinə və
xüsusi ilə də uşaqlara xeyli qaygı göstərildiyi görülür. Artıq belə ölkələrdə Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara
(XQEU) və onların ailələrinə göstərilən dəstək məhz sosial dövlət anlayışının bir tələbi olaraq qiymətləndirilir.
XQEU-ların və onların ailələrinin bir sıra mühim problemlərinin olduğu artıq heç kimdə şüphə doğurmur. Bütün
dünyada olduğu kimi ölkəmizdə də XQEU-ın ən başlıca problemlərindən biri də onların təhsil problemidir. Tədqiqatlar
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
427
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
göstərir ki, bütün dünyada belə uşaqlar adətən məktəb daxilində diqqətdən kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə
getmirdilər. Lakin son ildə bu istiqamətdə səslənən fikirlər və atılan addımlar bir çox ölkələrdə uşaqların təhsil almaq
imkanından məhrum olması məsələsini gündəmə gətirdi. Aşkardır ki, belə uşaqlar lazımi təhsil ala bilmədikləri zaman
onların gələcək həyatlarını qurmaları mümkün olmayacaq və onların inkişafı lazımi səviyyədə reallaşmayacaqdır.
Ölkəmizdə bu istiqamətdə bir sıra addımlar atılsa da problemin köklü həlli üçün bir sıra tədbirlərin hyata keçirilməsinin
də zəruri olduğu bilinməkdədir.
Ölkəmizdəki bu istiqamətdə yaşanan problemlər əsasən aşağıdakılardan ibarətdir.
- Bu istiqamətdə içtimai fikrin lazımi səviyyədə olmaması.
- Dövlət tədəfindən göstərilən maddi dəstəyin az olması. Hazırda belə uşaqlar orta hesabla 55 manat müavinət alırlar.
2013-cu ildəki məlumatlara əsasən əlilliyi olan 18 yaşından kiçik uşaqların sayı 62866 nəfərdir.
7
- Lazımi kadr potensialının olmaması və bu istiqamətdə xüsusi kadr hazırlığının aparılmaması.
- Təhsil müəssisəsində çalışan kadrların bu sahədə yetərli təcrübəsinin olmaması. Araşdırmalar göstərir ki, məktəblərin
təxminən 90%-i əmək vərdişlərinin aşılanması xidmətini təklif etmir; məktəblərin təxminən 70%-də nitq terapevtləri yoxdur
və məktəblərin yalnız 0,8%-i peşə bacarıqlarını öyrədir.
8
- Valideynlərin ictimai təzyiqdən çəkinərək uşaqlarını qapalı mühitdə saxlamaları.
-İnkluziv və inteqrativ təhsil kimi tədbirlərin yalnız mərkəzi şəhərlərdə təşkil edilməsi.
-Kifayət qədər alternativ qayğı və təhsil mərkəzi, reabilitasiya müəssisəsi, məktəbəqədər təhsil müəssisələrinin
olmaması.
Bütün bu problemlərin həlli istiqamətində zəruri addımların atılması və bunların aradan qaldırılması üçün aşağıdaki
tədbirlərin həyata keçirilməsinin zəruri olduğuna inanırıq.
- İbtidai məktəbdən başlayaraq belə problemləri olan uşaqlarla birgə yaşama mədəniyyətini aşılamaq lazımdır.
- Kütləvi informasiya vasitələri ilə əhalinin bu istiqamətdə maarifləndirlməsi təmin edilməlidir,
- Dünya təcrübəsinin öyrənilərək ölkəmizə tətbiqi imkanları araşdırılmalıdır.
- Kadr hazırlığı istiqamətində zəruri addımlar atılmalıdır. Xüsusi ilə bu istiqamətdə universitetlərdə xüsusi kafedraların
hazırlanması zəruri hesab edilə bilər.
- Belə uşaqların maddi təminatları gücləndirlməlidir. Xüsusi ilə dövlət qurumları özəl sektorlardan belə uşaqların təhsili
istiqamətində xidmət satın ala bilər. Bu addım bu sahədə özəl sektorun inkişafına da səbəb olacaqdır.
- Dövlət və özəl sektorun birgə təşəbbüsü ilə dünya təcrübəsi ölkəmizə gətirilməlidir.
- Valideynlərin maarifləndirilməsi istiqamətində xüsusi tədbirlər həyata keçirilməlidir.
- Alternativ təhsil müəssisələrinin açılması təşviq edilməlidir.
Artıq inkişafın yeni mərhələsinə qədəm qoymuş ölkəmizdə Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar və onların
ailələrinin təhsil və bənzəri problemlərinin həlli ölkəmizdə sosial-dövlət quruculuğu istiqamətində atılan mühim addı
QURANİ-KƏRİMDƏ ƏXLAQ TƏRBİYƏSİ MƏSƏLƏLƏRİ
Samirə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
samire.memmedova@bk.ru
Əxlaq insanın mənəvi keyfiyyətini, cəmiyyətə və başqalarına qarşı münasibətini müəyyən edən norma və davranış
qaydalarıdır. İctimai şüurun formalarındandır. Xalq arasında “əxlaq” sözünü çox vaxt ədəbli, tərbiyəli, ismətli, mərifətli
sözləri ilə eyniləşdirib, onları sinonim kimi də işlədirlər. Bütün bu sözlər eyni olmasa da, hamısı əslində insanın daxili
aləminə, mənəviyyatına aid sifətlər toplusunu əhatə edir.
Xalq əxlaqının kökləri ibtidai icma quruluşundan başlayır. Həmin dövrlərdə insanların ailəyə, öz-özlərinə, başqalarına
olan münasibətlərindən, onların məişətindən, təbiətə qarşı birgə mübarizəsindən yaranan bir sıra rəftar qaydaları, adət və
ənənələr tədricən möhkəmlənib əxlaq normaları şəklini almışdır.
Dinimizin müqəddəs kitabı “Qurani - Kərim”də əxlaq tərbiyəsi məsələləri və əxlaqa verilən yüksək dəyərlər
özünün hərtərəfli şərhini tapmışdır. ”Qurani - Kərimdə” əxlaq dinin əsas təməl daşı, insanlığı, dünyanı öz üzərində saxlayan
dirəklərdən biri hesab edilmişdir. İslamda tərbiyənin məqsədi sadəcə uşaqlara gözəl əxlaq və faydalı biliklər verməkdən
ibarət deyil. Tərbiyə daha geniş anlam daşıyaraq insanların yaşadıqları cəmiyyətə və onun inkişafına öz töhfələrini verməsi,
onu hər cür təhlükədən qoruması, xalqının adət və ənənələrini, dilini, dinini qoruması, ona hörmət etməsi və mədəniyyətini
7
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı
8
UNECF, Azərbaycanda Sağlamlıq imkanları məhdud olan uşaqlara təhsil imkanlarının göstərilməsi haqqında tədqiqat, s. 14
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
428
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
daim ucalara qaldırmasıdır. Bu isə ümumbəşəri dəyərləri, əxlaqı əxz etməklə və daim yeni biliklər qazanaraq inkişaf
etməklə ola bilər. ”Quran” əxlaqi davranışların və onun insanın formalaşmasında, kamilləşməsində və şəxsiyyət kimi
inkişafında göstərdiyi təsiri bizə göstərən ən dəyərli xəzinədir. Quranın bütün ayələri tərbiyəvi və əxlaqi əhəmiyyət daşıyır.
İslam tərbiyəsi ümumbəşəri əxlaqın tərbiyə edilməsini nəzərdə tutur. O ancaq dini hisslərin, dini şüurun və dini əxlaqın
aşılanması deyil, eyni zamanda vətənpərvərlik və beynəlmiləlçilik hisslərinin formalaşdırılması, dini və dünyəvi elmlərin
öyrədilməsi, estetik, əxlaqi tərbiyəni də həyata keçirir.
Quranda bizə aşılanan gözəl əxlaqi prinsiplər də var. İnsanlar xoşbəxt olmaq üçün bu prinsiplərə əməl etməlidirlər.
Quran ata-anaya gözəl davranmaq, qohum - əqrəbaya, yoxsul və kimsəsizlərə kömək etmək, israfçılıqdan uzaq olmağa,
yetimin malına göz dikməməyə çağırır. İnsan heç kimə zərər verməməli, sevgi, hörmət, bərabərlik, qardaşlıq, doğru-dürüst,
ədalətli olmaq, yardımsevər, qaynayıb - qarışma kimi işləri layiqincə yerinə yetirməli, çalışqan və səxavətli olmalıdır.
Söylənən bu gözəl əxlaqi keyfiyyətlər insanları dünya və axirət səadətinə qovuşdurur. Allahın qoyduğu ölçülərdən kənara
çıxmamaq, həmişə yaxşılıq etmək, sözünün üstündə durmaq, namuslu və həyalı olmaq da “Qurani - Kərim”in ən çox dəyər
verdiyi əxlaqi prinsiplər və məsələlərdir. Ən çox önəm verilən prinsiplərdən biri də ədalətdir. Ədalət hər bir kəsin haqqını
qorumaq və haqsızlıq etməməkdir.
Allah insanların din, dil və irqi ayrı-seçkiliyi olmadan bir - biriləri ilə ədalətli davranmalarının tərəfdarıdır. Əxlaqı
gözəl olanın daxili aləmi də zəngin olur. Hətta sevgili Rəsulumuz əxlaq barəsində belə demişdir: ”Allah məni bir müəllim
olaraq göndərdi, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Peyğəmbər islam dininin məhz insan əxlaqını
kəramətləndirmək üçün gəldiyini söyləyir və öz vəzifəsini də bunda görürdü.
Həzrəti Məhəmməd Peyğəmbərdə (ə.s) sual etmişlər:
- Ya Rəsul, ən sevimli qul hansıdır ?
- Əxlaqı gözəl olan!
- Özünüzün sevdiyiniz, qiyamətdə, məşhərdə Sizinlə kim ola bilər?
- Əxlaqı gözəl olan!
- Tərəziyə qoyulan ən böyük şey əxlaqdır!
- Din nədir?
- Yaxşı əxlaq!
- Ən fəzilətli əməl nədir?
- Yaxşı və xoş əxlaq
- Allah hər kəsə xoş əxlaq və gözəl sifət veribsə, onu atəşlərə yem etməz.
- Günəş buzu əritdiyi kimi, yaxşı əxlaq da günahı yox edər.
Ey insan, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi ol ki, onun hər iki dünyada böyük faydası var. Həya
insan üçün dünya və axirətdə bəyənilən ən gözəl əxlaqi sifətdir.
Hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə cənnətdir. Onun nə qədər fəzilətli olmağı barədə Allahın,
peyğəmbərlərinin ən şərəflisini (Məhəmməd (s)) onunla mədh və tərif etməsi bizə kifayət edər. Hədislərdə var ki, gözəl
əxlaq dinin yarısıdır.İnsana əta olunan ən fəzilətli sifətdir. Əxlaq tərbiyəsində nəfsin tərbiyəsi də önəmli yer tutur.Hər bir
məsələdə orta-mötədil həddi saxlamaq aşılanır ki, bu da islamın mahiyyətindən irəli gəlir.Belə ki, nəfsi öldürmək yerinə,
onu orta halda saxlamaq və islah etmək lazımdır.
Qiyamətdə insanın "mizan"ına əxlaqdan fəzilətli şey qoyulmayacaq.
Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan qaldırar.
Gözəl əxlaq ömrü artırar.
Beləliklə, Qurani - Kərimdəki əxlaqla bağlı məsələləri araşdırdıqca, bu qənaətə gəlmək olar ki, “Əxlaq” elə İslam
dininin özüdür, “Qurani - Kərim” isə onun müqəddəs rəmzidir. Biz də bu dinin övladlarıyıq və ana bətninə düşəndən ölənə
kimi keçdiyimiz həyat yolunda , ”Quran”la tərbiyə olunuruq.
Dostları ilə paylaş: |