Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


OKUMA VE YAZMA ÖĞRETİMİNDE KARŞILAŞILAN GÜÇLÜKLER



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə94/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   90   91   92   93   94   95   96   97   ...   144

OKUMA VE YAZMA ÖĞRETİMİNDE KARŞILAŞILAN GÜÇLÜKLER 

 

Ahmet BAYAR 

Qafqaz Üniversitesi 

 

Yimi birinci yüzyılı yaşadığımız süreç içersinde toplumlar bütün alanlarda büyük değişimler yaşamaktadır. Bu değişim-



ler toplumları “bilgi çağı” na taşımaktadır. Toplumlar tarafından ulaşılan yer aynı olmakla birlikte, ulaşan toplumların 

yapılarında farklılıklar bulunmaktadır.  İçinde yaşadığımız zaman, sahip olunan bilgilerin nerede ve nasıl kullanılacağını 

bilmeyi gerektirmektedir. Bu nedenle de düşünmeyi öğrenmek ve bilgiyi yorumlayabilmek çok önemlidir. Bu sorumluluğu 

taşıyan eğitim, hem bireylerin, hem de o bireylerin üyesi olduğu toplumun geleceği açısından büyük önem taşır. 

Eğitimle insan, düşünmeyi, düşünme yeteneğini geliştirebilmeyi amaç edinmiştir. Düşünme yeteneğini geliştirebilmek 

için ise insanların öncelikle okuma yazmayı tam olarak öğrenmiş olmaları gerekmektedir. Bundan dolayı da ilkokuma 

yazmanın önemi çok büyüktür. Okuduğunu anlayabilme, anladığını ifade edebilme, okuduğunu yorumlayabilme ve kendi 

fikrini üretebilme, okuma yazmayı iyi bilmeye bağlıdır. 

Okuma denince, tüm yazılı metinlerin duyu organlarımız tarafından algılanıp,bunlara anlam verme ve yorumlama işi 

olduğu söylenebilir. O halde okumada üç unsurun öneminden söz edilebilir: Birincisi, yazılı bir metin olması 

gerektiğidir,ikincisi o metnin alıcı tarafından algılanması ve sonra da algılanan metnin yorumlanması gerektiğidir. Bu 

noktada dil, duygu ve düşünceleri iletme konusunda bir araç görevini görmektedir. Çünkü dil, insanlar arasında duygu 

alışverişini sağlayan bir iletişim yoludur. İletişim, karşı tarafa ulaşması istenen mesajın, sağlıklı bir şekilde gönderilmesidir. 

Ulaştırılmak istenen mesaj (duygu ya da düşünce olabilir) farklı yollarla başkalarına aktarılıyorsa, başkalarıyla 

paylaşılıyorsa o zaman iletişim gerçekleşiyor demektir. Mesajların ulaştırılamaması durumunda iletişimden söz edilemez. 

Sağlıklı bir iletişim kurabilmek, ilkokuma yazmanın temellerinin atıldığı birinci sınıfta ayrı bir öneme sahiptir. İleten 

(öğretmen) ile alıcı (öğrenci) arasında sağlıklı bir iletişim kurulamazsa ulaştırılması amaçlanan mesaj alıcıya ulaşmaz. 

Ancak okuma-yazma sürecini olumsuz etkileyen bazı etmenlerde vardır.Öğrenci velilerimizin ekonemik durumlarının 

iyi olması bazı durumlarda öğrenciyi olumsuz etkilemektedir.Öğrenci velinin yaklaşımı sebebiyle okuma yazma sürecine 

ilgisiz veya lakayt yaklaşım gösterebilmektedir. 

Bir başka etken olarak da öğrencilerin okuduğu okula uzak oturmaları öğrencilerin  okula ulaşmaları  sürecinde yorgun 

düşmelerine sebeb olmaktadır.Buda okuma-yazma sürecini olumsuz yönde etkilemektedir. Son dönemlerde öğrencilerin 

yaşlarının küçük olarak okula kabul edilmesi okuma- yazma sürecini olumsuz olarak etkileyen bir başka sebeb olarak  kabul 

edilebilir.  

 

 

 



ANA DİLİNİN TƏDRİSİ METODİKASININ MƏNBƏLƏRİ 

 

Aygün MƏMMƏDOVA 

Qafqaz Universiteti 



amemmedova@qu.edu.az

 

 

Azərbaycan dilinin metodikasının inkişafının  ən etibarlı  mənbələrindən biri metodik irsimizdir. Metodik irsdən 

istifadəni ana dilinin tədrisi metodikası üzrə aparılmış axtarışları günümüzdə olan məktəblərə eyniylə köçürmək düzgün 

deyil. Keçmiş irsdən istifadə edərkən ondakı mütərəqqi,  əlverişli ideya, qanunauyğunluq, prinsip, metod və priyomu 

götürüb onlardan müasir məktəbin tələblərinə uyğun şəkildə istifadə etmək lazımdır.  

Azərbaycan dilinin tədrisi ilə əlaqədar B.Çobanzadə, F.Ağazadə, M.Mahmudbəyov, Y.Zeynalov, Ə.Qafarlı, M.Ələkbərov, 

A.Abdullayev və başqalarının yazdıqları kitablar və  məqalələrin bir çoxu bu gün də  müəyyən qədər öz əhəmiyyətini 

saxlayır. Bugünkü metodika elmi məhz onların yaradıcılıqlarından qidalanır.  

Metodikanın inkişafına təkan verən mühüm mənbələrdən biri pedaqogika və pedaqoji psixologiyanın yenilikləridir. 

Pedqogika və psixologiya elmləri son illərdə sürətlə inkişaf edir, öz qanun və qanunauyğunluqlarını  nəzəri və praktik 

cəhətdən zənginləşdirilir, yeniləşdirilir. Son 25-30 ildə  hər dəfə intensivləşdirmə, təlimin texniki vasitələrindən istifadə, 

problemli təlim, kompüterləşdirmə və s. tətbiq edi 

ldikcə ibtidai siniflərdə ana dili təliminin metodikası  nəzərdən 

keçirilməli, metod və priyomların təkmilləşdirilməsinə səy göstərilməlidir.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

425 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Qabaqcıl məktəb təcrübəsinin öyrənilib ümumiləşdirilməsi ana dili tədrisi metodikasının inkişafının  ən zəngin və  ən 

maraqlı  mənnəyidir. Pedaqoji nəzəriyyə  və pedaqoji praktika sıx vəhdətdə  fəaliyyət göstərməlidir. Nəzəriyyə  təcrübənin 

yolunu işıqlandırır, ona yeni elmi əsas verir, onu təkminləşdirir. Bununla belə, qabaqcıl məktəb təcrübəsi öz növbəsində 

pedaqoji elmləri zənginləşdirir, inkişaf etdirir. Nəzəri və praktik fəaliyyət belə vəhdətdə inkişaf etməzsə, pedaqogika elmi 

həyatdan geri qalar. Pedaqoji təcrübə alimlərdən gələcək yaradıcı axtarışlara ruhlandıran yeni pedaqoji ideyalar gözləyir.  

Metodistlər, elmi işçilər, qabaqcıl məktəb təcrübəsini öyrənməli, mahiyyətini açmalı, ümumiləşdirməli,  elmiləşdirməli 

daha sonra yayılması, kütləvi şəkil alması üçün tədbir görməlidirlər.  

Yenilik ardınca qaçan bəzi müəllimlər rastlarına gələn hər hansı  təcrübəni fərqinə varmadan tətbiq etməyə çalışırlar. 

Halbuki çox vaxt bu təcrübə onun fəaliyyət göstərdiyi mühitə, şəraitə, iş sisteminə, yaradıcılıq üslubuna uyğun gəlmir. Ona 

görə  də elmi işçilər dünyanın müxtəlif guşələrində  tətbiq olunan yeniliyi, hər hansı xarici təcrübəni yerli şəraitə  tətbiqi 

qaydasını  işləyib hazırlamalıdırlar. Keçən  əsrin 60-70-ci illərində Lipetsk, Rostov vilayəti, Tatarıstan müəllimlərinin 

qabaqcıl iş  təcrübəsinin məktəblərimizdə öz tətbiqini lazımınca tapa bilməməsinin səbəbi məhz onların elmi cəhətdən 

lazımınca əsaslandırılmaması və müəllimlərə aydın şəkildə çatdırılmaması idi.  

Biliklərin sinifdəcə  mənimsədilməsi, ev tapşırıqlarından, səhvlər üzərində kollketiv işdən, eyni çalışmalar sisteminin 

hamı tərəfində yerinə yetirilməsindən, biliyin beş bal sistemi ilə qiymətləndirilməsindən imtina edilməsi, eyni vaxtda yazı 

taxtasında bir neçə  şagirdin işləməsi, dərsə oyun elementlərinin daxil edilməsi, dərsdə özünüqiymətləndirmədən istifadə 

olunması, yeni texologiyalar, xüsusilə  dərsin qruplar şəklində  təşkili, debat dərslər, intekativ metodlar və s. müəllimlər 

arasında bir çox mübahisələrə, narazılıqlara səbəb olur. Bütün bunlar çox diqqətlə  təhlil olunmalı, pedaqoji ictimaiyyət 

tərəfindən qiymətləndirilməli və tətbiqedilmə qaydası optiMallaşdırılmalıdır.  

Qabaqcıl təcrübənin ən yüksək mərhələsi yenilikçilikdir. Yenilikçi müəllim ideya irəli sürür. İdeya nədir? Konsepsiya, 

metodologiya , metod, metodik anlayışlardan fərqli olaraq, ideya elmi kateqoriyadır, fikirdir, təklifdir. Bəzən qabaqcıl 

müəllimlər yeni, əvvəllər məlum olmayan forma, vasitə və metodlardan istifadə etməklə pedaqoji nəzəriyyənin illərdən bəri 

adət etdiyimiz çərçivədən çıxardaraq, standart pedaqoji qaydalarla münaqişəyə girir, irəli sürdüyü yeniliyi sübut etməyə 

çalışırlar.  

Ana dilinin tədrisi metodikasını o zaman sistemli və elmi cəhətdən  əsaslandırılmış  şəkildə inkişaf etdirmək olar ki, 

qabaqcıl müəllimlər tədqiqata qoşulsunlar. Müəllim kiminsə  təcrübəsini eyniylə köçürməyə çalışmasın, onu yerli şəraitə, 

sinfin səviyyəsinə müvafiq şəkildə işlədikdən sonra tətbiq etməyə səy göstərsin. Bu zaman hər kəsin özünəməxsus əməyinin 

bəhrəsi üzə çıxar. Müəllim hər hansı qabaqcıl təcrübəni eyniylə köçürmək istəsə belə nəticə alınmaz. K.D.Uşinskinin dediyi 

kimi, qabaqcıl təcrübə köçürülmür. Köçürülən  təcrübənin surəti deyil, ondan irəli gələn ideyadır.  

Deməli, qabaqcıl təcrübənin yaradılması üçün araşdırmalar aparmaq, elmi axtarışlar prosesində götür-qoy etmək 

lazımdır. Yalnız bu zaman yaranan təcrübə ana dili metodikasının inişafı üçün qaynaq ola bilər.  

Yaradıcı fəaliyyət göstərən , qabaqcıl təcrübəsi ilə metodikanı zənginləşdirmək istəyən müəllim tədqiqatçı olmalı, elmi-

tədqiqat metodlarından istifadə etməyi bacarmalıdır. O, hər şeydən əvvəl, tədris-metodik ədəbiyyatı öyrənib təhlil etməlidir. 

Bu zaman müəllim özünə qədər bu və ya digər problemin məktəb təcrübəsində necə qoyulması, tətqiqatçılar tərəfindən necə 

qələmə alınması ilə tanış olur. Belə bir tanışlıq onun axtarışlarına, fəaliyyətinə istiqamət verir.  

 

 

MAGİSTRANTLARIN MÜƏLLİMLİK FƏALİYYƏTİNƏ HAZIRLANMALARININ 



İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ İNTERAKTİV TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ  

 

Aysel HÜSEYNƏLİYEVA 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu 



aysel-86@bk.ru 

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti, o 



cümlədən təhsil sahəsində  həyata keçirilən islahatlar təhsilin inkişaf etdirilməsi sahəsində mövcud problemlərin 

aşkarlanması və həllinə diqqəti daha da artırmışdır. Təhsildə həyata keçirilən islahatlarla əlaqədar olaraq strateji fəaliyyət 

istiqamətləri müəyyənləşdirilmiş, strateji yanaşma və prioritet sahələr üzrə  həyata keçirilməsi nəzərdə tutulan tədbirlər 

aydınlaşdırılmış, vahid konsepsiya və konkret dövlət proqramı hazırlanmışdır. Son illər “Azərbaycan Respublikasında 

fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” təsdiq edilmiş, “Azərbaycan Respublikasında 

ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 

prezident  İlham  Əliyevin 24 oktyabr 2013-cü tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 

Dövlət Strategiyası” təsdiq edilmiş və digər addımlar atılmaqdadır. 

Təhsil sahəsində yüksək nəticələrin əldə edilməsi bilavasitə akademik bacarığı, tədris təcrübəsi, peşəkarlıq bacarığı ilə 

fərqlənən keyfiyyətli müəllim kadrlarının hazırlanmasından asılıdır. Rəqabətli iqtisadi mühitin önəmli amilə çevrildiyi 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

426 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

müasir dövrdə keyfiyyətli pedaqoji kadrların hazırlanması iqtisadçı, menecer, həkim, mühəndis, hüquqşünas, yüksək peşə 

kompetensiyalarına malik müəllim, dövlət keşiyində duran peşəkar hərbiçi, polis əməkdaşı  və s. ixtisas sahiblərinin 

hazırlanmasına potensial hazırlıqdır. Çünki həmin peşə-ixtisas sahiblərini hazırlayanlar, formalaşdıranlar məhz ali təhsil 

müəssisələrində istər bakalavr, istərsə  də magistr pilləsində  təhsil alaraq müəllimlik peşəsinə yiyələnən gələcək 

müəllimlərdir. Heç də təsadüfi deyildir ki, 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş Təhsil strategiyasında da müəllim 

təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici sima hesab olunur.  

Ənənəvi təlim metodlarından fərqli olaraq interaktiv təlim metodlarının tətbiqinin üstünlük təşkil etdiyi müasir şəraitdə 

ali pedaqoji təhsil müəssisələrinin bakalavr və magistr pillələrində  də interaktiv təlim texnologiyalarından istifadəyə 

üstünlük verilməli, istər Azərbaycan, istərsə  də digər ölkələr üçün rəqabətə davamlı, peşəkar pedaqoji kadrların 

hazırlanmasına  şərait yaradılmalıdır. Strategiyada da göstərildiyi kimi bunun üçün təhsilin bütün pillələri, o cümlədən ali 

təhsil üzrə yeni kurikulumların, səriştəyə əsaslanan standartların hazırlanması, öyrənmə və öyrətmə prosesinin keyfiyyətinin 

yüksəldilməsi, təhsilalanların müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş  çıxarmaları, diaqnozlaşdırma, 

proqnozlaşdırma layihələşdirmə və s. funksiyaları bilmələri, yüksək tədqiqatçılıq keyfiyyətinə malik olmaları zəruri hesab 

olunur.  

Ali pedaqoji məktəblərdə  təlim prosesində interaktiv təlim texnologiyalarından geniş istifadə etməklə  təkcə 

bakalavriatların deyil, magistrların da müəllimlik fəaliyyətinə hazırlanmalarını intensivləşdirmək mümkündür. Bu proses ali 

məktəblərdə çalışan professor-müəllim heyətindən təlim prosesində interaktiv təlim metodlarının tətbiqinə geniş yer 

vermələrini tələb edir. 

Ölkəmizdə müəllim hazırlığının real vəziyyəti, bu sahədə keyfiyyətin yüksəldilməsi, hazırlanan konsepsiya və 

strategiyalar və s. magistrantların interaktiv təlim texnologiyaları  əsasında müəllimlik fəaliyyətinə hazırlanmalarını 

intensivləşdirməyi tələb edir. Araşdırmalar göstərir ki, hazırda müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə  də, 

bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları  əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Ali təhsil pilləsində 

kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Dövlətimizin ali pedaqoji təhsillilərdən gözləntiləri 

böyükdür. Çünki millətin gələcəyi bu gün hazırlanan pedaqoji kadrlardan çox asılıdır. 

Köhnə stereotiplərdən azad olaraq, müasir dünya təcrübəsini öyrənib səmərəli şəkildə ölkəmizdə tətbiq etməklə, müasir 

təlim texnologiyalarına (aktiv və interaktiv təlim texnologiyaları) yiyələnməklə  təlim prosesini və müəllim hazırlığını 

təkmilləşdirmək mümkündür. Ona görə  də interaktiv təlim texnologiyalarının tətbiqini genişləndirməklə magistrantların 

müəllimlik fəaliyyətinə hazırlanmalarının intensivləşdirilməsi günümüzün əsas reallıqlarından biridir. Bu baxımdan 

interaktiv təlim metodları vasitəsilə müəllim hazırlığının intensivləşdirilməsini təmin edən şərtlərə aşağıdakıları aid etmək 

olar: 

1)  müasir elmi-texniki, pedaqoji-metodik tələblərə cavab verən interaktiv təlim texnologiyalarından istifadə etməklə 



magistrlərin müəllimlik fəaliyyətinə hazırlanmaları; 

2)  magistratura pilləsində interaktiv təlim metodlarının geniş tətbiqinə imkan yaradan fənlər üzrə yaradıcı işləyən, tədris 

prosesini müasir dövrün tələbləri səviyyəsində quran ali məktəb müəllimlərinin təcrübəsinin öyrənilməsi və digər 

fənlərin tədrisinə tətbiqi; 

3)  interaktiv təlim texnologiyaları ilə bağlı xarici ölkə  təcrübəsinin öyrənilməsi və Respublikanın ali təhsil 

müəssisələrində onların təcrübəsindən səmərəli istifadə edilməsi; 

4)  interaktiv təlim texnologiyalarının tətbiqində intellektuallığın nəzərə alınması; 

5)  interaktiv təlim texnologiyalarının tətbiqində maddi-texniki təminatın nəzərə alınması; 

6)  interaktiv təlim texnologiyalarının tətbiqində pedaqoji-metodik ustalığın nəzərə alınması; 

7)  interaktiv təlim texnologiyalarının tətbiqində həyatla əlaqəlilik və fəaliyyət üçün praktik hazırlığın nəzərə alınması; 

8)  interaktiv təlim texnologiyaları vasitəsilə  gələcək müəllimlərin müstəqil fəaliyyətinin səmərəli həyata keçirilməsinin 

təmin olunması və s. 

 

 

AZƏRBAYCANDA XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARIN                                   

(XQEU) TƏHSİL PROBLEMİ 

 

Aytən EYNALLI 

Qafqaz Universiteti  



 

Son illərdə xüsusi ilə dünyanın inkişaf etmiş ölkələrində sağlamlıq imkanlarından məhdud olan əhali kütləsinə  və 

xüsusi ilə  də  uşaqlara xeyli qaygı göstərildiyi görülür. Artıq belə ölkələrdə  Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara 

(XQEU) və onların ailələrinə göstərilən dəstək məhz sosial dövlət anlayışının bir tələbi olaraq qiymətləndirilir.  

 XQEU-ların və onların ailələrinin bir sıra mühim problemlərinin olduğu artıq heç kimdə şüphə doğurmur. Bütün 

dünyada olduğu kimi ölkəmizdə  də XQEU-ın  ən başlıca problemlərindən biri də onların təhsil problemidir. Tədqiqatlar 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

427 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

göstərir ki, bütün dünyada belə uşaqlar adətən məktəb daxilində diqqətdən kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə 

getmirdilər. Lakin son ildə bu istiqamətdə  səslənən fikirlər və atılan addımlar  bir çox  ölkələrdə  uşaqların təhsil almaq 

imkanından məhrum olması  məsələsini  gündəmə  gətirdi. Aşkardır ki, belə  uşaqlar lazımi təhsil ala bilmədikləri zaman 

onların gələcək həyatlarını qurmaları mümkün olmayacaq və onların inkişafı lazımi səviyyədə reallaşmayacaqdır. 

Ölkəmizdə bu istiqamətdə bir sıra addımlar atılsa da problemin köklü həlli üçün bir sıra tədbirlərin hyata keçirilməsinin 

də zəruri olduğu bilinməkdədir. 

Ölkəmizdəki bu istiqamətdə yaşanan problemlər əsasən aşağıdakılardan ibarətdir. 

- Bu istiqamətdə içtimai fikrin lazımi səviyyədə olmaması. 

- Dövlət tədəfindən göstərilən maddi dəstəyin az olması. Hazırda belə uşaqlar orta hesabla 55 manat müavinət alırlar. 

2013-cu ildəki məlumatlara əsasən əlilliyi olan 18 yaşından kiçik uşaqların sayı 62866 nəfərdir. 

7

 



- Lazımi kadr potensialının olmaması və bu istiqamətdə xüsusi kadr hazırlığının aparılmaması. 

- Təhsil müəssisəsində çalışan kadrların bu sahədə yetərli təcrübəsinin olmaması. Araşdırmalar göstərir ki, məktəblərin 

təxminən 90%-i əmək vərdişlərinin aşılanması xidmətini təklif etmir; məktəblərin təxminən 70%-də nitq terapevtləri yoxdur 

və məktəblərin yalnız 0,8%-i peşə bacarıqlarını öyrədir.

8

 

- Valideynlərin ictimai təzyiqdən çəkinərək uşaqlarını qapalı mühitdə saxlamaları. 



-İnkluziv və inteqrativ təhsil kimi tədbirlərin yalnız mərkəzi şəhərlərdə təşkil edilməsi. 

-Kifayət qədər alternativ qayğı  və  təhsil mərkəzi, reabilitasiya müəssisəsi, məktəbəqədər təhsil müəssisələrinin 

olmaması. 

Bütün bu problemlərin həlli istiqamətində  zəruri addımların atılması  və bunların aradan qaldırılması üçün aşağıdaki 

tədbirlərin həyata keçirilməsinin zəruri olduğuna inanırıq. 

- İbtidai məktəbdən başlayaraq belə problemləri olan uşaqlarla birgə yaşama mədəniyyətini aşılamaq lazımdır. 

- Kütləvi informasiya vasitələri ilə əhalinin bu istiqamətdə maarifləndirlməsi təmin edilməlidir, 

- Dünya təcrübəsinin öyrənilərək ölkəmizə tətbiqi imkanları araşdırılmalıdır. 

- Kadr hazırlığı istiqamətində zəruri addımlar atılmalıdır. Xüsusi ilə bu istiqamətdə universitetlərdə xüsusi kafedraların 

hazırlanması zəruri hesab edilə bilər.  

- Belə uşaqların maddi təminatları gücləndirlməlidir. Xüsusi ilə dövlət qurumları özəl sektorlardan belə uşaqların təhsili 

istiqamətində xidmət satın ala bilər. Bu addım bu sahədə özəl sektorun inkişafına da səbəb olacaqdır. 

- Dövlət və özəl sektorun birgə təşəbbüsü ilə dünya təcrübəsi ölkəmizə gətirilməlidir. 

- Valideynlərin maarifləndirilməsi istiqamətində xüsusi tədbirlər həyata keçirilməlidir. 

- Alternativ təhsil müəssisələrinin açılması təşviq edilməlidir. 

Artıq inkişafın yeni mərhələsinə  qədəm qoymuş ölkəmizdə  Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar  və onların 

ailələrinin təhsil və bənzəri problemlərinin həlli ölkəmizdə sosial-dövlət quruculuğu istiqamətində atılan mühim addı

 

 



 

QURANİ-KƏRİMDƏ ƏXLAQ TƏRBİYƏSİ MƏSƏLƏLƏRİ 

 

Samirə MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 

samire.memmedova@bk.ru 

 

Əxlaq insanın mənəvi keyfiyyətini, cəmiyyətə  və başqalarına qarşı münasibətini müəyyən edən norma və davranış 



qaydalarıdır.  İctimai  şüurun formalarındandır. Xalq arasında “əxlaq” sözünü çox vaxt ədəbli, tərbiyəli, ismətli, mərifətli 

sözləri ilə eyniləşdirib, onları sinonim kimi də  işlədirlər. Bütün bu sözlər eyni olmasa da, hamısı  əslində insanın daxili  

aləminə, mənəviyyatına aid sifətlər toplusunu  əhatə edir. 

Xalq əxlaqının kökləri ibtidai icma quruluşundan başlayır. Həmin dövrlərdə insanların ailəyə, öz-özlərinə, başqalarına 

olan münasibətlərindən, onların məişətindən, təbiətə qarşı birgə mübarizəsindən yaranan bir sıra rəftar qaydaları, adət və 

ənənələr tədricən möhkəmlənib əxlaq normaları şəklini almışdır. 

            Dinimizin  müqəddəs kitabı “Qurani - Kərim”də  əxlaq tərbiyəsi məsələləri və  əxlaqa verilən yüksək dəyərlər 

özünün hərtərəfli şərhini tapmışdır. ”Qurani - Kərimdə” əxlaq dinin əsas təməl daşı, insanlığı, dünyanı öz üzərində saxlayan 

dirəklərdən biri hesab edilmişdir. İslamda tərbiyənin məqsədi sadəcə uşaqlara  gözəl  əxlaq və faydalı biliklər verməkdən 

ibarət deyil. Tərbiyə daha geniş anlam daşıyaraq insanların yaşadıqları cəmiyyətə və onun inkişafına öz töhfələrini verməsi, 

onu hər cür təhlükədən qoruması, xalqının adət və ənənələrini, dilini, dinini qoruması, ona hörmət etməsi və mədəniyyətini 

                                                       

7

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  məlumatı



 

8

 UNECF, Azərbaycanda Sağlamlıq imkanları məhdud olan uşaqlara təhsil imkanlarının göstərilməsi haqqında tədqiqat, s. 14



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

428 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

daim ucalara qaldırmasıdır. Bu isə  ümumbəşəri dəyərləri,  əxlaqı  əxz etməklə  və daim yeni biliklər qazanaraq inkişaf 

etməklə ola bilər. ”Quran” əxlaqi davranışların və onun insanın  formalaşmasında, kamilləşməsində  və  şəxsiyyət kimi 

inkişafında göstərdiyi təsiri bizə göstərən ən dəyərli xəzinədir. Quranın bütün ayələri tərbiyəvi və əxlaqi əhəmiyyət daşıyır. 

İslam tərbiyəsi ümumbəşəri əxlaqın tərbiyə edilməsini nəzərdə tutur. O ancaq dini hisslərin, dini şüurun və dini əxlaqın 

aşılanması deyil, eyni zamanda vətənpərvərlik və beynəlmiləlçilik hisslərinin formalaşdırılması, dini və dünyəvi elmlərin 

öyrədilməsi, estetik,   əxlaqi tərbiyəni də həyata keçirir.  

Quranda bizə  aşılanan gözəl  əxlaqi prinsiplər də var. İnsanlar xoşbəxt olmaq üçün bu prinsiplərə  əməl etməlidirlər. 

Quran ata-anaya gözəl davranmaq, qohum - əqrəbaya,  yoxsul və kimsəsizlərə kömək etmək, israfçılıqdan uzaq olmağa, 

yetimin malına göz dikməməyə çağırır.  İnsan heç kimə zərər verməməli, sevgi, hörmət, bərabərlik, qardaşlıq, doğru-dürüst, 

ədalətli olmaq, yardımsevər, qaynayıb - qarışma kimi işləri layiqincə yerinə yetirməli, çalışqan və  səxavətli olmalıdır. 

Söylənən bu gözəl əxlaqi keyfiyyətlər insanları dünya və axirət səadətinə qovuşdurur. Allahın qoyduğu ölçülərdən kənara 

çıxmamaq, həmişə yaxşılıq etmək, sözünün üstündə durmaq, namuslu və həyalı olmaq da “Qurani - Kərim”in ən çox dəyər 

verdiyi əxlaqi prinsiplər və məsələlərdir. Ən çox önəm verilən prinsiplərdən biri də ədalətdir. Ədalət hər bir kəsin haqqını 

qorumaq və haqsızlıq etməməkdir. 

Allah insanların din, dil və irqi ayrı-seçkiliyi olmadan bir - biriləri ilə  ədalətli davranmalarının tərəfdarıdır.  Əxlaqı 

gözəl olanın daxili aləmi də zəngin olur. Hətta sevgili Rəsulumuz əxlaq barəsində belə demişdir: ”Allah məni bir müəllim 

olaraq göndərdi, mən gözəl  əxlaqı tamamlamaq üçün göndərildim”. Peyğəmbər islam dininin məhz insan əxlaqını 

kəramətləndirmək üçün gəldiyini söyləyir və öz vəzifəsini də bunda görürdü. 

Həzrəti Məhəmməd Peyğəmbərdə (ə.s) sual etmişlər: 

-    Ya Rəsul, ən sevimli qul hansıdır ? 

-     Əxlaqı gözəl olan! 

-     Özünüzün sevdiyiniz, qiyamətdə, məşhərdə Sizinlə kim ola bilər? 

-     Əxlaqı gözəl olan! 

-     Tərəziyə qoyulan ən böyük şey əxlaqdır! 

-     Din nədir? 

-     Yaxşı əxlaq! 

-     Ən fəzilətli əməl nədir? 

-     Yaxşı və xoş əxlaq 

-     Allah hər kəsə xoş əxlaq və gözəl sifət veribsə, onu atəşlərə yem etməz. 

-      Günəş buzu əritdiyi kimi, yaxşı əxlaq da günahı yox edər. 

Ey insan, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi ol ki, onun hər iki dünyada böyük faydası var. Həya 

insan üçün dünya və axirətdə bəyənilən ən gözəl əxlaqi sifətdir. 

Hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə  cənnətdir. Onun nə  qədər fəzilətli olmağı barədə Allahın, 

peyğəmbərlərinin  ən  şərəflisini (Məhəmməd (s)) onunla mədh və  tərif etməsi bizə kifayət edər. Hədislərdə var ki, gözəl 

əxlaq dinin yarısıdır.İnsana əta olunan ən fəzilətli sifətdir. Əxlaq tərbiyəsində  nəfsin tərbiyəsi də önəmli yer tutur.Hər bir 

məsələdə orta-mötədil həddi saxlamaq aşılanır ki, bu da islamın mahiyyətindən irəli gəlir.Belə ki, nəfsi öldürmək yerinə, 

onu orta halda saxlamaq və islah etmək lazımdır. 

Qiyamətdə insanın "mizan"ına əxlaqdan fəzilətli şey qoyulmayacaq.  

Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan qaldırar.  

Gözəl əxlaq ömrü artırar. 

Beləliklə,  Qurani - Kərimdəki  əxlaqla bağlı  məsələləri araşdırdıqca, bu qənaətə  gəlmək olar ki, “Əxlaq” elə  İslam 

dininin özüdür, “Qurani - Kərim” isə onun müqəddəs rəmzidir. Biz də bu dinin övladlarıyıq və ana bətninə düşəndən ölənə 

kimi keçdiyimiz həyat yolunda , ”Quran”la tərbiyə olunuruq. 

 

 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin