Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə90/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   86   87   88   89   90   91   92   93   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

406 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

əsasında gəldiyi bu qənaəti ərəbcə divanının möhtəviyyatı da təsdiq etməkdədirİbrahim Gülşəni, Xəlil təxəllüsü ilə yazdığı 

bu  əsərində, türk divanında olduğu zat-sifət nisbəti, cəm-fərq  əlaqəsi, səkr-səhv halları, təcəlla, fəna-bəqa kimi klassik 

təsəvvüfi mövzuları şair bu əsərində özünəməxsus şəkildə işləmişdir: 

ﻢﻬﻓا ﻊﻤﺳا قﺮﻔﻟا ﻲﻓ ﻊﻤﺟ نﺎﻴﺑ ﻲﺘﻤﺻ 

تﺎﻘﻃﺎﻧ ﺖﻤﺻ ﻦﻣ ًﺎﻘﻄﻧ رﺎﺻ ﻢﻜﺒﻟا اذ 

Sükutum fərq içində cəmin bəyanıdır, onu dinşəsən, 

Natiqlərin sükutundan danışmağa başlayan lalı anlarsan. 

 

Mürşidinin mürşidi olan Seyid Yəhya Bakuvinin yeddi mərtəbəyə böldüyü, tədqiqatçı-alim Mustafa Karanın 



“nəzərgahı-ilahi” deyə vəsfləndirdiyi qəlb Şeyx İbrahimin misralarında çox yayğın və müxtəlif mənalar kəsb edərək işlənib.  

Divanın dil və üslub xüsusiyyətlərinə nəzər salındıqda ərəb dilinin zənginliklərindən faydalandığı, geniş şəkildə istifadə 

etdiyi hiss olunur. Bununla yanaşı türk olması səbəbilə əsərdə türk düşüncəsinə xas ifadələrə də yer verilmişdir. 

 

 



 

İ.Y.KRAÇKOVSKİNİN  “COĞRAFİ ƏRƏB ƏDƏBİYYATI”  

MONOQRAFİYASI HAQQINDA 

 

Kəmalə NURİYEVA 

AMEA, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 



kamala85@box.az 

 

İqnati Yulianoviç Kraçkovskinin yaradıcılığı rus və sovet ərəbşünaslığının böyük bir dövrünü işıqlandırır. Rusiya 

şərqşünaslıq məktəbinin yaradıcılarından biri olan İ.Y.Kraçkovskinin elmi irsi çox böyük həcmə malikdir. Bir neçə onillik 

ərzində ərəbşünaslığın ən parlaq, ən görkəmli nümayəndəsi olmuş alimin bu elm sahəsinin müxtəlif istiqamətlərində bir sıra 

işləri vardır.  Ərəb  ədəbiyyatının müxtəlif qollarını – müsəlman ərəb  ədəbiyyatını, xristian ərəb ədəbiyyatını, coğrafi ərəb 

ədəbiyyatı  və riyazi coğrafiyaya aid ərəb  əsərlərini – VI əsrdən başlayaraq XIX-XX əsrə  qədər,  əsasən,  əlyazmalara 

dayanaraq tədqiq etmiş  və bu işləri ilə  həm Rusiya, həm də Dünya şərqşünaslığını inkişaf etdirmişdir.  Ərəb  ədəbiyyatı 

tarixinin hər hansı bir bölməsini İ.Y.Kraçkovskinin tədqiqatlarından istifadə etmədən əsaslı şəkildə öyrənmək çətindir.  

Ərəb dilində olan coğrafi yazılar daim rus şərqşünaslarının və tarixçilərinin marağını özünə  cəlb etmişdir. 

İ.Y.Kraçkovski də bu sıradan istisna deyil. 1909-cu ildə  Ərəb  Şərqinə ezamiyyəti zamanı o, Qahirə Universitetində  ərəb 

astronomiya tarixi və ərəb riyazi coğrafiyası sahəsində boyuk mütəxəssis olan, məşhur italyan alimi K.A.Nalinonun (1862-

1938)  ərəb astronomiyası tarixi üzrə mühazirələrini dinləmişdir. Sonralar ərəblərdə coğrafi  ədəbiyyat monoqrafiyasını 

yazarkən bu alimin işlərindən geniş istifadə etmişdir.  

Bir qədər sonra “Ərəb coğrafiyaşünasları və səyyahları” məqaləsini dərc etdirir, ibn Fadlanın səyahəti və XV-XVI əsr 

ərəb dənizçisi Əhməd ibn Məcidin losiyalarını tədqiq edərək nəşr etdirir. Onun “Ərəb coğrafi ədəbiyyatı” monoqrafiyasını 

bu sahəyə aid işlərin yekunu kimi qiymətləndirmək olar.    

O,  Ərəb coğrafi  ədəbiyyatını  ərəb  ədəbiyyatının aparıcı sahələrindən biri kimi nəzərdən keçirir. İ.Y.Kraçkovskinin 

fikrincə bu ədəbiyyatı düzgün başa düşmək üçün ərəb ədəbiyyatı və ərəb mədəniyyəti tarixini bütünlüklə nəzərdən keçirmək 

vacibdir. Bununla yanaşı qeyd edir ki, bu məsələdə ərəb mədəniyyəti termini şərtidir. Ən geniş mənasıyla ərəblərdən Orta 

Asiya və Qafqaz xalqları, həmçinin türklər, farslar, suriyalılar və başqalarının mədəni yaradıcılıq fəaliyyətinin bütün 

nailiyyətlərini əhatə edir.  

İ.Y.Kraçkovskinin özünün də qeyd etdiyi kimi onun bu tədqiqatda  əsas metodu filoloji baxımdan idi və  məqsədi 

ərəblərin coğrafiya elmi, yaxud, coğrafi kəşflərinin tarixini vermək deyil. O həm elmi həm də məşhur ədəbiyyyata bərabər 

səviyyədə diqqət ayırmış, bunlara xalis ədəbi, yaxud, nağıl səviyyəsi daşıyan səyahət haqqında rəvayətləri də daxil etmişdir.  

Bununla yanaşı o, ərəblərin coğrafiya elmi və coğrafi kəşflərinin tarixinə toxunmağa məcbur idi. Öz tədqiqatında bu 

elm sahəsinin, həmçinin,  ərəblərlə  bərabər coğrafi elmin inkişafında  ərəb  ənənəsi ilə  sıx bağlı olan türklərin və farsların 

nəzərəçarpan rolunun parlaq obrazını yaradır. Müəllif Uluqbəy, əl-Biruni, Vasqo de Qamanın losmanı Əhməd ibn Məcid, 

Piri Rəis və s. coğrafiyaşünaslığın çoxsaylı, görkəmli nümayəndələrinin timsalında bunu daha aydın göstərir. 

İ.Y.Kraçkovski bu monoqrafiyasında ərəblərdə ilkin coğrafi anlayışların yarandığı vaxtdan başlayaraq XVIII əsrə qədər 

coğrafi  ədəbiyyatın, müasir elmin nailiyyətlərinə  əsaslanaraq riyazi coğrfiyanın yaranmasını izləyir, onun hind və yunan 

elmi ilə əlaqələrini araşdırır. Həmçinin, ərəblərdə coğrafi elmin müxtəlif qollarının (təsviri coğrafiya, səyahətnamə, dəniz 

coğrafiyası, ümumi və regional coğrafiya və s.) yaranmasını, bütün elmi mərkəzləri və məktəbləri, bütün istiqamətləri ilə 

tədqiq edərək öz yazısında qeyd edir. Bununla yanaşı,  ərəblərdə coğrafi  ədəbiyyatın bütün janr və istiqamətlərinin  əsas 

nümayəndələrinin bir çoxunun tərcümeyi-halını və əsərlərini şərh edir.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

407 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

260-dan çox müəllifin irihəcmli əsərlərinin ətraflı təhlili nəticəsində İ.Y.Kraçkovski bu əsərlərdə verilən məlumatların 

nə  dərəcədə düzgün olub olmadığını  və aid olduqları ölkələrin tarixi coğrafiyasını  tədqiq etmək üçün elmi qaynaq kimi 

əhəmiyyətliliyini müəyyənləşdirir.  

Bu qədər geniş dövrü və bu qədər irihəcmli materialı əhatə etməsinə baxmayaraq onun bu işi tamamlanmamışdır. XX 

əsrə qədərki dövrü əhatə etməyi nəzərdə tutsa da yalnız XVIII əsrin əvvəllərinə kimi çata bilmişdir.  

İ.Y.Kraçkovskinin bu monoqrafiyası girişdən və 24 fəsildən ibarətdir. İqnati Yulianoviç bu yazısını özü həyatda olduğu 

zaman nəşr etdirə bilməmişdir. Çapa hazırlamasına və ön söz belə yazmasına baxmayaraq, bu monoqrafiya ilk dəfə 

ölümündən sonra “Seçilmiş  əsərləri” daxilində, ayrıca cild şəklində çap edilmişdir. Həyatda ikən yalnız ayrı-ayrı 

bölmələrini məqalə şəklində dərc etdirmişdir.  

Müəllif irihəcmli material əsasında digər alimlərdən daha mükəmməl və aydın  şəkildə  ərəb mədəniyyətinin dünya 

tarixində əhəmiyyətli yer tutduğunu sübut edir və göstərir ki, bu baxımdan ərəb coğrafiya elmi aparıcı yerlərdən birini tutur. 

Həmçinin  ətraflı  dəlillərlə isbat edir ki, bu mədəniyyətin yaranmasında  ərəblərin özlərindən  əlavə Orta Asiya, Qafqaz, 

Türkiyə, İran və s. ölkələrin mədəniyyət nümayəndələri fəal rol oynamışdır.  

İ.Y.Kraçkovskinin elmi fəaliyyətinin son dövrlərində yaratdığı, mənbələrin və elmi ədəbiyyatın bu qədər geniş əhatə 

edildiyi monoqrafiyanın ərəbşünaslıq elmində analoqu olmadığını deyə bilərik.  

 

 

ƏRƏB ƏDƏBIYYATINDA TƏSƏVVÜF 



Lalə ABBASOVA 

Qafqaz Universiteti 



labbasova@qu.edu.az 

Sufizmin tarixinə  və mahiyyətinə dair. “ Sufizm “ və ya “ təsəvvüf” mahiyyət etibarilə eyni mənanı ifadə edən 

anlayışlardır. Eyni inanc sistemini ifadə etmək üçün hər iki termindən paralel şəkildə istifadə olunur. 

Sufizm orta əsrlərdə İslam aləmində geniş yayılmış dini-fəlsəfi, mistik mənəvi əxlaqi düşüncə  və davranış sistemidir. 

Bu istilahın bir termin kimi mənşəyi və mahiyyəti barədə müxtəlif yozumlar mövcuddur.  Bunlardan bəzilərinə qısaca nəzər 

salaq:  


1.  Daha çox qərarlaşmış fikrə görə «sufi» sözü ərəbcə «yun» və ya «qaba yundan hazırlanmış parça» mənasını  vеrən 

«suf», «sof» sözündəndirr. «Sufi» isə həmin parçadan paltar gеyən adama dеyilir. İlk sufilər həm zənginlikdən uzaq 

sadə bir həyat yaşadıqlarını bildirmək, həm də başqalarından fərqləndiklərini, ayrıca bir qrup olduqlarını göstərmək 

üçün yun xirqə və ya paltar gеyərdilər. Bəzi pеyğəmbərlərin, o cümlədən Məhəmməd (s.)  pеyğəmbərin və onun bir 

çox  əshabələrinin də bu cür paltar gеyindikləri barədə  məlumatlar var. Məsələn, görkəmli din adamı  Həsən Bəsri 

Bədrdöyüşündəki qazilərdən 70-dən  çoxunun yun gеyim gеyindiyini öz gözləri ilə gördüyünü söyləyir. Bеlə bir gеyim 

təbii ki, maddi həyatdakı sadə və təvazökar yaşayışın gərəkliliyinə işarə idi. 

2.  Bu istilahın «səfavi», «səfəvi», yəni namaz vaxtı təşkil olunmuş ilk cərgədə duranlara vеrilən ad anlamına gəlidyini 

söyləyənlər də var.  

3.  Sözün «еyvan» mənasını  vеrən «suffa» kəlməsi ilə bağlı olduğu da еhtimal  еdilir.Bеlə ki, Məhəmməd (s.) 

pеyğəmbərin zamanında mühacirlərin fəqirlərindən olan, yoxsul yaşayışa malik bir qrup var idi ki,onlar mütəmadi 

olaraq pеyğəmbər məscidində  və onun еyvanında ibadət  еdirdilər. Kasıb həyat tərzi kеçirən və  qənaətlə dolanan bu 

adamlara «əshabi-süffə» dеyirdilər.  

4.   Bu istilahın ərəbcə «parlaq», «saf», «təmiz» mənalarını vеrən «safa» kəlməsindən yarandığı da mülahizə еdilir.Həmin 

fikrin tərəfdarları  dеyilən mənanı  mənəvi-əxlaqi paklıq, daxili saflıq və Haqqa gеdən yoldakı ruhi təmizlik ilə 

əlaqələndirirlər. 

5.   «Sufi»  tеrminini qеyri-ərəb mənşəli hеsab  еdib onu yunan və  ya  ibrani  sözü  kimi  qəbul  еdənlər də var. Bəzi 

təfsirçilərə, məsələn,  Əburеyhan Biruniyə görə, «sufi», «sofi» sözü yunanca «düşüncə», «hikmət» mənasını  vеrən 

«sofiya» sözündəndir. 

6.   İbrani dilində kainat yaradılmazdan  əvvəl mövcud olan lakin öz mövcudluğundan xəbərsiz tək və mütləq varlığa 

«ənsof» dеyilmişdir. Qədim ibranilərin dini-fəlsəfi sistеmində  yеganə və bütöv bir substansiya olan «ən sof» mütləq, 

əzəli və əbədidir.   

Şərhlərdə «sufi» tеrminini bu istilahla bağlamaq təşəbbüsləri də mövcuddur. 

IX-XI  əsrlərdə  ərəbmüsəlmanmədəniyyətində sufizminroluget-gedə artır, mistika artıq bir elm kimi sayılırdı. Sufizm 

mənəvi aləmə  təsiredirdi. SufisözününVII əsrin  əvvələrinədək “zahid”, “ Allahlı    insan”  kimisözlər  əvəzetsə  də artıqbu 

əsrdən etibarənterminolaraqsufisözü işlənməyə başlayır. Asketizm ərəblərə hələ İslamdan əvvəl öncə məlumidi. Cahiliyyə 

poeziyasındatənhalığa çəkilibduaedənzahidə rastgəlməkiolar. İslamınmeydana çıxmasından və fütuhatlardansonra həmçinin 

pratik asketizm yayılmağa başlayır. Təsəvvüfgündəlikhəyatlaiç-içə, sıxmünasibətdə olduğunagörə sadəcə zikrvə ibadətlə 

məhdudlaşmayıbictimahəyatınbütünsahələrinə öztəsirinigöstərmişdir. Xüsusivurğulamaqlazımgəlirki, təsəvvüf İslam dinini 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

408 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

quru bir şəkildə anlamavə yaşamameyllərinə qarşı, mənəvidərinliyi,  əxlaqigenişliyi, zühdvə  təqvayoluilə  nəfsi tərbiyəni 

təlqin edən fəzilətqaynağı olmuşdur. Təsəvvüfdiniyaşayışaduyğu, coşqunluqqazandırdığı kimi toleranslığa da bir növ qapı 

açır. Belə ki, mənfidinə  mənsubolaninsanlardanibarətcəmiyyətində ictimaiasayişin bərqərar olmasını zaman-

zamantəminetmişdir. Tarixsəhifələrindəndə  məlumdurki, xüsusilə Osmanlı dövlətinin mövcudolduğu dövrlərdə sufi 

təşəküllərinin formalaşması sosiallaşma, sosialyardımlaşmavə etibarlılıqfunksiyalarına öz müsbət təsirini göstərmişdir. 

Keçmişdə  şoxtəsirliolanbudüşüncələrnədənsə müasirləşəndünyada öztəsirgücünü qoruyubsaxlayabilməmiş, getdikcə 

azalmağa başlamış və hal-hazırdademəkolarki, tamamilə itirmişdir. 

XII  ədrə  qədərsufi  şairlərinidindar, sufinəzəriyyəçilərindənayırmaqqeyri-mümkünidi. Onların  şerlərimüxtəlifsufi 

mətnlərində dağınıqvəziyyətdədirvə nadirhallardaxüsusipoetiktoplulardabizə çatmışdır. Bupoeziyadeklarativ-ritorik xarakter 

daşıyır.  Əngözəlobrazlaryalnız özlərininzənginliyivə parlaqlığı ilə deyil, eynizamandaemosionallığı  və  gərgintonuilə 

səviyyələnir.Sufipoeziyasınındigərbirxüsusiyyətiodurki, bupoeziya özündə müəllifinobrazvə ideyaları eyniolurvə oxşarlıq 

əmələ gəlir. 

 

 



ƏRƏB VƏ  AZƏRBAYCAN ƏDƏBİYYATINDA SİRƏ JANRININ 

OXŞAR XÜSUSİYYƏTLƏRİ 

Lalə BAYRAMOVA 

AMEA, Şərqşünaslıq İnstitutu 



l_b-lale@hotmail.com 

Sirə janrının Azərbaycan və ərəb ədəbiyyatında mühüm rolu vardır. Azərbaycan ədəbiyyatında “dastan” termini ərəb 

ədəbiyyatında “sirə” termininin ekvivalentidir. Azərbaycan və ərəb dastanları arasında kifayət qədər oxşar süjet və motivlər 

mövcuddur. Müxtəlif coğrafi məkanda yaşadıqlarına baxmayaraq malik olduqları eyni həyat tərzi bu iki xalqda oxşar adət-

ənənə, oxşar fikir və düşüncə tərzi yaradıb və nəticədə bunlar öz əksini onların yaratdığı folklor nümunələrində, xüsusilə 

dastanlarında tapıb. Hər iki xalqın dastanları onların köçəri həyat tərzindən qaynaqlanaraq şifahi və yazılı mədəniyyətinin 

izlərini özündə təcəssüm etdirmişdir. 

Dastanları bir-biri ilə eyniləşdirən ən mühüm cəhət isə motivlərdir. Xalq dastanlarının yaranmasının mühüm rolu olan 

motivlər hər iki xalqın istər mədəniyyətində, istər genezisində, mənşəyində oxşar xüsussiyyətləri dəqiqliklə aşkar edir. 

Digər oxşar cəhət olaraq hər iki xalqın  ədəbiyyatında dastanlar nəsrlə  nəzmin növbələşməsindən ibarətdir. Hər ikisi 

oxşar kompozisiya və süjet xəttinə malidir. Məsələn, “Koroğlu” dastanında qollar, “Kitabi Dədə-Qorqud” da boylar, “ 

Əntərə” dastanında fəsillər hər biri müstəqil qəhrəmana, bitkin süjet xəttinə malik əsərlərdir və ardıcıl gələn boylar, qollar, 

fəsillər bir-biri ilə mövzu cəhətdən sıx əlaqəlidir və biri digərini tamamlıyır. Bunu “ Əli Zibək ”, “ Zət əl-Himmə”, “  Bənu-

Hilal” dastanlarına aid edə bilərik.  

Sirə janrına xas xüsusiyyətlərdən biri əsas qəhrəmanlarının   igid, cəsur qəhrəman olması zəruridir. Sirə nümunələrinə 

diqqət etsək görərik ki, ərəb və azərbaycan xalq sirələrinin əsas məzmununu qəhrəmanlıq təşkil edir. 

Sirələrin əsas qəhrəmanları çox vəfalı, nəzakətli və vətənpərvərdirlər. Bunu biz “ Əli Zibək ”, “ Əz-Zahir Beybars ”, 

“Əbu Seyf”  və bir çox dastan nümunələrində şahidi oluruq.  

Həmçinin sirə qəhrəmanları çox cəsurdular. Həmzə Əl-Pəhləvan romanında tarixi şəxsiyyət  Həzrəti Həmzə qureyşin 

dəyərli və hörmətli adamlarından idi. Bədr müharibəsində  məğlub olmuş  Əbu Süfyan Məkkə  əhalisinin nəzərində 

hökumətinin nüfuzunun zəiflədiyinə dözə biləyib Uhud dağı  ətəyində Peyğəmbər(s) qonşunu ilə müharibə başlatdı. 

Məhəmməd (s.a.s) Peyğəmbərin  əmisi olan Həmzə  cəsurcasına onlarla son axan qanınadək vuruşdu. Bu müharibədə 

Peyğəmbərimiz(s) yaralandı,  əmisi Həmzə ilə  vəhşi qul Cubeyr ibni Mutim tərəfindən  şəhid edildi. Azərbaycan 

dastanlarında da Koroğlu kimi, Qaçaq Nəbi kimi cəsur qəhrəmann obrazları olmuşdur. 

Hər iki xalqın dastanlarında bədii ifadə vasitələrinin – epitet, metafora, müqayisə, mübaliğə geniş işlədilmişdir. Təbiət 

təsvirləri – toponomiya diqqəti xüsusi cəlb edir. Hər iki xalqın dastanlarında  təsvir olunan mənalar bir-biri ilə çox 

oxşardılar, ifadə vasitələrindən təzad hər iki xalqın sirəsi üçün xarakterikdir. Məsələn, varlı  və kasıb, yaxşı  və pis, qoca-

cavan və sairə təzadlarla zəngindirlər.  Məsələn, Koroğlu gənc, güclü, Hasan paşa isə qoca gücsüzdür. Eyvaz gənc, qüvvətli, 

Ərəb Reyhan isən qoca, lakin güclüdür, Əntərə cavan, igid, Malik isə qoca, lakin qüvvətlidir. 

Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm nəzm hissələri olur. İstər Azərbaycan, istərsə  də  ərəb 

qəhrəmanlıq dastanlarında hər hansı  əhvalat, hadisə  nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı  şeir parçaları da 

verilir. Hər iki xalqın dastan dili çox poetikdir. Dastanların poetik dili məcazların, mübaliğənin, metofaranın, bənzətmənin, 

alleterasiyanın oxşarlığı ərəb və azərbaycan poeziyası arasında bağlılıq yaradır.  

Azərbaycan dastanlarında nəzm hissəsi adətən qoşma və gəraylıdan ibarətdir. 

Bir sözlə, hər iki xalqın dastanlarında oxşar xüsusiyyətlər yetərincədir. İstər ərəb, istərsə də Azərbaycan dastanlarında  

feodalizm oxşar tarixi motivlərin ən əsası hesab oluna bilər. Hər iki xalq dünyagörüşünü bölüşüblər. Oxşar yaşayış tərzi 

onların  ədəbiyyatına əsrlər boyu təsir göstərmiş və göstərməkdədir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

409 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ZUR-RUMMƏ DİVANININ ŞƏRHİNDƏ XƏTİB TƏBRİZİ TƏRƏFİNDƏN 

GƏTİRİLƏN ŞƏVAHİDLƏR 

 

Leyla MƏMMƏDZADƏ 

AMEA, Şərqşünaslıq İnstitutu 



leylamemmedzade@ymail.com 

 

Ərəb şərhçiliyinin yaranması əslində dilin özünəməxsus xüsusiyyətləri ilə şərtlənmişdir. Ərəb dilindəki sözlərin daxili 



fleksiyaya uğraması, söz bazasının zənginliyi, sinonimlərin sayının çox olması vəs. dili anlama cəhətdən mürəkkəbləşdirir. 

Bu səbəbdən başda Quran olmaqla digər qiymətli  ədəbi abidələr təhrif olunma, daşıdığı  mənadan uzaqlaşma təhlükəsi 

qarşısında qalmışdır. Bunun qarşısını almaq üçün ilk əvvəl kiçik haşiyələrdə qısa qeydlər verilərək (bu səbəbdən şərhçilik 

bəzən haşiyə ədəbiyyatı da adlanır) şərhlər yazılmağa  başlayır. X əsrdə isə sözün əsl mənasında ərəb şərh ədəbiyyatının 

əsası qoyulmuşdur. 

Ərəb  şərhçilik sənəti  ərəb  ədəbi tənqidinin tərkib hissəsi olub, bir çox divanın mənasını aydınlaşdırmaq, xüsusən də 

qədim şairlərin yaradıcılığını anlamaq, bu yaradıcılığa daha dərindən bələd olmaq üçün əlimizdə olan ən mühüm mənbədir. 

Məhz bu şərhlər vasitəsilə arxaik kəlimələr, aydın olmayan məcazlar, istiarələr və başqa ədəbi formalar üzə çıxır. Yəni belə 

demək mümküdür ki, ərəb tənqidi ərəb filologiyasından törəmişdir (Фильштинский И.М, 1965,459). Çünki ilk şərhçilər və 

tənqidçilər məhz filoloqlar olmuşlar. 

Bildiyimiz kimi məşhur Azərbaycan alimi, filoloqu olan Xətib Təbrizi ərəb şərhçilik elminə öz qiymətsiz əsərləri ilə 

böyük töfhələr vermiş, bu elmi zənginləşdirmişdir. Onun şərhləri özündən  əvvəlkilərdən bir çox məziyyətləri ilə 

seçilirdi:əvvəla bu təhlillər daha dəqiq və əsaslandırılmış idi, əvvəlkilərdən fərqli olaraq şərhlər bir istiqamətdə aparılmamış, 

hərtərəfli şərh metodundan istifadə edilmişdir. Xətib Təbrizi əsərləri həm dilçilik, həm ədəbiyyatşünaslıq, həm tarixi, həm 

ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq edən şərhçi idi ( M.Mаhmudov, 1972, 

54). Bu səbəbdən ərəb şərhçiliyi dedikdə ağıla gələn ilk isim Xətib Təbrizidir. 

Burada təhlil ediləcək  şərh Azərbaycan  ədəbiyyatşünaslığına bugünə  qədər məlum olmamışdır. Bu, X.Təbrizinin 

məşhur  ərəb  şairi Zur-Rummənin divanına yazdığı  şərhdir. Bildyimiz kimi divana yazılan  şərhlərdə  hər beytin mənası 

açıqlanır,  ğərib və ümumişlək olmayan sözlərin izahı göstərilir, yəni leksik və morfoloji açıqlamalar olur. Bütün bunları 

oxucuya daha aydın başa salmaqdan ötrü bəzən müəyyən mənbələrə istinad edilir -bu istinad şəvahid adlanır. Bu istinadlar 

Quran ayələrinə, hədislərə, hikmətli məsəllərə  və müxtəlif  şairlərin(əsasən cahiliyyə dövrü) şerlərinə edilir. Adı  çəkilən 

əsərin Xətib Təbrizi tərəfindən tərtib edilən müqəddiməsində 90 ədəd  şəvahid qeyd edilmişdir. Bunların arasında həm 

cahiliyyə, həm muxadramun, həm də əməvi dövrünə aid şairlərin beytlərinə nümunələr gətirilmişdir. Əsərdə ümumilikdə 19 

dəfə cahiliyyə  şairlərinə, 18 dəfə muxadramun, 29 dəfə  Əməvi  şerinə,20 dəfə müəllifi göstərilməmiş qafiyələrə istinad 

edilib. Bundan əlavə Qurani-Kərimə 5 dəfə istinad edilmişdir. Şairlərdən ən çox Rubədən şəvahid gətirilmişdir (10 dəfə).  

Biz, bu araşdırmada Quran ayələrinə edilən istinadlardan nümunələr göstərmək istərdik. Təəccüblü deyil ki, heç bir 

təhrifə  məruz qalmayan, Allahın özü tərəfindən hifz edilən,  ərəb və islam mədəniyyətinin  ən dəyərli  ədəbi abidəsi olan  

Quran, ərəb və müsəlman  alimlərinin ilk istinad nöqtəsi idi. Ümumiyyətlə ərəb dilinin qrammatik meyarları Qurana əsasən 

müəyyənləşdirilib. 

Gəlin bu beytə nəzər salaq: 

 

ﻖﻄﻨﻳ نﺎآ ﻮﻟ ءاﺮﻀﺨﻟا ﻲﻓ ﻩﺎﻳا و          ﺎﻬﻧﺎآ مﻮﺠﻨﻟا ىﺮﻐﺻ ﻦﻣ ﻦﻳﺮﺸﻌﺑ 



Elə bil o, səmada iyirmi xırda ulduzla söhbətləşir 

 

 لﻮﻘﻳ



:

 ﻦﻣ نوﺮﺸﻋ ناﺮﺑﺪﻟا ﻊﻣ

"

ىﺮﻐﺻ


 "

مﻮﺠﻨﻟا


  .

 و

"



مﻮﺠﻨﻟا ىﺮﻐﺻ

 : "


ﻊﻤﺟ

 .

 ﻰﻟﺎﻌﺗ ﻪﻟﻮﻘآ



:

﴾ ﻰﻨﺼﺤﻟا ءﺎﻤﺳا ﷲ و ﴿

 .

ف

"



ﻰﻨﺴﺤﻟا

"

ﻊﻤﺟ



 .

 و مﻮﺠﻨﻟا نﺄآ لﻮﻘﻳ

لا ﻲﻓ ناﺮﺑﺪﻟا

"

ءاﺮﻀﺧ



."

ءﺎﻤﺴﻟا ﻲه و

 

.

 



(يﺰﻳﺮﺒﺘﻟا ﺐﻴﻄﺨﻟا ,1996,177) 

 

Şərhin məzmunu:  Əldəbaran (astr. Buğa bürcü) iyirmi xırda ulduzdan ibarədir. Burada müəllif xırda ulduzlar( ىﺮﻐﺻ



مﻮﺠﻨﻟا) ifadəsinin qrammatik izahını verir. Gördüyümüz kimi bu mürəkkəb sifətdir.  ىﺮﻐﺻ sifətin üstünlük dərəcəsini 

(müənnəsdə) göstərən ﻰﻠﻌﻓ modelinə uyğundur. مﻮﺠﻧ isə ﻢﺠﻧ sözünün cəmi olub ulduzlar mənasını ifadə edir və ىﺮﻐﺻ sifəti 

ilə uzlaşır. X.Təbrizi bu uzlaşmanı daha aydın şəkildə izah etmək üçün misal olaraq Qurandan bir ayə göstərir: “Ən gözəl 

adlar (


 

ﻰﻨﺴﺤﻟا  ءﺎﻤﺳا ) Allahındır.” (Qurani-Kərim,7/180). Həmin ayədə  də  məhz buna bənzər birləşmə  (ﻰﻨﺴﺤﻟا  ءﺎﻤﺳا) 

işlənmişdir. Daha sonra səma  ءاﺮﻀﺨﻟا sözünün mənasını izah edir, onun səma  ٌءﺎَﻤَﺳ  kəliməsiylə sinonim olduğunu 

göstərir.Gördüyümüz kimi burada Quran ayəsinə sözün, birləşmənin qrammatik izahını vermək üçün müraciət edilmişdir. 

 Digər bir beytə nəzər salaq: 

سراﻮﻔﻟا ﻦﻬﻧﺎﻤﻳا ﻦﻋ و ﻻﺎﻤﺷ            فﺮﺸﻣ زاﻮﺟا ﻦﺿﺮﻘﻳ ﻦﻌﻇ ﻰﻟا 

Dəvə belindəki qadınlara baxsaydın onların 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

410 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 geniş məkanlardan keçərkən sola meyl etdiklərini görərdin. 

 Onların sağında isə səhra(əd-Dəhnənin) qumları var 

ﺪﻳﺮﻳ


 :

ﻦﻌﻇ ﻰﻟا تﺮﻈﻧ

 :

جداﻮﻬﻟا ﻰﻠﻋ ءﺎﺴﻨﻟا ﻦه و



 .

فﺮﺸﻣ زاﻮﺟا ﻦﺿﺮﻘﻳ

 ,

 ﺪﻳﺮﻳ


 :

ﻊﺿﻮﻣ طﺎﺳوا

 .

 ﻦﺿﺮﻘﻳ ﻰﻨﻌﻣ و



 :

ﻻﺎﻤﺷ ﺎﻬﻨﻋ ﻦﻠﻤﻳ

 :

ﻰﻟﺎﻌﺗ ﻪﻟﻮﻗ ﻪﻨﻣ و



 :

"

لﺎﻤﺸﻟا تاذ ﻢﻬﺿﺮﻘﺗ



 ."

سراﻮﻔﻟا و

 :

ءﺎﻨهﺪﻟا ﻞﻣر



.

 

(يﺰﻳﺮﺒﺘﻟا ﺐﻴﻄﺨﻟا ,1996,388) 



 

Burada  ﻦﻌﻇ  və digər sözlərin mənası açıqlanır. Daha sonra 

فﺮﺸﻣ  زاﻮﺟا  ﻦﺿﺮﻘﻳ

 

ﻻﺎﻤﺷ



 ifadəsinin mənasını aydınlaşdırır. 

 ضﺮﻗ sözünün لﺎﻣ (meyl etmək) kəliməsiylə sinonim olduğu göstərilərək birincinin anlamı göstərilir. Quranı Kərimdə Kəhf 

surəsinin 17-ci ayəsində yuxarıdaki birləşməyə çox bənzəyən bir ifadə nümunə olaraq təqdim edilir:”...sol tərəfə 

yönəldiyini..” (Qurani-Kərim,18/17). Umumiyyətlə şairlərin çoxu şerlərində Qurandan xeyli bəhrələnmişlər, şerlərini Quran 

ayələrinə bənzər şəkildə qələmə almışlar. Bu beytin də adı çəkilən ayə ilə  oxşarlığı çoxdur. Sonda 

 

سراﻮﻔﻟا  kəliməsinin izahı 



verilirbu beytdə adı çəkilən söz “səhra qumu” mənasında işlənib. 

Bu qısa araşdırmada X.Təbrizinin Zur-Rummə divanını şərh edərkən gətirdiyi şəvahidlər haqqında ümumi məlumat 

verməyə çalışdıq. 

 

 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin