Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


ПРИДАТОЧНЫЕ ПРЕДЛОЖЕНИЯ И ИХ КЛАССИФИКАЦИЯ



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə89/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   85   86   87   88   89   90   91   92   ...   144

ПРИДАТОЧНЫЕ ПРЕДЛОЖЕНИЯ И ИХ КЛАССИФИКАЦИЯ 

 

Зульфия МАМЕДКЕРИМОВА 

Бакинский Славянский Университет 



diamond92_92@mail.ru 

 

Придаточное предложение — это зависимая часть главного предложенияв сложноподчинённом предложении, 

другими  словами,  это  предложение,  которое  входит  в  состав  сложноподчиненного  предложения  как  его  член. 

Придаточные  предложения  вводятся  для  того,  чтобы  дать  какую-либо  дополнительную  информацию  о  человеке 

или  предмете.  Таким  образом,  придаточные  предложения  являются  частью  сложного  предложения  и  помогают 

опускать  некоторые  повторяющиеся  слова.  В  английском  языке  выделяют  следующие  типы  придаточных 

предложений:  придаточные  предложения  подлежащие- Subject Clauses, придаточные  предложения  сказуемые- 

Predicate Clauses, дополнительные  придаточные  предложения- Object Clauses, определительные  придаточные 

предложения- Attributive Clauses, обстоятельственные  придаточные  предложения- Adverbial Clauses. В  свою 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

402 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

очередь,  придаточные  подлежащие,  придаточные  сказуемые  и  дополнительные  придаточные  предложения 

составляют  номинативную  группу  придаточных  предложений.  Придаточные  предложения,  фактически,  отвечают 

на одни и те же вопросы, что и  члены  простого предложения, и являются как бы их развернутыми членами. Вот 

поэтому существует столько же типов придаточных предложений, сколько и членов предложения.    

Придаточное  предложение  подлежащее  выполняет  в  сложном  предложении  роль  подлежащего  главного 

предложения.  Придаточное  подлежащее  обычно  ставится  после  сказуемого,  причем  в  этом  случае  главное 

предложение  начинается  формальным  подлежащим «it». При  отсутствии  вводного «it» придаточное  подлежащее 

всегда  стоит  перед  сказуемым  главного  предложения.  Придаточное  подлежащее  может  быть  составлено  при 

помощи    соединительных  местоимений  «what», «who», «whom», «which», а  также    соединительных  наречий  

«when», «where», «how», «why». Например:  It is still not known why he didn’t come. Но стоит также отметить, что 

при  наличии  соединительного  местоимения «what»  вводное  «it»  не  употребляется.  И  так  перефразировав 

предложение выше, у нас получится:  Why he didn’t come is still not known. Придаточное подлежащее также может 

быть оформлено при помощи союзов  «that» и  «whether».  Например: Whether he will agree is another question. It’s 

doubtful whether she will be able to come. В  отличии  от «whether» , союз «that»  употребляется  только  с  вводным 

словом «it».  Например: Is it true that you are going away? Придаточное предложение подлежащее может быть также 

составлено  бессоюзным  способом, но только при помощи  вводного слова « it». Например: It’s a pity you couldn’t 

come. 


Следующий  вид  придаточного  предложения,  это  придаточные  предложения  сказуемые.  Сказуемое 

придаточное  предложение  выполняет  в  сложноподчиненном  предложении  функцию  предикатива    главного 

предложения.  Но  стоит  также  заметить,  что  в  английском  языке  придаточные  сказуемые  употребляются  не 

часто. Существует  всего 2 основных  типа  введения  придаточных  сказуемых  в  предложение.  Первый  тип-  это 

составление  предложения  при  помощи  соединительных  местоимений «what», «who», «whom», «which» и 

соединительными  наречиями «when», «where», «how», «why» Например:This is where I live.That’s why I came 

here.That’s what I want to ask you. И  второй  тип-  составление  предложений  при  помощи  союзов «that», «whether 

(if)». Например: The trouble is that we’ve got very little time.The fact is that he didn’t come at all. 

Последний  тип  номинативных  придаточных  предложений-  это  дополнительные  придаточные  предложения. 

Дополнительные  придаточные  предложения  выполняют  функцию  прямого,  редко-  предложного,  дополнения  к 

глаголу или прилагательному в главном предложении. Например: I don’t see what you mean. Listen to what I have to 

say. I’m sorry you can’t come. Также как  и  придаточные предложения,  подлежащие и сказуемые, дополнительные 

придаточные предложения соединяются с главным предложением различными путями. Они могут быть соединены 

такими  союзами как «that», «if», «whether». Например: Do you doubt that I can do it? Do you know if any changes have 

been made in our time-table? В  разговорной  речи  союз «that» после  глаголов  и  прилагательных,  как  правило, 

опускается. Например: I suppose (that) you’ll be there. Do you think (that) it will rain? Дополнительные придаточные 

предложения могут быть составлены при помощи соединительных местоимений «what», «who», «whom», «which», 

«whose» и соединительных наречий «when», «where», «how», «why». Например:  I don’t know what you are talking 

about. Can you tell us which road leads to the station? Can you tell me who is on duty today? I’ve forgotten whom I gave 

the book. I wonder why she hasn’t come. Do you remember where he lives? И  последний  способ  образования 

дополнительного  придаточного  предложения-  это  бессоюзный  способ.  Этим  способом  всегда  вводятся 

дополнительные придаточные предложения к главному предложению, выраженному словами «I wish» и  при этом 

глагол в придаточном предложении употребляется в условном или сослагательном наклонении. Например: I wish it 

were summer now. I wish I hadn’t gone there. Бессоюзные  дополнительные  придаточные  предложения  часто 

употребляются в разговорной речи после многих глаголов и прилагательных. Например: I hope you are ready now. I 

see you are feeling better. He said he was busy. I think it’s all right. I am glad you are with us again. 

 

 

 



 

 

 



 

 

 



 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

403 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ƏRƏB DİLİ VƏ ƏDƏBİYYATI 

 

 



TEYMURİLƏR DÖVRÜNDƏ SUFİ FİRQƏLƏRİ 

 

Elman NOVRUZOV 

AMEA, Şərqşünaslıq İnstitutu 



aygunalizade@yahoo.com 

 

Dövrün böyük sufi firqələri “nəqşbəndiyyə”, “nemətullahiyyə” olmuşdur. Teymurilər dövründə  də sufilər və ariflər 



arasında  əqidə  və düşüncə ixtilafları olmuşdur. Bu dövrdə  ən nüfuzlu və mühüm sufi firqəsi Xorasan və Mavərənnəhrdə 

olan “Nəqşbəndiyyə” silsiləsi idi ki, təriqətdə mötədil, şəriət və məzhəbdə sünni idilər.  

Bu təriqət XIV əsrin məşhur sufilərindən olan Xacə Bəhaəddin Məhəmməd Nəqşbənd Buxarinin (vəf. 791) adından 

“Nəqşbəndiyyə” kimi tanınmışdır. Bununla belə demək lazımdır ki, hələ üç əsr  əvvəl onun  binasının  əsası qoyulmuş, 

sütunları isə üç böyük sufi şeyxi vasitəsilə möhkəmlənmişdi. Bu üç sufi Əbu Əli Fəzl bin Məhəmməd Farmədi, Xacə Əbu 

Yaqub Yusif Həmədani, Xacə  Əbdülxaliq  Əcdəvani olmuşdur. Xacə  Əbdülxaliq “Xacəqan” silsiləsinin həqiqi təsisçisi 

olmuşdur ki, sonralar “Nəqşbəndiyyə” adı ilə tanınmışdır.  

Bu silsilənin şeyxlərindən bəzisi Teymuri dövründə çox məşhurlaşmışdılar ki, onların arasından Əlaəddin Əttar, Xacə 

Həsən  Əttar, Xacə  Məhəmməd Parsa, Xacə  Əbu Nəsr Parsa, Xacə  Əlaəddin  Əcdəvani, Xacə Nizaməddin Xamuş, Xacə 

Abdullah İmami İsfahani, Sədəddin Kaşğari, Xacə Übeydullah Əhrar, Mövlana Əbdürrəhman Camini göstərmək olar.  

Teymurdan sonra Şahrux, Əbu Səid, Sultan Hüseyn Bayqara kimi padşahlar bu silsilə şeyxlərinə ehtiram göstərir, iki 

dünyanın feyzini onların müqəddəs ruhundan istəyirdilər, yaşayış və məad işlərində onlardan kömək diləyirdilər.  

Bu dövrün mötəbər sufi firqələrindən biri də “Nemətullahiyyə” firqəsidir. “Vəli” təxəllüsü ilə tanınan Seyyid Nurəddin 

Nemətullah bin Abdullah bin Məhəmməd Kuhbənani Kirmani bu firqəni yaratmışdır. O XIV əsrin sonu XV əsrin 

əvvəllərində  məşhur  İran ariflərindən biri olmuşdur, onun insanlar arasında yayılan çoxlu şeirləri vardır. Bu firqə  Şah 

Nemətullah Vəlinin ardıcıllarıdır. Öz nəsəbini İmam Sadiqə çatdıran Nemətullah bin Abdullah 731-ci ildə Heratın Kohestan 

qəsəbəsində anadan olmuşdur. Uşaqlıq dövrünü keçirəndən Şeyx Rüknəddin, Şeyx Şəmsəddin, Seyyid Cəlaləddin və Qazi 

Əsədüddinin yanında müxtəlif etlmləri öyrənəndən sonra böyüklər və ariflərlə tanış olmaq üçün Məkkə, Mədinə, Bəlx, 

Mavərənnəhr, Xorasan kimi şəhərlərə səfər etmiş və həmin yerlərin ariflər və alimləri ilə görüşmüşdür.  

Əmir Teymur onu müridlərinin çoxluğu bəhanəsi ilə Türküstanı  tərk etməyə vadar etmiş, o bir müddət Kirmanda 

qalaraq Mahanda xanəgah, bağ və hamam tikdirmişdir. O dövrün padşah və əmirləri, o cümlədən Şahrux, Mirza İskəndər 

bin Ömər Şeyx ona böyük ehtiram göstərmişlər.  

O 790-cı ildə  yəni təqribən 60 yaşında olarkən Herat şəhərinə gəlmişdir. Heratda “Seyyid Hüseyni Sadat” adlı yerə 

getmişdi. Bir müddətdən sonra oranın  ələvilərindən biri olan Seyyid Həmzə Hüseyni Herəvinin qızı ilə evlənmişdi. Bu 

elçilik qəbul olunmuş  və Heratda evlənmişdi. O evlənəndən sonra Morğaba getmiş, bir il orda qalandan sonra Kirmana 

yollanmışdı.  

Qazi Nurullah Şah Nemətullah Vəli haqqında bir dastan nəql edir ki, onun Şahrux Darussəltənəsində olmasından xəbər 

verir. Şah Nemətullah 790-cı ildən sonra, yəni Teymuri padşahlarının dövründə, Şahruxun hakimiyyət illərində də Herata 

gəlmişdir. Şah Nemətullah Vəli şiə sufilərinin başçılarından olmuşdur.  

O Herat və Morğabdan başqa bugünkü Əfqanıstanın digər bölgələrinə də, xüsusilə Cuzcanana  səfər etmişdir. Çünki 

belə yazırlar: Şəbrəğan yaxınlığında olan Cuzcanan məntəqəsində Sərpol adlı bir çay vardır ki, Seyyid Nemətullah Vəli adı 

ilə məşhurdur. O həzrət həmin yerdə bir müddət qaldığına görə onun adı ilə adlandırılmışdır.  

Şah Nemətullah məşhur təriqət rəhbərlərindən sayılır. O Heratdan Cuzcana qədər səfər etmiş, bu səfərlərdə çoxlu 

adamlarla söhbətlər apararaq  insanları az-çox öz təriqətinə dəvət edə bilmişdir. Nemətullahiyyənin Əfqanıstanda nüfuzunu 

təsvir etmək üçün bu təriqətin bir neçə mühüm xüsusiyyətinə diqqət etmək lazımdır: 

 Dinin zahiri hökmlərinə bağlılıq. Şah Nemətullah şəriəti təriqətin üz qabığı sayan və ona o qədər də etina etməyən  

sufi firqələrinin bir qrupunun əksinə olaraq  özünü və ardıcıllarını şəriət hökmlərinə əməl etməyə vadar edirdi. O çalışırdı 

ki, seyro-suluk qaydaları da şəriət qaydaları çərçivəsində qalsın, hind məktəblərindən yol tapmış qeyri-dini nöqasanlar və 

qaydalar ondan uzaq olsun. Onun bu addımı fəqihlər və sufilər arasında ixtilafı azaltmaq üçün çox mühüm addım idi, bəlkə 

də nemətullahiyyənin davam etmə amillərindən biri də elə bu məsələ idi.  

İnsanlara xüsusi diqqət:  İnsanlarla oturub-durmaq, onların problemlərinin həlli üçün çalışmaq onun digər 

xüsusiyyətlərindən idi ki, şübhəsiz hamı  tərəfindən sevilməsinə böyük təsir göstərmişdir. Bu şəxsi xüsusiyyəti  Şah 

Nemətullah Vəlini digər qeyd edilmiş xüsusiyyətləri ilə birlikdə insanları cəlb etməsinin mühüm amili saymaq olar. Bu da 

Şah Nemətullahın Herat və digər bölgələrdə nüfuz qazanmasına səbəb olmuşdur.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

404 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Nemətullahiyyə adlanan Şah Nemətullahın irfani yolu və üslubu onun ölümündən sonra da davam etmişdir. Oğlu Şah 

Bürhanəddin Xəlilullah Kirmanda onun yolunu davam etdirirdi. Amma Şahrux Mirza onu Herata çağırmışdır. O Heratda 

Şahruxdan böyük ehtiram və sayqı görmüşdür. Sarayda azad şəkildə gedib-gəlirdi.  

Şahruxun böyük oğlu Baysunqur Mirza Şah Xəlilə böyük ehtiramı və səmimiyyəti vardı. Qonaqlıqlarda şəxsən qızıl 

teşt və səhəngi əlinə alırdı ki, Bürhanədddin əllərini yusun.  

Nemətullah əsl sufi idi, kamil insan və üstün silsilələrdən danışır  və “Füsusul-hekəm”ə işarə edirdi. O söhbətlərində 

Həllac və başqalarının adını çəkir və Bəyazid Bistamiyə böyük ehtiramını nümayiş etdirir, hətta onu İmam Əli ilə müqayisə 

edirdi.  

O öz adından bir hürufi məna çıxartmış və “Nemətullah”ı “Fəzlullah” müqabilində ilahi xüsusiyyət kimi qoymuşdur. 

Nemətullah öz divanında dəfələrlə bu mənanı yazmışdır. Onun təriqətində də fərqli zikr müşahidə olunurdu. Belə ki, mürid 

oturmuş halda sağ əlini sol dizinə, sol əlini sağ dizinin üzərinə qoyur və bədənini soldan sağa hərəkət etdirir və “La ilahə 

illəllah” kəlməsini ürəyindən keçirirdi. Bu zikr sufilərin “səma”sından çəkinmə xüsusiyyətinə də malik idi.  

Şah Nemətullahdan sonra oğlu Seyyid Xəlilullah atasının yerini tutmuş    və ardıcıllarına rəhbərliyi öhdəsinə 

götürmüşdü. Şah Nemətullahın çoxlu müridləri vardı, Onun şöhrəti İrana yayılmış və Hindistana qədər gedib çıxmışdı. Şah 

Nemətullahın irfani məzmunlu çoxlu əsərləri olmuşdur. Bundan əlavə 13 min beyti əhatə edən divanı vardır. Divanında bir 

neçə qəsidə, məsnəvi, çoxlu qəzəl və rübailər toplanmışdır.  

Onun mənəvi nüfuzu və irfani təlimləri  o qədər genişlənmişdi ki, İranın  əmir və sultanlarından başqa Hindistanın 

Dekən padşahlarının bəzisi – Sultan Şəhabəddin  Əhməd  Şah Vəli Bəhməni (825-838) və övladı  Əlaəddin (838-862) Şah 

Nemətullah Vəliyə, ondan sonra isə ailəsinə  və  tərəfdarlarına xüsusi ehtiram göstərmişdilər. Bununla da uzaq Hindistan 

bölgələrində fars dilinin inkişafı və yayılması üçün əlverişli şərait yaranmışdı. Şah Nemətullah Vəli 834-cü ildə 103 yaşında 

vəfat etmişdir. Cəsədini Mahanda torpağa tapşırmışdılar. Sonralar Dəkən padşahı Sultan Əhməd Bəhməninin  əmi ilə 

məzarının üzərində türbə düzəltmişdilər. 840-cı ildə bu tikili sona çatdırılmış və II Şah Abbas dövründə ona başqa binalar 

da əlavə olunmuşdur. Həmin türbə indi də nemətullahi sufilərinin ziyarətgahı olaraq qalır.  

 

 

 



CÜRCİ ZEYDAN CAHİLİYYƏ ƏRƏBLƏRİNİN “

 

 دأو “ADƏTİ HAQQINDA 

 

Əzizə İSMAYILOVA 

AMEA, Şərqşünaslıq İnstitutu 



aziza-80@bk.ru 

 

Tarixdən məlum olduğu kimi, Ərəbistanda islamdan öncəki dövr cahiliyyə dövrü adlanırdı. 

Ərəbcə “cəhlə” kəlməsindən törənib və  mənası “bilməmək” olan bu termin islama qədərki dönəmdə  Ərəbistan 

yarimadasinda mövcud olan, demək olar ki, kütləviləşmiş qəbih bir adətə xas olan bir ifadədir. Təqdim olunmuş tezisdə bu 

adət haqqında danışılacaq.  

Cahiliyyə dövründə  ərəblərin qız uşaqlarının diri-diri torpağa basdırılması  və yaxud başqa yollarla öldürülərək 

onlardan xilas olma bir adətə çevrilmişdi. Bu adət “vəd”, “vəd bənət” – (diri- diri basdırılma, qız uşaqlarının diri-diri 

basdırılması)  adlanırdı. Bu adət ərəb qəbilələrindən Tamim, Qeys, Əsəd, Hüzeyl, Qureyş, Kindi kimi qəbilələrdə mövcud 

idi. Bu adətin həyata keçirilməsinin bir neçə səbəbi var idı.  

Ərəbistan yarimadasında bitmək, tükənmək bilməyən qəbilə savaşları  zəiflərin məğlub olmasına,  əsir düşməsinə, 

xüsusilə qadınların  əzilməsinə  və onların “əsir-hür” deyə iki yerə ayrılmasına səbəb olmuşdur.  Əsir düşmüş qadınların 

qəbilədə heç bir dəyəri olmadığı, əşya kimi alınıb-satıldıqları bir həqiqət idi. Belə hadisələrdən birini görkəmli ərəb yazıçısı, 

islam tarixinin gözəl bilicisi C. Zeydan ﻲﻣﻼﺳﻻا نﺪﻤﺘﻟا ﺦﻳرﺎﺗ  (İslam mədəniyyətinin tarixi) adlı elmi-tədqigat əsərində təsvir 

etmişdir. C.Zeydan orta əsr tarixçisi Mubərradın “Əl-kamil” əsərinə istinad edərək yazır: 

 “Bu  adət islam dininin zühurundan az əvvəl Bəni Təmim bin Murra qəbiləsində baş vermiş bir hadisədən sonra 

yaranmışdır. Adı  çəkilən qəbilə Hirə  əmiri Numana cizyə vergisi verirdi. Növbəti illərin birində, Hirə  əmiri cizyə 

verməkdən imtina etdi. Belə halda, Numan bu qəbilənin üzərinə hücum edərək heyvanları və  malları zəbt etdi, qadınları isə 

əsir götürdü. Belə  vəziyyətdən kədərlənən qəbilə başçısı Numanın yanına xüsusi bir heyət göndərdi və qadınların geri 

qaytarılmasını xahiş etdi. Numan isə geri dönməyi və yaxud qalmağı qadınların öz ixtiyarına buraxdı. Bütün qadınlar öz 

valideynlərinin yanına qayıtmağı üstün tutdular. Yalnız Qeys bin Asımın qızı  Amr bin əl-Muşməricə  aşiq olduğu üçün  

sahibinin yanında qalmaq istədi. Bu hadisədən sonra qızın atası Kays bir də onun qız övladı dünyaya gələrsə onu qətl 

edəcəyinə and içdi.” Sonralar Kays bin Asımın səkkiz qızını qətl etməsi rəvayət olunur. Bu cümlədən aydın olur ki, islam 

tarixini öz bədi və elmi əsərlərində işıqlandıran Cürci Zeydan belə bir mühüm mövzunu diqqətdən kənarda qoymamış, orta 

əsr mənbələri əsasında bu mövzuya dair araşdırmalar aparmış və bu adət-ənənənin hansı səbəbdən yarandığını göstərmişdir. 

Görkəmlı yazıçının   fikrinə görə, bu qətllərin başlıca səbəbi qisqanclıq idi: “Cahiliyyə dövründə insanların qısqanclığı o 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

405 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

qədər artmışdı ki, qız uşaqları böyüyərkən çirkin və utandırıcı bir hərəkət etməsinə  fürsət buraxmamaq üçün onları körpə 

ikən  öldürməyə və yaxud da diri-diri basdırmağa başlamışdılar”. Bu fıkirlə o göstərir ki, qız uşaqları cəmiyyətin yararsız, 

lazımsız bir məxluqu olaraq, dövrün tələbinə uyğun  şəkildə yetişdirilən  əks cinsin nümayəndələri tərəfindən utanmaq və 

rəzil olmaq qorxusu  ilə qətl edilir və gələcəkdə başıaşağı olmaqdan birdəfəlik xilas edir.  

Vəd adətinin həyata keçirilməsinin digər səbəblərindən biri də dünyaya gələn qız uşaqlarının qəbilə üçün bir yük 

olmasıdır. Cahiliyyət ərəblərinin fikrinə görə, oğlan uşaqları böyüyürkən ov ovlayır, müharibələrdə iştirak edir, karvanlara 

hücum edib onları qarət edir, qəbiləyə qənimət gətirir. Qız uşaqları isə evdə oturur, qəbiləyə heç bir gəlir gətirmir, muharibə 

vaxtı isə evdə tək qalaraq kişiləri düşmən qarşısında zəif salır. Bir sözlə balaca ikən doyurulacaq bir bogaz, böyüyüncə isə 

qorunulacaq bir namusdur. Onların mövcudluğu istər namus, istərsə də maddi baxımdan cahil ərəb üçün təhlükə doğururdu. 

Bu səbəbdən qız övladrından tezliklə qurtulmağı zəruri hesab edirdilər.  

Mənbələrdən aydın olur ki, “vəd” adəti qəbilə üzvləri tərəfindən illərlə vəhşicəsinə həyata keçirilirdi. Sanki bu dəhşətli 

reallığı sındırmağa qadir olan bir qüvvə yox idi. Lakin tezliklə insanlara sülh, məhəbbət və gözəllik bəxş edən  yeni bir din – 

müqəddəs İslam dini- meydana gəldi. Allah Təalə belə bir cahil cəmiyyətə sonuncu rəsulunu – Məhəmməd peyğəmbəri – 

(s) elçi olaraq və onun vasitəsi ilə Müqəddəs Kitabını – Qurani-Kərimi – nazil etdi.  Yeni din cahilliyətin bütün çirkin və 

vəhşi adətlərini rədd edərək qadin şəxsiyyətini ucaltdı  və hüquqlarını qorudu. Qadının varlığını özünə  təhqir hesab edən 

cahil ərəblərin fikirlərini alt-üst edərək ayələr nazil etdi: 

اﺮﻴﺒآ ﺎﺌﻄﺧ نﺎآ ﻢﻬﻠﺘﻗ ّنا ﻢآﺎّﻳا و ﻢﻬﻗزﺮﻧ ﻦﺤﻧ قﻼﻣا ﺔﻴﺸﺧ مﻮآدﻻوأ اﻮﻠﺘﻘﺗ ﻻ و 

“Yoxsulluqdan qorxub [Cahiliyyə dövründə olduğu kimi] övladlarınızı [xüsusilə, qız uşaqlarını] öldürməyin. Biz 

onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır! [ “İsra” surəsi, 31-ci ayə] 

Beləliklə, Qurani-Kərim bu qaranlıq cəmiyyətin  cahil adətlərini kökündən qopartdı və qız övladlarının qətlini qadağan 

etdi. C. Zeydanın qeyd etdiyi kimi “bu adət çox davam etmədi və İslam dininin zühuru ilə tamamilə ləğv edildi”. 

Çox təəsüflə qeyd etməliyik ki, bu adətin ləğv edilməsinə baxmayaraq  onun izləri muasir cəmiyyətimizdə 

qalmaqdadır.  Artıq cahiliyyət dövründən on yeddi əsr keçmişdir, lakin qadınlar barədə bugün də  mənfi münasibət öz 

hökmünü sürür. Əsasən də islam ölkələrində ailədə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox sevinirlər. Beləliklə, bu 

mövzu əsrlər boyu müzakirə olunan və sanki öz həllini heç vaxt tapa bilməyən bir məsələdir. Lakin bu bir fikir, düşüncə 

olaraq insanlar arasında qalır. Çünki bir çox ölkələrdə, həmçinin BƏR, Misir, Suriya, Əfqanistan, İran, İraq  kimi müsəlman 

ölkələrində ana bətnində olarkən övladın məhv edilməsi qanunvericilik tərəfindən qadağan edilmişdir. 

 

 

MİSİRDƏ TÜRK ŞAİR: BƏRDƏLİ ŞEYX İBRAHİM GÜLŞƏNİ VƏ ƏRƏB DİVANI 



 

Fəridə ƏLİYEVA 

Qafqaz Universiteti, Qafqaz Araşdırmalar İnstitutu 



feliyeva@qu.edu.az 

 

XV  əsrdə Azərbaycan  ərazisində Seyid Yəhya Bakuvinin məktəbilə yenidən dirçəlmiş  Xəlvətiyyə sufi cərəyanı 

ümumtürk və islam tarixinə  dəyərli  şəxsiyyətlər qazandırmışdır. Bunlardan Seyid Yəhyanın müridi, Xəlvətiyyənin 

Rövşənilik qolunun piri Aydınlı Dədə Ömər Rövşəninin müridi Şeyx  İbrahim Gülşəni (H.826-940) xüsusi yerə malikdir. 

Bərdədə, yaxud Diyarbəkirdə dünyaya gəlmiş  şeyx-şair ömrünün gənclik çağlarını Sultan Həsənin hakimiyyəti dövründə 

Təbrizdə keçirmiş, son otuz ilini isə Misirin Qahirə şəhərində yaşamışdır. Yüz ildən artıq ömür sürmüş İbrahim Gülşəninin 

türk, fars və  ərəb dillərində yazdığı  hələ ki təsbit edə bildiyimiz 13 əsəri üzə  çıxarılmışdır. Gülşəninin özü haqqında 

məlumat verən bir çox mənbədə  əsərləri haqqında da bilgilər verilmişdir.  İlk qaynaq olaraq Muhyi Gülşəninin (v: 

1017/1608-dən sonra) “Mənaqibi-İbrahim Gülşəni”si və Vassaf Hüseynin (1872-1929) “Səfineyi-evliyayi-

əbrar”ına  baxıldıqda əsərlərin adları çəkilməklə yanaşı müsvəddə halında da minlərlə beyt və nəsrindən bəhs edilir. Ərəb, 

fars və türk dillərində yazmış Gülşəninin Misir həyatından  ərəb dilində bir divan qalmışdır. Bu divanı Xəlil təxəllüsü ilə 

yazmışdır. 

Dissertasiya mövzusu olaraq tədqiqata cəlb etdiyimiz divanın hələ ki təsbit və əldə etdiyimiz iki nüsxəsi mövcuddur. 

Bunlardan biri Təhsin Yazıçının bu divanın yeganə nüsxəsi olaraq qeyd etdiyi Ankara Universiteti Dil, Tarix, Coğrafiya 

fakültəsi kitabxanasında saxlanılan kitabçı Cevat Purdan satın alınmış nüsxə -  Üniversite A421 şifrəli daha sağlam 

əlyazma, digəri isə Azadə Musabəylinin səyləri nəticəsində ilk dəfə olaraq AMEAƏlyazmalar  İnstitutunda B-778 şifrəli 

əlyazmada Rövşəninin divanı ilə birlikdə üzə  çıxarılmış nisbətən natamam nüsxədir. Qeyd edək ki, Gülşəni  ərəbcə 

divanında Xəlil təxəllüsünü istifadə etmişdir.  Əlyazmalar  İnstitutundakı B-778 şifrəli  əlyazma natamamdır, baş  və son 

qismləri yoxdur, Rövşəni divanı ilə birlikdə yer aldığı əlyazma kitabında 1a-31b vərəqlərini ehtiva etmişdir.   

On min misralıq divanda yer almış  nəzm nümunələri məsnəvi, qəzəl və dördlüklər  şəklindədir. Himmet Konur 

Gülşəninin düşüncələrini bəlli bir sistem daxilində  təqdim etməyə çalışan bir filosof olmadığını, lakin özündən öncəki 

mütəsəvviflərin sistemləşdirdiyi vəhdəti-vücud görüşünü mənimsədiyini yazır. Tədqiqatçının Gülşəninin türkcə divanı 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin