Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə85/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   81   82   83   84   85   86   87   88   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

384 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olduğunu bir daha sübut edir. İsimlərin hallanması həm morfoloji, həm də sintaktik xarakter daşıyır. Morfoloji xarakter 

daşıması özünü hallanma şəkilçilərinin qəbul etməməsində göstərir. Hal şəkilçiləri vasitəsilə isim, eləcə də məsdər başqa 

sözlərlə əlaqəyə girərək, müxtəlif cümlə üzvü rolu oynayır. 

3.  Mənsubiyyət kateqoriyası: Mənsubiyyət bildirən isimlərlə mənsubiyyət ifadə edən məsdər arasında müəyyən fərq vardır. 

İsimlərin mənsubiyyətində iki tərəf-sahib və mənsub olur.  

4.  Xəbərlik kateqoriyası: Məsdər cümlədə xəbərlik kateqoriyasına xas şəkilçiləri qəbul etməzsə, cümlədə bitməz və heç bir 

hökm ifadə oluna bilməz. 

Azərbaycan dilində məsdərin nominativ xüsusiyyətləri verbal xüsusiyyətlərinə nisbətən azdır və bu bir tərəfdən  tədqiq 

olunan kateqoriyanın tarixi inkişafı ilə əlaqədardır, digər tərəfdən isə məsdərin nitq hissələri sistemində tutduğu mövqedən 

asılıdır. 

Ədəbiyyat siyahısı: 

1. Əsgərova M.V. Zaman formaları, adverbial fel formaları və onlararasında funksional semantik əlaqələr. Bakı 2002 

2. Краткий словарь латинских слов, сокращений и выражений. Издательство «Наука», Новосибирск, 1975 

3. Casagrande J.B. Language Universals in Antropological Perceptive. “Universals of language”, Ed.2, Cambridge, Mass, 

1966 

 

 



СХОДСТВА И РАЗЛИЧИТЕЛЬНЫЕ ОСОБЕННОСТИ АКЦЕНТОЛОГИЧЕСКИХ 

СИСТЕМ РУССКОГО И АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКОВ 

 

Ситара САЛАХОВА 

Бакинский  Славянский  Университет 



salahovasitara@gmail.com 

 

Русский  язык  является  одним  из  сложных  иностранных  языков  для  азербайджанцев.  Азербайджанский  и 

русский  языки  являются  не  близкородственными  языками  и  между  системами  данных  языков  существует 

значительные  расхождения.  При  изучении  произношения  русского  литературного  языка  возникает 

интерферируещее  влияние  спецефических  произносительных  норм  азербайджанского  языка  на  русскую  речь 

обучаемых. Акцентологические ошибки  в  русской речи  учащихся азербайджанской школы являются  одним из 

наиболее  распрастраненных  видов  орфоэпических    ошибок.  Акценталогия – раздел  языкознания,  занимающийся     

изучением  ударения. Русское ударение – трудная орфоэпическая проблема для учащихся азербайджанской школы. 

Эта трудность определяется спецификой системы русского языка, а также различиями между акцентологическими 

системами русского и азербайджанского языков. 

В  русском  языке  ударение  свободное,  разноместное,  его  место  не фиксировано.  Ударение  не  прикреплено  к 

одному  какому-либо  слогу  слова  или  к  определенной  части  слова.  Ударение  в  русском  языке  может  падать  на 

любой  слог  слова  или  на  разные  морфологические  части  слова.  Русский  язык  относится  к  числу  языков  со 

свободным  ударением,  которое  определяется  для  каждого  слово,  не  фонетическими  правилами,  а  связано  либо  с 

лексикой,  либо  с  грамматикой.  Разноместность  ударения  в  русском  языке  является  важным  фонологическим 

средством.  Он  служит  для  различения  звуковых  оболочек  разных  слов.  Достаточно  различия  в  месте  ударения, 

чтобы  созвучные  слова  различались  по  смыслу.  Разноместность  делает  ударение  индивидуальным  признаком 

слова.  


В отличие от русского языка в азербайджанском языке место ударения фиксировано и ударение прикреплено  

к  определенному  слогу  слова.  Такое  ударение,  в  отличие  от  разноместного,  свободного,  можно  назвать 

фиксированным,  иначе  связанным.  В  азербайджанском  языке  ударение  как  правило  падает  на  последний  слог 

слова.  Интересно  то,  что  при  образовании  различных  грамматических  форм  слова,  ударение  отодвигается  на 

последний слог. Но  в азербайджанском языке также существует слова, где ударение падает не на последний слог. 

Эти слова  как правило заимствованные. 

Трудности  русского  ударения  для  азербайджанских  школьников  не  исчерпываются  его  разноместностью. 

Разноместное  ударение  русского  языка  в  одних  категориях  слов  бывает  неподвижным – при  образовании 

грамматических  форм  слова,  ударение  остается  на  одном  и  том  же  месте.  В  других  категориях  ударение  бывает 

подвижным, т.е. при образовании различных грамматических форм  данного слова оно переносится с одного слога 

на  другой,с  одной  части  слова  на  другую.  Подвижное  ударение  русского  языка  представляет  исключительные 

трудности. Сформулировать четкие правила движения ударения при образовании различных грамматических форм 

от каждого слова весьма трудно, а в многих случаях и невозможно. Во всех случаях сомнения, следует обращаться 

к словарям. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

385 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

В  азербайджанском    языке    ударение  является  подвижным,  может  перемещатся,  если  к  основе  слова 

прикрепить различные аффиксы, ударение будет перемещаться на последний слог. 

Относительное свойства ударения в русском языке – качество гласного, которое может быть абсолютным его 

признаком.  Только  под  ударением  гласный  произносится  ясно  и  четко,  что  придает  ему  акустически  особый 

тембровый  характер.  Л.В.Щерба    полагал,  что  качество  гласных  является  для  русского  языка  одним  из  важных 

признаков ударения. Вне ударения он подвергается значительным изменениям. Безударные гласные произносятся 

менее напряженно и отчетливо, и сокращаются по длительности, изменяется качество гласных. Поэтому ошибки на 

безударные  гласные,  относятся  к  типу  наиболее  распрастраненных  и  устойчивых  в  русской  речи  учащихся    - 

азербайджанцев.  

В азербайджанском языке, как и в русском, безударные гласные ослабляются. Но, тем не менее все гласные в 

безударном  положении  произносятся  также  отчетливо  как  и  под  ударением.  Ударение  не  влияет  на  качество 

безударных гласных в азербайджанском языке. 

Все  перечисленные  различия  между  акцентологическими  системами  русского  и  родного  языка  учащихся – 

азербайджанцев  предполагают  наличие  значительных  трудностей  для  детей  при  обучении  их  русскому 

литературному произношению. 

 

 

İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ QRAMMATİKANIN ROLU



 

 

Sara ŞÜKÜROVA 

Bakı Slavyan Universiteti 



s.b.w@bk.ru 

 

Müasir dövrün ən vacib tələblərindən biri xarici dil bilgisidir. Xarici dilin öyrənilməsi zamanı başlıca vəzifə bu dilə 



əməli yiyələnməkdən ibarətdir. Başqa sözlə, xarici dilin tədrisində hər bir mövzu nitq vərdişlərinin inkişafına yönəlmişdir. 

Bu və ya digər xarici dilin tədrisində bir sıra mühüm amillər vardır və bunların ən başlıcası həmin dilin qrammmatikasina 

yiyələnməkdir. 

Qrammatikasız heç bir dil mövcud ola bilməz. Hər bir dil özünəməxsus qrammatikaya və qrammatik quruluşa 

malikdir. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə 

dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrənir. 

Dil ancaq qrammatikanın sayəsində ünsiyyət vasitəsinə çevrilir və kommunikativ funksiya daşıyır. Ingilis dili gözəl dil 

olmaqla bərabər, lüğət tərkibi etibarı ilə olduqca zəngin və rəngarəngdir. Lakin qrammatika olmasaydı, lüğətlərdəki sözlər 

bir yığın olaraq qalardı. Odur ki, ingilis dilinin tədrisində qrammatika böyük əhəmiyyət kəsb edir. Nəinki ingilis dilinin 

tədrisində, eləcə də digər bütün xarici dillərin tədrisində qrammatika mühüm rol oynayır. 

Məlum olduğu kimi azərbaycan dili və ingilis dili müxtəlif dil qruplarına daxildir. Ingilis dili Hind-Avropa dillərinin 

German qrupuna, azərbaycan dili isə türk dillərinin Oğuz qrupuna daxildir. Ingilis dili morfoloji quruluşuna görə analitik, 

azərbaycan dili isə aqqlütinativ dildir. Buna görə də həmin dillər arasında ciddi qrammatik fərqlər mövcuddur. Ingilis dilini 

öyrənən hər bir şəxs həmin fərqlər əsasında meydana gələn çətinliklərlə üzləşməli olur. 

Müasir ingilis dilində söz birləşmələrində  və cümlələrdə sözlər arasındakı sintaktik əlaqələr başlıca olaraq köməkçi 

sözlərlə- köməkçi fellər, sözönləri, artikl, söz sırası və digər vasitələrlə ifadə edilir. Məsələn, müasir ingilis dilində felə xas 

olan zaman formalarının əksəriyyəti köməkçi fellər (to be, to have, shall/will) vasitəsilə düzəldilir, məsələn: 

I am reading an interesting book at the moment (İndiki zamanın davamedici forması). 

I had never seen her before (Keçmiş zamanın bitmiş forması). 

They will stay at home (Gələcək zamanın qeyri-müəyyən forması). 

This time next week she will be lying on a beach or swimming in the sea (Gələcək zamanın davamedici forması) və s. 

Ümumiyyətlə, ingilis dilinin tədrisində  ən gözəl vasitə qrammatikanı müqayisəli  şəkildə  tədris etməkdir. Məsələn, 

azərbaycan dilində ismin hal şəkilçiləri ingilis dilində sözönü adlanan köməkçi nitq hissəsinə uyğun gəlir, məsələn: 

The map of the country – ölkənin xəritəsi 

She is at school – O məktəbdədir. 

I go to the cinema – Mən kinoya gedirəm. 

He suffered from heart disease – O ürək xəstəliyindən əziyyət çəkirdi və s. 

Ingilis dilində ismin müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası vardır və artikl adlanan köməkçi nitq hissəsi ilə 

ifadə olunur, məsələn: 

I had a sandwich and an apple for lunch. The sandwich was not very good but the apple was nice. 

Artikl azərbaycan dilinə xas xüsusiyyət olmadığından, onu azərbaycan dilindəki hər hansı bir nitq hissəsi ilə 

müqayisəli şəkildə tədris etmək olmur. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

386 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Müasir ingilis dilində hər hansı bir fikri ifadə etmək üçün cümlədə sözlərin düzgün sırası olduqca vacibdir.Azərbaycan 

dilindən fərqli olaraq müasir ingilis dilində söz sırası sabitdir. Həm cümlədə, həm də söz birləşmələrində sözlər arasında 

sintaktik  əlaqənin söz sırası ilə ifadə edilməsi lazım olan mənanı  əldə etmək üçün sözləri düzgün, yerli-yerində  işlətmək 

zərurəti yaradır. Əks təqdirdə cümlənin, söz birləşməsinin semantikası dəyişir, məsələn: 

The teacher teaches the pupil. - Müəllim şagirdi öyrədir. 

The pupil teaches the teacher. - Şagird müəllimi öyrədir. 

Ingilis dilinin tədrisində qramatikanin mühüm rolu barədə daha bir çox misal vermək olar. Bu dildə ünsiyyət qurmaq 

üçün, hər hansı bir fikri səlis və aydın ifadə etmək üçün ən azı sözlərin cümlədə  işlənmə ardıcıllığı barədə qrammatik 

qayda-qanunlara yiyələnmək lazımdır. Odur ki, ingilis dilinin tədrisində, eləcə  də digər xarici dillərin tədrisində 

qrammatikanın əvəzsiz rolu vardır. 

 

 

LÜİS KEROLL YARADICILIĞI VƏ ŞƏXSİYYƏTİ

 

 

Səadət QULİYEVA 

Azərbaycan Universiteti 



g.saadat13@gmail.com 

 

Müqəddəs Çarlz Lütvic Doçson (The Reverend Charles Lutwidge Dodgson, 1832-1898) uşaqlar üçün yazdığı 

əsərlərini Lüis Keroll (Lewis Carrol) təxəllüsü ilə nəşr etdirmiş, elə bu imza ilə dünya uşaq ədəbiyyatının klassiklərindən 

biri kimi şöhrət qazanmışdır. O, 1865-ci ildə yazdığı “Alisa möcüzələr ölkəsində” (“Alice’s Adventures in Wonderland”) və 

1871-ci ildə qələmə aldığı “Alisa güzgü arxasında” (“Through the Looking-Glass and What Alice Found There”) adlı sehrli 

nağıl-povestləri ilə irili-xırdalı bütün oxucuların sevimli sənətkarına çevrilmişdir. 

Lüis Kərollun adını  çəkdiyimiz hər iki əsəri indi Universitet kurslarında tədris proqramına daxil edilmiş, bu əsərlər 

uşaqlar üçün pyes kimi uyğunlaşdırılmışdır. “Alisa möcüzələr ölkəsində” əsəri nəzəri, psixoloji, sosioloji və tarixi baxımdan 

təhlil edilmiş, bir sıra araşdırmalar aparılmışdır. 

Həmin araşdırmalardan biri Britaniya Universitetində  uşaq  ədəbiyyatı üzrə professor vəzifəsinə  təyin olunmuş ilk 

mütəxəssis Piter Hant (Peter Hunt) olmuşdur. O, qeyd etdiyimiz mövzu ilə bağlı iyirmi dörd kitabın müəllifi, yaxud 

redaktoru olmuş, 120-dən çox məqalə yazmışdır. Oksford Dünya Klassikləri nəşrinə daxil olan “Uillouların küləyi” (“The 

Wind of the Willows”), “Dəfinələr adası” (“Treasure Island”) və “Gizli bağ” (“The Secret Garden”) kitablarını redaktə 

etmişdir. 2003-cü ildə Osakadakı Beynəlxalq  İnstitutun uşaq  ədəbiyyatı sahəsində  fəaliyyətinə görə Qrimm qardaşlarının 

mükafatını almışdır. Onun ən son kitablarından biri 2006-cı ildə nəşr olunmuş dörd cilddən ibarət olan “Uşaq ədəbiyyatı: 

ədəbi və  mədəni öyrənmədə  tənqidi təsəvvürlər” (“Children’s Literature: Critical Concepts in Literary and Cultural 

Studies”)  adlanır. 

Uşaq ədəbiyyatı sahəsində imzasını yaxşı tanıtdıran Piter Hantın “Uşaq ədəbiyyatının Oksford sorğusu” adlı ensiklo-

pedik nəşrində bir araşdırması (1) müəyyən məqamları ilə seçilir. Elə burada qeyd etmək yerinə düşər ki, uşaq ədəbiyyatının 

tənqidi uşaqlara yox, oxucu və uşaq ədəbiyyatı ilə maraqlanan və onu öyrənən mütəxəssislərə müraciətlə yazılmışdır. 

Uzun əsrlər boyu uşaq ədəbiyyatı nümunələri uşaqlar üçün yazılsa da, onun böyüklər tərəfindən daha çox oxunduğunu 

və çox hallarda isə onların ürəyinə yol tapan əsərlərin məhz uşaqlar tərəfindən oxunub öyrənilməsi məsləhət görülmüşdür. 

Lüis Keroll, prof.Cəlil Nağıyevin qeyd etdiyi kimi Lüis Kerollun adını bütün dünyada ilk növbədə Alisa haqqında 

söylədiyi nağıllarla tanıtması təsadüfi deyildir (2). 

Bu da məlum tarixi-ədəbi həqiqətdir ki, Lüis Keroll, Henri Corc Liddelin üç qızı Lorina, Alisa və Editlə qayıq 

gəzintisində olarkən “Alisa möcüzələr ölkəsində” əsərini yazmaq qərarını vermişdir. Məhz Alisa onun diqqətini daha çox 

cəlb etmiş, altı il sonra – 1871-ci ildə nəşr olunan “Alisa güzgü arxasında” (“Through the Looking-Glass and What Alice 

Found There” – əsərin tam adı belədir) hekayəsini genişləndirərək kitab formasına gətirmişdir. Bir-birinin məntiqi davamı 

olan hər iki əsərin illüstrasiyasını Con Tenniel (John Tenniel, 1820-1914) çəkmişdir. Lakin ən maraqlı və yadda qalan qeyri-

adi aşağıdakı mühakimə istər-istəməz hamını düşündürür: “Bir icmalçı bu əsərlərin uğurunu bu faktla əlaqələndirir ki, o 

dövrün  əksəriyyət uşaq kitablarından fərqli olaraq onların (Lüis Kerollun hər iki kitabının)  əxlaqi nəticəsi olmamış  və 

oxucuya heç nəyi öyrətməmişdir”. 

Əlbəttə, bir zamanlar dahi ingilis dramaturqu Vilyam Şekspiri (William Shakespeare, 1564-1616) plagiatçılıqda 

suçlayanlar az olmamışdır, lakin o, dahiliyini əsərləri ilə yalnız XVIII əsrdə dünyaya bəyan edə bilmişdir. Lüis Kerollun 

əsərlərində söz oyunu və onun zəngin leksikonu tərcümə işində nə qədər çətinliklər yaratsa da, onun hər iki əsəri demək olar 

ki, çox-çox dünya xalqlarının dillərinə tərcümə edilərək uşaq ədəbiyyatının şedevrlərinə çevrilmişdir. 

“Alisa möcüzələr ölkəsində” kitabını oxuyanda Alisa və onun iki bacısı – “Liddell” bacılarını düşünürsən. Qızlardan 

birinin adı Elsidir (Elsie – bu ad Lorinda Charlottenin qısa deyiminin əzizləmə şəklidir, yəni adın transformasiyasında biz 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

387 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

onu Alisa kimi səsləndiririk), ikinci Lasidir (Lacie, Alisanın (Alice) anaqramıdır (yəni bir kəlmənin hərfləri ilə başqa sözün 

düzəldilməsidir, məs.: yaqut – tuqay) və üçüncü bacı Tillidir (Tillie – Editə (Edith) verilən əzizləmə addır). 

Tənqidçilər “Alisa” əsərini əzab-əziyyətə düçar olmuş insanın bədii inikasını təqdim etdiyini qeyd edirlər. “Alisa”da 

bir nəfər də olsun belə mehriban, mərhəmətli obraz kimi verilməmişdir. “Burada təcavüzkarlıq, zorakılıq və allahsızlıq var” 

(1, s.44) yazan Piter Hantın fikri mübahisəlidir. Elə bil ki, Alisa “ağılsız, Allahsız dünyanın” caynaqlarında var-gəl edir. 

“Bir burada hamımız dəliyik” deyən əsərin yaddaqalan obrazlarından biri Çişayər Pişiyinin söylədiyi kimi hər şey vahimə, 

qarabasmaların içində oxucunu heyrətləndirir. 

“Puffin” uşaq ədəbiyyatı nəşriyyatının redaktoru “Alisa”nın müəllifi haqqında, xüsusilə onun balaca qızların müxtəlif 

pozalarda çılpaq şəkillərini çəkməkdə çox rüsvayçı bir ad qazandığını söyləyir. 

Qatarla səyahətə  çıxanda belə özü ilə tapmaca, oyun ləvazimatları  və kiçicik oyuncaqlar götürən yazıçı düşdüyü 

kupedə  uşaqlara gətirdiklərindən pay verərdi. Bundan savayı  dəniz kənarına çıxanda bir büküm sancaq töküb aparardı. 

Buradakı balaca qızların rahatlığı üçün lazım gələndə onların paltarlarının  ətəyini yuxarı qatlayıb sancaqlamaq istəsələr, 

velosipedi daha rahat sürmək üçün onlara kömək edərdi (1, s.12). 

Uşaq ədəbiyyatı tənqidinin ən böyük gücü də elə bundadır. Nə qədər qəribə olsa da, keçmiş sovet birliyində şair və 

yazıçıların yaradıcılığı ilə şəxsi həyatı arasında  əlaqə vəhdətdə öyrənilmədiyindən gurultulu və  tərif dolu ibarələrlə ədəbi 

tənqid sözünü söyləmişdir. 

ƏDƏBİYYAT 

1.  Hunt Peter. The Fundamentals of Children’s Literature Criticism: Alice’s Adventures in Wonderland and Through the Looking-Glass. 

The Oxford Handbook of Children’s Literature. Edited by Julia L.Mickenberg and Lynne Vallone. Printed in the United States of 

America: Oxford University Press, 2011. 

2.  Nağıyev Cəlil. Böyüklərin uşaq dünyası. – Lüis Keroll. Redyard Kiplinq. Ceyms Barri. Alan Aleksandr Miln. Bakı: Gənclik, 1986. 

 

 



U. S. MOEMİN “TEATR” ƏSƏRİNDƏ QADIN XARAKTERİNİN TƏCƏSSÜMÜ 

Səidə ŞIXƏLİYEVA 

Baki Slavyan Universiteti 



innueda@hotmail.com 

 

Uilyem Somerset Moem XX əsrin  ən nüfuzlu müəlliflərindən biridir. Keçən  əsrdə yazıb-yaratmasına baxmayaraq, 



Moemin  əsərləri hal-hazırda da oxucu kütləsinin diqqətini özünə  cəlb edir. Onun əsərləri dünyanın bir çox ölkələrində 

oxunur və bir çox dillərə tərcümə edilmişdir.   Moemin  əsərlərində insanlara məxsus olan bütün hisslər nümayiş etdirilir və 

onların daxili aləmi həmişə onun əsərlərində mühüm yer tutmuşdur.1915-ci ildə qələmə aldığı “İnsan ehtiraslarının yükü” 

yazıçının şah əsəridir. Daha sonralar isə o, Gizli sirr, Ay və yarımqəpik, Ülgücün ağzında, Naxışlı örtük, Dairə əsərlərini 

yazmışdır. Ən gözəl əsərlərində Moem insanlarda müşahidə etdiyi meşşanlığı, ikiüzlülüyü, dar düşüncəliliyi, pula pərəstişi 

və eqoizmi şiddətli  şəkildə istehza obyektinə çevirmişdir. Moem insan varlığının dramatikliyinin gizli məqamlarını öz 

əsərlərində  əks etdirirdi. Moem öz əsərlərində yaradıcı insanların daxili aləmini araşdırır. Bu insanlar müəyyən sosial, 

psixoloji, mənəvi durumları qəbul etmirlər. Bunların əksinə, onlar öz varlıqları, daxili hissləri ilə yaşamağa cəhd göstərirlər. 

Bu mənada Moemin “Teatr” əsəri çox xarakterik bədii quruluşa malik olub, insan münasibətlərini, onun hisslərini, 

duyğularını göstərir. Moem aktyor sənətini və səhnə qanunlarını bilən insan kimi, bir aktyorun real həyat və səhnədə baş 

verən münasibətləri barədə düşüncələrini Julia Lambert-in simasında vermişdir. Əsərdə bu qadının çılğınlığı, emosionallığı, 

ehtirası, bir sözlə, insan hissləri, duyğuları tam şəkildə ifadə olunur. Həmçinin, əsərdə qadının həyatının gerçəkliyi və bir 

sıra məqamları modelləşdirilir. Julia Lambertin real və  səhnə  həyatında baş verən hadisələr məhz insan hisslərinin 

təcəssümüdür. Yaradıcı  şəxsin  ənənəvi obrazından fərqli olaraq, Julia gündəlik həyatında daxili aləmi ilə deyil, əksinə 

həyatını, hisslərini yaradıcılığı üçün bir material kimi səhnədə əks etdirir. Səhnə onun həyatı idi və bununla o, həyatında çox 

şeyə nail olmuşdu. Sanki səhnədə olduğu kimi həyatda da ərinin, oğlunun, sevgilisinin, anasının, rəqiblərinin və dostlarının 

qarşısında öz rolunu ifa edirdi. Julia heç zaman öz göz yaşını, zəifliyini,  ən  əsası  əsl hisslərini büruzə vermirdi. Başlıca 

mühüm cəhəti isə həyatının heç bir məqamına məğlub olmaması, hər zaman mübarizə aparması idi. Bu məqam qəhrəmanın 

xarakterinin, ən əsas da, onun düşüncələrinin açıq-aydın oxucuya çatdırılmasının çox yaxşı göstəricisidir. Julia həyatın bir 

çox bağlılıqlarından da gözəl olan azadlıq hissinə malik idi və bu hiss onu vəcdə gətirirdi. Onun üçün azadlıq hissi həyatda 

heç bir şeylə əvəz edilə bilməzdi. Onun səhnə və gerçək həyatı o qədər bir-birinin təsiri altına düşmüşdü ki, bəzən həyatda 

və ya səhnədə oynadığının fərqinə belə varmırdı. Baş qəhrəmanın daxilində olan bu gizli məqamları oxucu hiss edə bilir, bu 

da yazıçının insanların daxili hisslərini çox məharətlə oxucuya çatdırmasını bir daha sübut edir. Culiya Lambertin surətini 

yaradarkən Moem məhz bu mövqedən çıxış edir. Yazıçı Lambertin sənətinin məftunudur. Ancaq o açıq göstərir ki, Lambert 

artıq səhnədən kənarda da öz aktyor ifasını davam edir, və müxtəlif maskalar taxmaqdan yorulmur. Bu maskalar da, 

təkrarolunmaz Culiya Lambert haqqında  əfsanələrin yaranmasına səbəb olur. Moem belə  əfsanələrin yaranmasının 

mexanizmini, iç üzünü açır. Nəticədə oxucu başa düşür ki, aktyor sənəti gözəllik çələngi deyil. Əsl aktyorun həyatı  ağır 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

388 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

çəməkdir, və istedadla birləşərək bu əmək əsl incəsənət yaradır. Moem həyata Şekspir mövqeyindən yanaşırdı, yəni “həyat 

nəhəng bir teatr, insanlar hamısı isə bu həyatda aktyordurlar” fikri ilə razı idi. Romanda da söhbət təkcə aktyor ifası  və 

böyük sənət haqqında getmir. Burada artıq Lamdertin ailə həyatında baş verən aktyorluq, oyundan söhbət gedir. Əsərdə ana 

və oğul, ər və arvad, intellektual elita və cəmiyətin “qaymaqları”nın oynaqdığı oyun, bütün cəmiyyətin apardıqı saxta həyat 

tərzi ifşa edilir. Lambertin əhatəsində  hər kəs öz rolunu ifa edir. Moem bu oyuna zaldan tamaşa etmir, o insanları  səhnə 

arxasından izləyir. Buna görə  də, süni yaranan simaların  əsl üzü açılır, qəhrəmanların işlərinin  əsl səbəbləri aşkar olur. 

Rakursun yerinin dəyişməsi xəyalları da məhv edir. Nəticədə  qəhrəmanların hərəkət etməyə vadar edən  əsl səbəblər 

açıqlanır.  

 

 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin