II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
438
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
əlifba təliminə hazırlıq dövründə tanış edilirlər. Cümlənin başlanması sol tərəfdə kiçik şaquli çıxıntısı olan düz xətlə,
cümlədəki sözlər düz xətlərlə, cümlənin bitməsi isə nöqtə ilə işarə olunur. Oxu və yazıya hazırlıq baxımından uşaqların
hecaların sxemləri ilə tanış olmaları çox vacibdir. Əlifba təliminə hazırlıq dövründə şagirdlərin yaziya hazırlanmaları üzrə
də iş getməlidir. Məktəbə gələrkən dəftərin sətirlərini ayırmağı bacarmayan, ən sadə hərfləri, hətta elementləri yaza
bilməyən uşaqlar var. Müəllim onları partada əyləşmək, dəftəri qoymaq, gözlə dəftər arasında məsafəni gözləmək, qələmi
tutmaq və s. qaydalarla tanış edir. Hazırlıq dövründə tədris prosesinin təşkili də xüsusi diqqət tələb edir. Uşaqlar bir işlə
uzun müddət məşğul ola bilmir, tez yorulurlar. Hər 10-15 dəqiqədən sonra fəaliyyətinin növünü dəyişmək, nağılı,
müsahibəni uşaqların fərdi fəaliyyəti ilə əvəz etmək, heç olmasa hər 10 dəqiqədən bir gimnastika dəqiqəsi təşkil etməklə
yorulmanın qarşısı almaq olar.
KİTABİ-DƏDƏ-QORQUD” EPOSUNDA TƏRBİYƏVİ İMKANLAR
Emiliya ŞAHMAROVA
Bakı Slavyan Universiteti
mymadmanmy@mail.ru
Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz Kitabi –Dədə -Qorqud eposunda öz əksini
tapmışdır. ”Dədə - Qorqud kitabı” Azərbaycan türklərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm yazılı
abidələrdən biridir. Qafqaz türkünün milli xarakteri, adət - ənənələri, dini, fəlsəfi baxışları, əxlaqı, vətənə, torpağa bağlılığı,
qonşularla əlaqələri, mərasimləri, məişəti, yaşayış tərzi , daxili və xarici düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə və yaş
dövrlərinə məxsus insanların davranışı, şifahi və yazılı dilinin tarixi bu eposda özünə yer tapır.
Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii
şəkildə öz əksini tapmışdır. Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an
doğma el - oba uğrunda canlarından keçməyə hazırdılar. Oğuzlar öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının
torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla
Vətənin müdafiəsinə qalxır, düşməni tarmar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də
unutdurur, onları birləşdirir. Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət var. Ana haqqı tanrı haqqına
bərabər tutulur. “Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən el - obasından,
ailəsindən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır. Oğuzlar çətinə
düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.
“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və
bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur. Dastanın hər bir boyu el – obaya, ata –
anaya, qardaş – bacıya ülvi məhəbbətin canlı salnaməsidir.
Əsərin bütün boylarında Dədə - Qorqud nurani el ağsaqqalı və müdrik filosof keyfiyyətlərini daşıyan ozan olaraq çıxış
edir. Eposun elə ilk səhifələrində biz böyüklərlə kiçiklər, valideynlərlə uşaqlar, kişilərlə qadınlar arasında qarşılıqlı
münasibətlərin necə qurulması barədə tövsiyyələrlə tanış oluruq. Bütün əsər boyu insanda lovğalıq, paxıllıq və kinlilik
pislənir, qonaqpərvərlik, comərdlik və övladların valideynlərə xoş münasibəti təriflənir. “Kitabi - Dədə - Qorqud” bizim
milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi ve estetik dəyərlərin vəhdətini özündə əks etdirir.
Dastanda psixoloji iş, əxlaqi davranış və rəftarın, emprik materialların toplanması və ümumiləşdirilməsi əsasında, etnik
stereotiplərin, eləcə də şəxsiyyətin fərdi – tipoloji xüsusiyyətlərinin əksi geniş yer almışdır. Oğuzlar üçün tipik olan
əlamətlərdən biri də qonaqpərvərlikdir. Bununda əsasında mənəvi tələbatlar durur. Onların fəaliyyət və davranışında
sərvətlər yüksək motiv kimi çıxış edir. Şərəf, namus oğuzlar üçün mənəvi sərvətdir. İstər kişi , istərsədə qadın namus,
şərəf yolunda həmişə ölümə hazırdır. Oğuz elində dostluq, yoldaşlıq uca tutulur. Tayfadaxili ünsiyyət və münasibətdə,
insanların bir – birini anlamasında dostluq və yoldaşlığa yüksək ehtiram göstərilir.
“Dədə - Qorqud” kitabının etno – mədəni sistemi dastanlarda əks olunan ictimai – siyasi , dini baxışları,
dövlətçilik prinsipləri , ailə tərbiyəsi, etik, estetik baxışların ardıcıl inikası abidənin tarixi rolunu açıqlayır. Bu mənada
tanınmış ədəbiyyatşünas F.Köprülünün “Kitabi -Dədə - Qorqud” u tərəzinin bir gözünə, bütün türk ədəbiyyatını o biri
gözünə qoysaq, yenə də “Dədə - Qorqud” tərəf ağır gələr fikri tamamilə təbii və dəqiq təsir bağışlayır.
Dastanın boylarındakı tərbiyəvi imkanları aşkar edib təhlil etdikcə bu nəticəyə gəlirik ki, onun insanlarda
aşıladığı mühüm keyfiyyətlər ağıla, zəkaya, müdrikliyə və mərdliyə əsaslanır. Vətənpərvərlik, əməksevərlik,
insanpərvərlik, sədaqətlilik, doğruçuluq, təvazökarlıq, ədəb və kamal, birliyi, dinc həyatı qorumaq, xalqla qaynayıb –
qarışmaq və s. kimi nəcib, gözəl duyğular elə əsl tərbiyə motivləridir. ” Dədə - Qorqud “ dastanı keçmişimiz, bu günümüz,
eləcə də gələcəyimiz üçün zəngin tərbiyə qaynağı kimi, ən dəyərli xəzinələrdən biridir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
439
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ÖĞRENCİLERİN DÜNYA GÖRÜŞÜNÜN OLUŞMASINDA
YARATICI DRAMADAN FAYDALANMA
Ertaş SOFUOĞLU
Baku Slavyan Universitesi
dost556@yahoo.com
Eğitimde drama, Avrupa’da İngiltere üzerinden başlayaraq,Hollanda ve İskandinavya ülkelerinden özellikle Dorothy
Heathcote’un uluslararası atölye çalışmaları ile İngilizce konuşan diğer ülkelerde yayılmış, okulların eğitim programlarında
yer almıştır. ABD, Avustralya, Kanada, ve Yeni Zelanda gibi ülkelerde daha çok öğretim yöntemi ve bilgisi boyutunda
odaklanan özgün çalışmalar olarak algılanan kavram, Yaratıcı drama (Creative Drama) olarak adlandırılmaktadır. Yaratıcı
dramanın sahip olduğu özellikler nedeniyle belirli konuların öğretilmesi amacıyla bir öğretme-öğrenme yöntemi olarak
öğrenenin kişilik gelişimi ve estetik eğitimi için zorunlu veya seçmeli bir ders olarak öğretim programlarında yer aldığı
görülür . Yaratıcı drama; bir grubu oluşturan üyelerin yaşam deneyimlerinden yola çıkarak, bir amacın, düşüncenin,
doğaçlama, rol oynama (rol alma) vb. tekniklerden yararlanarak canlandırılmasıdır.Yaratıcı dramanın genel amacı,
çocukların, ergenlerin ve gençlerin canlandırmalar yoluyla gerçek dünya ile hayal dünya arasında bağlantı kurarak,
her alanda üretken, kendine yetebilen, kendini tanıyan, çevresiyle iletişim kurabilen ve bunu geliştirebilen, ifade gücü
ve biçimleri artmış, imgesel düşünebilen, estetik kaygı, demokratik tutum ve davranışları ve dünya görüşü gelişmiş
bireyler yetiştirmektir.Yaratıcı dramanın öğrencilerin dünya görüşünün oluşmasında faydaları:
1.Yaratıcılığı ve Hayal Gücünü Geliştirmek.-Yaratıcılık sıra dışı düşünceler, yeni yaşantılar, deneyimler ve yeni
ürünler ortaya koyma yeteneğidir.
2.Kendini Tanıma, Gerçekleştirme ve İletişim Becerisi Geliştirmek.- Yaratıcı drama, katılımcının kendini tanıması,
gerçekleştirmesi ve başkalarıyla iletişim becerisini geliştirmesine olanak sağlar. Bireyin gelişme ve büyüme şansı,
düşüncelerin keşfedildiği, değerlendirildiği, değiştiği ve kullanıldığı çalışma grubu içinde geçerlidir.. Üretken drama, bir
grup çalışması içerisinde farklı düşüncelerin paylaşılması ve özellikle toplumsal sorunların tartışılıp çözülmesi için çeşitli
olanaklar sunar.
3.Demokratik Tutum ve Davranış Geliştirme.-Demokratik tutum ve davranışların bireyde gelişmesi, demokratik bir
ortamın oluşmasına ve bu ortamın da sürekliliğinin sağlanmasına bağlıdır. Bunun yanında tüm katılımcıların demokratik
ortamla birlikte demokratik yaşam kurallarını da benimsemeleri, içselleştirmeleri gerekmektedir. Demokratik tutum ve
davranış, olaylara eleştirisel bir bakış açısıyla bakabilen, kendini ifade edebilen ve demokratik değerleri benimsemiş
katılımcı bireylerle gerçekleştirilebilir. Bu değerler, özgürlüklere inanma ve değer verme, fırsat eşitliği ilkesini benimseme,
vatandaşlık temel hak ve sorumluluklarını bilme, insanları dil, din, ırk, kültürel yapı, özürlü vb. özelliklere göre ayırmama,
başkalarının hakkına saygı duyma, sosyal değişimlere açık olma, herkesin yasalar karşısında eşit olduğuna inanma, ahlaki
değerleri benimseme,
4. Estetik Davranışlar Geliştirme.Sanat eğitiminin genel amacı, bireyin davranışlarında kendi yaşantısı yoluyla amaçlı
olarak belirli estetik değişiklikler oluşturma sürecidir Drama alanı sanat eğitiminin tanım, kapsam ile işlevlerinde ve
özellikle sanatsal yaratıcılık alanlarında kendini gösterebilir. Bu nedenle üretken drama katılımcılarında öncelikli olarak
estetik davranışlar geliştirmeyi amaçlar.
5. Eleştirel ve Bağımsız Düşünebilme Becerisi Geliştirme.-İyi planlanmış bir üretken drama süreci eleştirel düşünceye
katılımcısına hazırlık sağladığı gibi, üretkenlik için de olanak sağlar. Üretken drama çalışmalarında eleştirel ve bağımsız
düşünme, kazandırılan başka bir beceridir.
6. İş Birliği Yapabilme-Birlikte Çalışma Becerisi Geliştirme -Katılımcıların bir eylemi birlikte yapabilmesi önemli bir
öğrenme sürecini oluşturur. Bu öğrenme sürecinde, birbirinden farklı toplumsal özelliklere rağmen birlikte oynamanın
hazzını alırlar ve böylece katılımcılarla iş birliği duygunun gelişmesine önemli katkılar sağlar.
7. Sosyal Duyarlılık Yaratma- Anlayış ve duyarlılık geliştirmenin bir yolu da empati kurmaktır. Edebiyatın diğer
türleri ve özgün öyküler, katılımcı ya da oyuncuya insan doğasını anlama olanağını verir. Üretken drama, katılımcıya uzun
ya da kısa dönemde olarak toplumsal duyarlılığı kazandırmayı amaçlar.
8. Duygunun Sağlıklı Bir Biçimde Boşalımı ve Kontrolü- Üretken dramanın temel amaçlarından değildir. Fakat
katılımcı, yapılan çalışmalar sonucunda gerilimlerinden, yaşadığı sıkıntılardan bu çalışmalar sonucunda kurtulmuş ise bunu
dramanın gizli bir fonksiyonu olarak görebiliriz. Üretken drama çalışmalarında duygunun sağlıklı bir biçimde kontrolü,
katılımcılar için önemlidir
9. Dil Gelişimi, İfade Becerisini Geliştirme- Üretken dramanın amaçlarından biri katılımcının muhtelif iletişim ve
etkileşim becerilerini geliştirmektir. Çocuk bu etkinlikler içinde yer aldığı zaman konuşma, düşünme, dinleme, anlatma ve
birbiriyle iletişim kurma becerisi de kazanır. Katılımcı bu etkinlikler içerisinde plan yapar, dramatik sorunları çözer, rol
oluştur, canlandırma yapar ve grupla etkileşim kurar böylece bu becerilere tabii olarak ulaşır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
440
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
XIX ƏSRİN II YARISI – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
AZƏRBAYCANDA AÇILAN QIZ MƏKTƏBLƏRİ
Rəşidə ZEYNALOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
rashida.8212nz@gmail.com
XIX əsrin II yarısında Azərbaycan Bakıda neft emalının qızğın surətdə inkişafı ilə əlaqədar kapitalist münasibətlərinə
qədəm qoydu. Bununla əlaqədar iqtisadiyyat, mədəniyyət, ticarət, nəqliyyat, tibb və s. sahələri üzrə surətli inkişaf prosesi
getməyə başladı. Azərbaycan Rusiya imperiyasının tərkibində olduğundan iqtisadiyyat və mədəniyyət sahəsində gedən
inkişaf prosesi onunla qırılmaz vəhdətdə baş verirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində ziyalı və işgüzar qadın məsələsi dövrün həll edilməsi lazım olan siyasi və ictimai
bir problem idi. Qadının maarifləndirilməsi, onun ictimai mövqe tutması həm Şərq, həm də Qərb ölkələri üçün qabaqcıl
məsələlərdən idi. Cəmiyyətin tam inkişafını və tərəqqisini bu məsələnin həlli olmadan təsəvvür etmək mümkün olmazdı.
Çünki millətin gələcək fəaliyyəti və inkişafı qadının verdiyi tərbiyədən və aşıladığı keyfiyyətlərdən çox asılıdır.
Zaqafqaziyada qadın təhsilinin tarixi əsasən XIX əsrin 30-cu illərindən başlayır. Açılan qapalı məktəblərdə əsasən
zadəgan təbəqəsinə məxsus insanların övladları oxuya bilərdilər. Zaqafqaziyada açılan ilk qız məktəbləri Azərbaycanda
açılan “Müqəddəs Nina”, “Müqəddəs Repsima” Qadın Xeyriyyə cəmiyyətlərinə məxsusdur. Əsasən rus qızları üçün nəzərdə
tutulmuş “Müqəddəs Nina” qız məktəbləri Zaqafqaziyada qadın təhsili müəssisələrinin yaranmasında böyük rol oynamışdır.
İbtidai-ali təhsil verən bu məktəblər sonralar beşsinifli və yeddisinifli məktəblərə çevrilmişdir. Yeddisinifli məktəblərdə
ilahiyyət, rus dili, riyaziyyat, hüsnxətt, əl işi, yerli dil, rəqs, nəğmə, rəsm, fransız dili, alman dili, tarix, coğrafiya, təbiət
keçilirdi. Beşsinifli məktəblərdə isə fənlərin sayının az olmasına baxmayaraq əlavə olaraq burada pedaqogika fənni tədris
olunrdu. Bu məktəblərdən ilki 1830-cu ildə Tiflisdə açılmış “Nücabə” qızlar pansionu olmuşdur. On il sonra pansion qız
institutuna çevrildi. 1846-cı ildə “Müqəddəs Nina” Qadın Xeyriyyə cəmiyyəti burada daha bir məktəb açdı. 1848-ci ildə
həmin cəmiyyət “Müqəddəs Nina” qız məktəbini yaratdı. 1850-ci ildə İrəvanda fəaliyyət göstərən “Müqəddəs Repsima”
qadın xeyriyyə cəmiyyətinin qız məktəbi fəaliyyətə başladı. Burada 21 nəfər şagird təhsil alırdı. Onlardan 13 nəfəri erməni,
5 nəfəri rus, 3 nəfəri azərbaycanlı idi. Həmin qızlardan 13 nəfəri xeyriyyə cəmiyyətinin hesabına təhsil alırdı. 1848-ci ildə
Şamaxıda açılan “Müqəddəs Nina” qız məktəbində 24 nəfər qız təhsil alırdı, ancaq bunlardan azərbaycanlılar sayca çox az
idi. 1859-cu ildə həmin məktəb Bakıya köçürüldü və siniflərin sayı böyüdü. 1874-cü ildə məktəb gimnaziyaya çevrildi.
“Müqəddəs Nina” Qadın Xeyriyyə cəmiyyətinin Azərbaycanda ikinci məktəbi 1885-ci ildə Gəncədə açdığı qız məktəbi
idi. 1889-cu ildə məktəb progimnaziya kimi fəaliyyət göstərməyə başladı. 1864-cu ildə Xeyriyyə cəmiyyətinin Zaqatalada
açdığı pansion səciyyəli təhsil ocağında 16 nəfər qız oxuyurdu. Şuşada 1877-ci ildə Xeyriyyə cəmiyyəti tərəfindən qız
məktəbi açılmışdır. Burada 40 nəfər qız təhsil alırdı. Məktəbdə 3 əsas və bir hazırlıq sinfi vardı. İlahiyyət, rus dili, hesab,
həndəsə, vətən coğrafiyası, təbiyyat, yerli dil, rəsmxət, hüsnxət, əl işi, nəğmə dərsləri keçilirdi. 1893-cü ildə qızların sayı 72
nəfərə çatmışdı. 1894-cü ildə bu təhsil ocağı dördsinifli və bir hazırlıq sinfi olan Şuşa Marinskaya qız məktəbinə çevrildi.
Marinskaya tipli məktəblər daha təlim-tərbiyə işləri daha yüksək səviyyədə təşkil olunmuşdur, proqram və metodikası
progimnaziya qaydalarına uyğun aparılırdı. Ancaq belə tip məktəblərin yaradılması böyük çətinliklərlə nəticələndi. Belə ki,
XIX əsri 90-cı illərində Gəncə quberniyasında yaradılması irəli sürülən Marinskaya qız məktəbinin açılması üçün
yazışmalar 1901-ci ildə Maarif nazirliyi tərəfindən qadağa ilə nəticələndi. Zaqatalada da irəli sürülən bu təklif həyata
keçmədi.
Bakı Marinskaya qadın gimnaziyasının fəxri himayəçisi, xeyriyyəçi və messenant H.Z.Tağıyev 1901-ci ildə Bakı
Aleksandriskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu onun maarif sahəsindəki fəaliyyətinin tacı
sayılır. H.Z.Tağıyev məktəbə Həsənbəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanı direktor təyin etdi. Tağıyev
məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa imkan verdiyi görkəmli qadın maarifçilərin
adlarını çəkmək yerinə düşərdi: Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım
Şaxtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova,
Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanı xanım Şabanova, Səkinə xanım Axundzadə (ilk qadın
dramaturq, yazıçı). Tədris proqramına gəldikdə isə buraya Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, tarix, coğrafiya,
təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları və şəriət daxil idi.
1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli açılışı oldu. Bu, Şərqdə müsəlman
qızları üçün açılan ilk dünyəvi məktəb oldu. 20 nəfər şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz
məktəbli, 15 nəfər isə ildə 100 rubl ödəməklə gəlib-gedən tələbə qəbul etdi. Qızlar Zaqafqaziyanın hər yerindən, Şimali
Qafqazdan qəbul olunurdu. Tağıyev məktəbi 1918-ci ilə kimi mövcud oldu və böyük sayda təhsilli intellektual şəxsiyyətlər
pleyadası yaratdı. Artıq 1906-cı ildə bunabənzər məktəb Tiflisdə açıldı. Sonradan İqlimə xanım Əliyeva və Mədinə xanım
Qiyasbəyli Balaxanıda və Qazaxda öz məktəblərini açdılar, Qubada, Lənkəranda, Dərbənddə, Naxçıvanda, İrəvanda da bu
tipli qız məktəbləri meydana gəldi.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
441
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
20. YY EĞİTİM SİSTEMİNDE KÖR NOKTA: KARMA EĞİTİM
Filiz ALTUNBAŞ
Qafqaz Üniversitesi
filizmurteza@hotmail.com
Ülkemizde ve dünyada eğitimden istenilen verimin alınabilmesi için çeşitli uygulama ve model arayışları hala devam
etmektedir. Bununla birlikte kullanılan sistem ve yöntemler de eleştirilerek yarar ve zararları irdelenmektedir. 1960’larda
veya 20. yy’ın ikinci yarısında eğitimde farklı bir anlayış yayılmaya başladı. Aslında bunun kaynağı Fransız Devrimiyle
gelen Sanayi Reformu idi. Sanayi Reformuyla birlikte kadınların erkeklerle aynı şartlarda çalışması yaygınlaşmış böylece
kadının ekonomik hayatta alanı artmıştır. 18. yy’dan başlayan bu sancılı değişim 20. yy’a gelene kadar kadınların birçok
zorlu şartlardan geçmesine neden oldu. Kadınların fırsat eşitliklerinin artması ve sosyal alanda daha fazla yer alması eğitim
sistemine de karışık eğitim olarak yansıdı. Kadın-erkek eşitliği olarak görülen “karma eğitim” sistemi başlarda, kadının
eşitliği olarak algılansa da uygulamalarda erkeğin baskın olduğu kadının yine eşit faydalanamadığı ölü bir sisteme dönüştü.
Ülkemizde karma eğitim 1973’te kabul edilen 1739 sayılı Milli Eğitim Temel Kanunu’nun 15. Maddesinde Milli
Eğitimin Temel İlkeleri’nden biri olarak belirlenmiştir. Ve kanunda şöyle belirtilmiştir: “Okullarda kız ve erkek karma
eğitim yapılması esastır. Ancak eğitimin türüne, imkan ve zorunluluklara göre bazı okullar yalnızca kız veya yalnızca
erkek öğrencilere ayrılabilir.” Dolayısıyla ülkemizde ilkokullarda yani 11 yaşına kadar karma eğitim uygulanmış, ortaokul
ve lisede ise kız ve erkekler için ayrı okullar açılabilmiştir.
Ayrı eğitim yapısını incelediğimizde Doğu ve Batı’da bu okulların önceleri din adamları vasıtasıyla kilise, medrese,
tapınak türü yerlerde dini eğitimlerde kullanıldığını görmekteyiz. Öğretilerin ahlaki ve etik boyutu, öğrencilerin nitelik
gelişimi ön planda olduğu için dünyanın birçok yerinde ayrı eğitim din eğitiminde özellikle kullanılmıştır. Ardından eğitim
sistemlerine yansıyan bu sistem zamanın ilerlemesi ve ihtiyaçların değişmesiyle dejenere olmuş ve karma eğitim sistemine
yerini devretmiştir.
Karma eğitimin ilk uygulandığı ülkelerden olan İngiltere’de ayrı eğitim yapan okulların sayısı (1960’larda) 2500’den
400’e düşmüştür. Şuan bu okullar incelendiğinde öğrenci sayısı ve okul bakımından sayıları az olsa da öğrencilerinin
nitelikli yetişmesi ile farkını göstermektedir.
Avrupa’da, Amerika’da ve birçok Uzakdoğu ülkesinde şuan yaygın olarak ayrı eğitim sistemleri uygulanmaya
konmuştur. Kadının ve erkeğin yaratılışının ve beyin yapısının farklı olduğunu düşünen birçok psikolog ve sosyoloğun
değerlendirmesi ile bu sistemler gitgide yaygınlaşmaktadır.
Karma eğitim kadının gelişmesi ve hakların eşitlenmesini sağlamadı. Bunun yerine kadın ve erkeğin yeteneklerinin
geliştirilmesini engelledi. Toplumda kadın rollerinin gelişimiyle yer aldı fakat bu karma eğitimden ziyade kadının eğitim
alma hakkının bir sonucuydu. Hala profesör, doçent, yönetici, hukuk gibi alanlarda erkeğin egemenliği devam etmektedir.
Karma eğitimle verilmeye çalışılan fırsat eşitliği neticeye aksetmediği gibi cinsiyetten kaynaklanan farklılıklar nedeniyle
öğrencilerde baskı, hedef sapması, dikkat dağınıklığı nedeniyle başarısızlığa sebep olmuştur.
Öğrencilerdeki ahlaki düzeyin giderek aşağılara düşmesi, kız-erkek ilişkilerinin eğitimlerine engel olması, ergenliğe
giriş yaşının düşmesi, ilköğretimlerde hamile öğrencilerle karşılaşılması, toplumdaki aile yapısının yozlaşması gibi birçok
neden ve sonuç eğitim sistemimizi yeniden gözden geçirmemiz gerektiğini bizlere göstermektedir. Birçok ülkede eğitim
bakanlıkları ve pedagojik şuraların ana konusunu karma eğitimin neticeleri ve niteliksizliği tartışma konusudur. Bazı
psikolog ve pedagoglar tarafından yüzyılın yanlışı olarak da değerlendirilen karma eğitim ülkemizde de tekrar gözden
geçirilmelidir.
Çalışmamızda ayrı eğitim sisteminin, karma eğitim sisteminden olan üstünlüklerini, faydalarını ve getirilerini çeşitli
bilim adamlarının da görüşleriyle destekleyerek açıkladık. Umarız çalışmamız Türkiye ve dünya eğitimine katkı sağlar.
AZƏRBAYCANDA TƏHSİL SİSTEMİ VƏ TƏHSİL SAHƏSİNDƏ
DÖVLƏT SİYASƏTİNİN PRİNSİPLƏRİ
Filiz ALTUNBAŞ
Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili, strateji üstün sahə elan edir və ölkələrinin
gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Azərbaycan Respublikası müstəqillik əldə
edəndən sonra təhsil sistemində islahatların aparılması zəruriyyəti ortaya çıxdı. Dünyanın bir çox ölkələrində gedən təhsil
islahatları haqqında informatik məlumatlar verilməklə yanaşı, təhsil sahəsindəki problemlərin obyektiv səbəbləri açıqlanır
və mövcud təhsil böhranının aradan qaldırılması üçün atılan zəruri addımlardan da danışılır.
|