Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1054/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1050   1051   1052   1053   1054   1055   1056   1057   ...   1149
1.  Şəffaflıq 

2.  İştirak 

3.  Hesabatlılıq 

Açıq hökumətin əsas şərtlərindən biri olan 



şəffaflıq rəsmi qurumlara aid olan məlumatların dolğun, şəffaf və heç bir 

təhrifə  uğramadan ictimaiyyətlə paylaşılmasına  əsaslanır. Məlumat  şəffaf olaraq, cüzi istisna hallar xaric, cəmiyyət 

tərəfindən əlçatan, təkrar istifadəyə açıq və yararlı olmalıdır. Məlumat üzərində edilmiş istənilən dəyişiklik, və ya müəyyən 

bir hissənin gizlədilməsi açıq hökumətin şəffaflıq prinsipinin pozulmasına gətirib çıxarır. 

Digər şərt olan 

e-iştirak da önəmli faktorlardan biri olub, ictimaiyyətin siyasi, hüquqi, ictimai və vətəndaşlarla bağlı 

olan digər məsələlərlə bağlı qərarvermə prosesində iştirakına əsaslanır. E-iştirakın məqsədi xidmətlərin şəffaflığının təmin 

edilməsidir. Eyni zamanda, e-iştirakın təmin olunmasının nəticəsi olaraq, ictimai fərdlərin iştirakı ilə daha şəffaf xidmətlər 

formalaşdırılacaqdır. (Conference for E-Democracy and Open Government 2013 Call for Papers 21-25 May 2013) 

Açıq hökumətdə 

hesabatlılıq dedikdə isə daha çox hökumətin ictimaiyyət tərəfindən ünvanlandırılacaq suallara nə 

dərəcədə açıq olması nəzərdə tutulur. Belə ki, ictimaiyyət qarşısında hesabatlı hesab edilən hökumət həyata keçirilmiş 

fəaliyyətlər barədə ona ünvanlanmış sualları cavablandırır, eyni zamanda,  bu standarta aid olan çərçivədə verdiyi bütün 

qəraralara və həyata keçirdiyi bütün fəaliyyətlərə görə məsuliyyət daşıyır. Hökumət korrupsiyaya qarşı müfəssəl və spesifik 

mübarizə strukturu tərtib etməli və eyni zamanda maraqların toqquşması ehtimalını da nəzərə almalıdır. (Press Release 

Waseda University 2013 March, 25th 2013) 

Açıq hökumətin əsas tərkib hissəsi olan e-hökumət mahiyyət baxımından, dövlət orqanlarının göstərdikləri xidmətlərin 

informasiya texnologiyalarından istifadə edilməklə  vətəndaşlara, biznes qurumlarına, həmçinin dövlət orqanlarına 

ötürülməsi üsuludur.  E-hökümətin  əsas məqsədi vətəndaşlara müasir texnologiyaların imkanlarından istifadə etməklə, 

dövlət orqanları  tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə imkanının təşkilidir. (Vitalizing Democracy 

through E-Participation and Open Government) (http://www.opengovpartnership.org/) 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1050   1051   1052   1053   1054   1055   1056   1057   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin