Elektron hökümətdə təhlükəsizlik və inam
Elektron hökümətdə təhlükəsizlik məsələsi inam, etibar, məxvilik çərçivəsində başa düşülür. Buna görə də , hökümət
öz istifadəçilərini əmin etməlidir ki, təhlükəsizlik və məxvilik məsələsi informasiyanın keyfiyyət dərəcəsi, şəffaflıq, texniki
həll yolları, həmçinin uzun-muddətli əməkdaşlıq kimi bir sira vasitələrlə daim diqqətdə tutulur. Beləliklə, etibar, inam ,
məxvilik hökümət və onun istifadəçiləri arasında qarşılıqlı münasibətlərin qurulmasında çox mühüm əhəmiyyətə malikdir.
İnam bir çox iqtisadi və sosial məsələrində mərkəzi təyinedici aspektdir. Beləliklə, inam müxtəlif obyektləri birləşdirən,
geniş diapozanda münasibətləri əhatə edən çox zəngin və geniş anlayışdır. Sitkin və Roth inamı yerinə yetiriləcək işin
etibarli şəkildə başa çatacağının gözləntilərinin məcmusu kimi izah edir. Elektron dövlət anlayışı meydana gəlməmişdən
əvvəl inam anlayışı bir çox sahələrdə geniş tədqiq edilmişdir lakin hər sahədə inamın öz izahı var. Texnologiya
kontekstində inam istənilən tapşırığın texnologiya vasitəsilə asan və arzulanan şəkildə yerinə yetiriləcəyinə inanmaqdır.
İnam elektron dövlətin mühüm məsələlərindən biridir. Vətəndaşların elektron dövlətin xidmətlərinə inanması özündə
müxtəlif münasibətləri birləşdərən mürəkkəb prossesdir.Vətəndaşların elektron hökümətin təklif etdiyi xidmətlərə etibar
etməsi elektron hökümətin reallaşması üçün mühümdür.Vətəndaşların hökümət portallarına, onun məlumatına, prosseslərinə
və digər aspektlərinə inamı olmadan dövlətin tam elektron xidmət təqdim etmək hədəfinə çatması mümkünsüzdir. Bu
elektron dövlət yüksək səviyyədə tətbiq olunmasına baxmayaraq, inamın olmaması vətəndaşların internet portalları
vasitəsilə ictimai xidmətlərdən istifadə etmək istəməməsi ilə nəticələnə bilər. İstifadə bilirliyin əsası e-dövlət xidmətlərindən
istifadə prosesində yaranır və bu hər kəsi öz xidmətlərindən istifadə etməyə mümkün edir. İstifadə bilinmək yalnız xidmətin
növü ilə deyil, onun mövzusu ilə də bağlıdı. Buna görə də, cəhdləri: müştəri xidməti mərkəzi daxilində istifadəçi
məmnunluğunu artırmaq, informasiya sistemlərinin əlaqəsini gücləndirmək, xidmətin əlverişliliyini artırmaq, yüksəs əlaqəli
xidmətləri dəstəkləmək və aradakı zamanı qısaltmaq.
Axtarış modeli
İnam və siyasi effetivliyin azalmasının siyasi müzakirələri aşağıdakı fiqurda göstərilib. Tədqiqat modeli aşağıdakı
fərziyyələr federal dövlətin siyasət üçün mühüm olan təsirini dəyişənlər kimi vətəndaş inam və xarici siyasi effektivliyini
|