Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1147/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

663 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

yatırılması, plana uyğun olaraq qoyulmuş kapitalın nə zaman gəlir kimi geri qayıdacağı  və yaxud hansı sahəyə kapital 

yatırımının məqsədə uyğun olmasını, istehsal və ya xidmət prosesinin daxili zaman kəsiyində  hər hansı problemin aşkar 

olunması və digər analizlərin vizual və təfərrüatlı olaraq maraqlı şəxslərə təqdim edilməsini aid etmək olar. Planlaşdırmanın 

düzgün aparılması, lazım olan resursların  əldə olunması, istehsal prosesi zamanının düzgün bölünməsi, son istehlakçıya 

qədər logistik sistemin qurulması kimi özəllikləri özündə birləşdirən bu proqram paketi biznes sahiblərinə riskin 

azaldılması, xətaların aradan qaldırılması, xərclərin düzgün şəkildə  xərclənməsi kimi üstünlükləri verir. Hər bir biznes 

sahibi fəaliyyət sahəsindən asılı olmayaraq ProModel vasitəsilə  fəaliyyət göstərmək istədiyi sahənin bir neçə modelini 

quraraq əldə etdiyi müxtəlif alternativlər arasında ən düzgününü seçməsini təmin edə bilər.  

ProModel metodologiyası 3 prosesdə özünü göstərir. 

Vizuallaşdırma – Biznes mühitinin dinamik və animasiyalı komputer modelini yaradaraq cari prosesləri və prinsipləri 

hərəkətli olaraq görmək və anlamaq mümkündür. 

Analiz – Biznes məqsədlərinə çatmaq üçün lazım olan məlumatları daxil etdikdən sonra potesial dəyişiklikləri və 

inkişafı görmək mümkün olur. Məlumatları müxtəlif tipdə daxil edərək müstəqil şəkildə alınan nəticələri analiz edib, qərara 

gəlmək çox asandır. 

Optimallaşdırma – Dərhal cari və  gələcək  əməliyyatlardakı  təsiri testdən keçir, riski azalt və  nəyi edəcəyini 

proqnazlaşdır. Ən yüksək şəkildə biznes məqsədlərini qarşılamaq üçün optimal biznes planın müəyyən et. 

Müxtəlif biznes və ya təşkilatı strukturun qurulmasında  əvəzsiz olan proqram mühəndis baxımından çox idealdır. 

Müxtəlif sahələrdə ProModelin qurulmasınının nə qədər əhəmiyyətli olmasını misalla göstərmək olar. 

Günümüzün biznes sahələri üçün, xüsusilə FMCG ( fast moving consumer goods) sektoru üçün ən önəmli məsələlərdən 

biri də təchizat zəncirinin, logistika, distribusiya və anbarlaşdırmanın düzgün qurulmasıdır. Təchizat zəncirində hər hansı bir 

problemin və ya arakəsmənin olması məyus istehlakçıların yaranmasına və gəlir itkisinə səbəb ola bilər. Təchizat zəncirinin 

sistemini qurarkən disturbisiya mərkəzini və anbarların harada qurulmasını, daşınma növlərinin və  xərclərinin 

müqayisəsinin aparılmasını, ehtiyatların səviyyəsini və yenidən doldurma qaydasını  tənzimləmək, tələb səviyyəsini və 

istifadə müddətində optimallaşdırmanın aparılması kimi əməliyyatları icra etmək ProModel vasitəsilə mümkündür.  

Misal olaraq, optik elektronikada aparıcı istehsalçı şirkət yeni məhul hazırlanması üçün qərar verməkdə tərəddüd edirdi. 

Ən böyük çətinlik məhsul portfelini analiz etmək və maliyyə performansını  əks etdirən gələcəyə dair bir sıra qərarlar 

vermək idi. Və  həmçinin  şirkət bir neçə  məhsul  şəklinin kombinasiyasından uğurlu bir məhsul  şəklini almaq üçün test 

etmək və resurs tələblərini növbəti 5 il ərzində planlamaqda çətinlik çəkirdi. Aşağıdakı əsas məqsədlərə çatmaq üçün daha 

əlverişli yol seçərək məhsulu vizuallaşdırmaq, analiz etmək və  gələcəyə dair performansını formalaşdırmaq üçün 

ProModeldən istifadə etmişdir: 

Davamlı kommersiya məhsulları yaratmaq; 

Cari “uçuş” məhsullarının istehsalı üçün inkişaf planının hazırlanması; 

Gələcəkdə satışa çıxarılacaq artıq prototipi hazır olan məhsulların analizi; 

Gələcəkdə potensial  məhsul istehsalı üzərində işləmək. 

Nəticə olaraq, ProModel simulyator proqramından istifadə edərək aşağıdakı əhəmiyyətli suallara cavab tapılmışdır. 

Gələcəkdə potensial məhsulların hansına investisiya yatırmaq olar və nə vaxt? 

Layihələrin hansı kombinasiyası və aralığı uzunmüddətli rentabilliyi təmin edəcək? 

Büdcə çərçivəsində qalmaq və gəlirin stabilliyini saxlamaq üçün hansı dəyişikliklər tələb olunur? 

Növbəti 5 il ərzində yeni məhsullardan gələn gəlirlərin ümumi gəlirlərin 40%-ni təşkil etməsini necə əmin olmaq olar? 

Artıq 25 ildən çoxdur ki, ProModel müəssisələrə müxtəlif sahələrdə öz biznes şəklini qurmağa və inkişaf etdirməyə 

effektiv şəkildə kömək edir. Müəyyən şərtlər daxilində ProModel proqram təminatını həyata keçirən təşkilatın professional 

əməkdaşları konsultasiya, treyninq, texniki dəstək kimi xidmətlər təklif edir. Həmçinin lazım olduqda sizə  təklif olunan 

proqram təminatını optimal nəticəni əldə etmək üçün proqram təminatı müxtəlif şəkildə konfiqurasiya edilə bilər. 

ProModel proqnoz-analitik texnologiya proqram təminatı kimi artıq bir çox sahələrdə hökumətdə, hərbi qurumlarda

aviasiya və müdafiə sənayesində, tibbdə və digər xidmət sahələrdə geniş istifadə olunur. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin