Microsoft Word Materiallar Full


İŞ YERINDƏ TƏHLÜKƏSIZ DAVRANIŞ QAYDALARI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1148/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149
İŞ YERINDƏ TƏHLÜKƏSIZ DAVRANIŞ QAYDALARI 

 

Royal  ŞİRİNOV 

Qafqaz Universiteti 



royalm.shirinov@yahoo.com

 

 

İş yerində baş verən xoşagəlməz hadisələrin 90%-i təhlükəsiz davranış qaydalarına riayət etməmək səbəbindən baş 

verir. Əksər şirkətlər belə halların aradan qaldırılması üçün DYT - davranışa yönəlik təhlükəsizlik proqramları tətbiq edirlər 

(BBS – Behavior Based Safety). Davranışa yönəlik təhlükəsizlik proqramları insan davranışlarının real dünya problemlərinə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

664 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olan təsirini öyrənir. DYT, insanlar nə edirlər, bunu nəyə görə edirlər kimi faktorların üzərində fokuslaşır və aparılmış 

tədqiqatlar nəticəsində əldə edilmiş informasiyaya əsasən insanlar nə etməlidir sualına cavab tapmaqda kömək edir. Yəni iş 

mühitində edilmiş  səhvlər araşdırılır - bu səhvlər nədir, səhvləri yaradan səbəblər hansılardır və  nəticədə bu səhvlərin 

təkrarlanmaması üçün təkliflər verilir. 

DYT proqramının səmərəli olması üçün o, şirkətin bütün işçilərini əhatə etməlidir. Buraya şirkətin rəhbərindən (CEO) 

tutmuş ən adi işçiyə qədər hamı aiddir, bu saat, maaş, bir qrup işçi kimi göstəricilərlə məhdudlaşmamalıdır. Proqram əgər 

tətbiq olunursa və insanlarım davranışında dəyişiklik  əldə etmək istəyirsinizsə, mütləq  şirkətin ümumi siyasətində, 

sistemində  və prosedurlarında da dəyişikliklər etmək lazımdır. DYT proqramı  şəxslərə  və ümumi biliklərə görə idarə 

olunmur. Bu sistemin tətbiqi üçün elmi əsaslar olmalıdır. 

Davranışa yönəlik təhlükəsizlik proqramının tətbiq edilməsinin əsas məqədləri aşağıdakılardır: 

İşçiləri təhlükəsiz davranış qaydalarından agah etmək və  təhlükəsiz davranış qaydalarına riayət etməklə hadisə  və 

xəsarətlərin qarşısının alınmasında hansı faydaların olacağını göstərmək 

İş yerində davranışın təhlükəsiz davranışla əvəz olunması, təhlükəli davranış qaydalarının qarşısının alınması 

Bütün sahələrdən olan işçilərə təhlükəsiz davranış qaydalarını öyrətmək 

İşçiləri təhlükəsiz davranış qaydalarına riayət etməyə  həvəsləndirmək və bu sahədə özünü nümunəvi aparan işçiləri 

mükafatlandırmaq 

Təhlükəsiz iş mühitinin yaradılması, inkişafı və gücləndirilməsi 

Bütün işçilər arasında ünsiyyət və qarşılıqlı əlaqənin təmin edilməsi 

İşçilərə təhlükəsizlik qaydalarını aşılamaq və iş mühitində bu qaydalara riayət etmələrini təmin etmək 

Bütün işçilərə əgər həmin işin görülməsi hər hansı bir təhlükəyə yol açacaqsa bu işi dayandırmaq, eyni zamanda hər 

hansı işçi özünə və ətrafındakı şəxslərə qarşı müəyyən bir təhlükəyə səbəb olacaq iş görərsə onun  da qarşısısının alışması 

üçün səlahiyyət vermək 

Bizim işimizdə mütəxəssis və ya istifadə etdiyimiz texnologiyaların mütərəqqiliyindən asılı olmayaraq, təhlükəsiz 

davranış sərgilədiyimiz anda qəza və ya xəsarət qaçılmaz olacaqdır. 5 əsas davranış kateqoriyası var ki, bizim iş mühitində 

təhlükəsizlik baxımında mühüm əhəmiyyət kəsb edir, onlar: 

PPE (personal protective equipment), şəxsi qoruyucu ləvazimatlarla davranış qaydaları -  buraya işçilərin gördüyü işdən 

asılı olaraq, istifadə etdikləri gündəlik ləvazimatlardan istifadə qaydaları aiddir. Əllər və baş hissə açıq qalmaqla, bədənin 

bütün hissələrini örtən geyimlər, dəmir örtüklü təhlükəsiz ayaqqabılar, gözü müxtəlif şüa və zədələrdən qoruyan eynəklər, 

təhlükəsizlik dəbilqələri, müxtəlif növ əlcəklər, səs təhlükəsizliyini təmin edən cihazlar, yıxılma əleyhinə avadanlıqlar və s. 

bu sıraya aiddir. Hər bir işçi öz sahəsinə müvafiq olaraq ləvazimatlarından istifadə qaydalarını dəqiq bilməlidir. 

Ümumi davranışlar – buraya işçilərin öz işinə  və  ətrafına təhlükəsiz yanaşma tərzi aiddir. Belə ki, hər bir çalışan öz 

işində  məsuliyyətli,  ədalətli, vicdanlı, öyrənən və öyrətən və bu kimi digər insani keyfiyyətlərə sahib olmalıdır ki, 

təhülükəsizlik qaydalarını, prosedurunu dərk etsin və tətbiq etməkdə maraqlı olsun 

Alətlər və avadanlıqlarla davranış qaydaları – praktikada daha çox hadisə  və  xəsarət halları  məhz işçilərin 

tabeçiliklərində olan avadanlıqlar və cihazlarla təmasda diqqətsiz davranması  səbəbindən baş verir. Buna görə  də  hər bir 

çalışan istifadə etdiyi cihaz və ya avadanlığın istismar qaydalarını  dərindən bilməli və bir an olsun belə diqqətini 

yayındırmamağa çalışmalıdır. 

Bədənin vəziyyəti – işçilər pilləkənlərdən, qaldırıcılardan istifadə edərkən və ya hər hansı əşyanın daşınması zamanı 

bədənin vəziyyətinə diqqət yetirməlidir. (əyilmək, oturmaq, ayaqüstə dayanmaq və s.) 

Prosedurlar – hər bir işin əvvəlcədən müəyyən edilmiş bir ardıcıllığı, bir proseduru var. Hər bir çalışan bu prosedurlara 

əməl etməli, onları dəyişməyə çalışmamalıdır.  

Yekun olaraq qeyd etmək lazımdır ki, hər nə qədər texniki nasazlıq və ya təbii hadisələr nəticəsində hadisələr baş versə 

də, yuxarıda da qeyd edildiyi kimi 90% bu insanın davranışından asılıdır. Buna görə  də, DYT-nin şirkətlərdə  tətbiqi 

zəruridir. Daha təhlükəsiz iş mühiti yaratmaq istəyiriksə davranışa yönəlik təhlükəsizlik proqramını  tətbiq etməkdə  də 

maraqlı olmalıyıq. 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin