II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
61
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ulduzun atmosferində yaranan digər H
, HeI, NaI, CII, FeII və s. spektral xətləri müşahidə olunmuşdur. Maraqlı faktlardan
biri də odur ki, spektrlərdə H
α
xəttinin profilinin müşahidə olunmadığı vaxtlarda H
xətti qırmızı tərəfə sürüşmüş, lakin
digər spektral xətlərdə hər hansı nəzərəçarpacaq dəyişkənliklər aşkar edilməmişdir.
HD225094 (V639Cas): Bu ulduzun indiyədək olan spektral tədqiqatlarından müəyyən edilmişdir ki, H
xətti düz P Cyg,
invers P Cyg və tam udulma profilləri formalarında müşahidə olunur. Digər tədqiqatçıların (A.Pasok və İ.Kolka) işlərindən
məlum olmuşdur ki, HD225094 ulduzunun spektrlərində H
xəttinin profilinin udulma və şüalanma komponentlərinin hər
ikisi eyni zamanda zəifləmiş və qalıq intensivlikləri uyğun olaraq 0.94 və 1.06 olmuşdur. Lakin qalıq intensivliyinin
göstərilən bu qiymətləri nəzərəalınmayacaq qədər kiçik deyil. Bu ifratnəhəng ulduza dair indiyədək nəşr olunmuş elmi
məqalələrin təhlili göstərmişdir ki, onun spektral tədqiqinə az yer verilmişdir. Odur ki, HD225094 ifratnəhəng ulduzu
spektral tədqiqatlar baxımından maraq doğurmuş və nəticədə 2013-cü ilin Sentyabrından etibarən ŞAR – da onun ilk dəfə
olaraq müntəzəm spektral müşahidələrinə başlanmışdır. Nəticədə 2013-cü ilin Sentyabrından 2014-cü ilin Yanvarınadək
həmin ulduzun 35 sayda yüksək keyfiyyətli spektrləri alınmışdır.
Şəkil.1 (b)– dən göründüyü kimi, HD225094 ifratnəhəng ulduzunun 24.09, 03.10 və 29.10. 2013 – cü il tarixli
spektrlərində H
xətti - düz P Cyg, tam udulma profili və tam şüalanma profili formasında müşahidə olunmaqla güclü
dəyişkən struktura malikdir.
Şəkil.1 (b) – dən görünür ki, HD225094 ulduzunun 23-25.11.2013-cü il tarixlərində alınmış spektrlərində H
xəttinin
udulma və şüalanma komponentlərinin hər ikisi eyni zamanda yox olmuşdur.
Qeyd edək ki, HD225094 ulduzu spektrlərində də H
xəttinin profili yox olan günlərdə H
, HeI, CII, SII və digər
xətlərin hamısı müşahidə olunur.
Aparılmış müşahidələrin təhlili göstərir ki, bu unikal müşahidə faktları təkrarlanan hadisədir.
|