OMONİMLƏRİN YARANMA SƏBƏBLƏRİ
Pakizə YAQUBOVA
Bakı Slavyan Universiteti
mona443@rambler.ru
İngilis dilində omonimlərin yaranması,intensiv inkişafı bir deyil,bir neçə amillə əlaqədardır.Bu amillərə ingilis dilinin
təkhecalılıq xüsusiyyətini,onun analitik formasını misal göstərmək olar.
Bundan başqa alimlər linqvistik və etimoloji araşdırmalarında belə qərara gəlmişdilər ki, ingilis dilində omonimlərin
sayının çox olmasına latın və fransız dillərindən keçmə sözlərin təsiri danılmazdır.
Başqa dildən ingilis dilinə keçən söz dildə mövcud olan sözlərdən hər hansı biri ilə təsadüf nəticəsində omonim ola
bilir. Məsələn: XVII əsrdə fransız dilindən ingilis dilinə keçən ball [bo:l] “rəqs etmək üçün insanların toplaşması” və dildə
artıq mövcud olan skandinaviya mənşəlli ball [bo:l] “top” sözlərini misal göstərmək olar. Ingilis dilində omonimlərin
30.7% i başqa dillərdən keçmə sözlər sayəsində yaranmışdır.Dildəki omonimlər mənşələrinə görə müxtəlifdir. Onların bir
qismi alman mənşəlli (45.3%), latın-roman mənşəlli (38.2%), yunan mənşəlli(6%), kelt mənşəlli (1.84%) mənşəlli və qalan
qismi isə müxtəlif dillərdən alınma sözlər sayəsində yaranıb.
Alınma sözlər bir sıra dəyişiklərə məruz qalır və keçdiyi dilin qaydalarına uyğunlaşmağa məcbur olur.
Ingilis dilində omonimlərin yaranma səbəblərinə dildə baş verən fonetik dəyişiklikləri,düzəltmə sözləri, çoxmənalı
sözlərin yeni mənalar qazanması sayəsində müstəqil söz kimi işlənməsini, konversiyanı və .s ni misal göstərə bilərik.
Omonimlərin 19.5%-i baş verən fonetik proseslər nəticəsində yaranmışdır. Tarix boyu dildə baş verən dəyişikliklər sözlərin
səs tərkibinin təsadüfi oxşarlığına gətirib çıxarda bilər. Write[raıt]– yazmaq və right [raıt]–sağ – bu sözlər müxtəlif mənaya
malik olsalar da eyni səs tərkibinə malikdirlər bundan başqa leksik qrammatik omonimlər movcuddur ki konversiya
|