Azərbaycan dilindən İngiliscəyə tərcümə
Azərbaycanlı riyaziyatçı alimlər və tədqiqatçılar öz elmi nəticələrini dünya arenasına çıxarmaq üçün ingilis dilinə
tərcümə etməlidirlər. Tərcümənin yüksək keyfiyyətdə olması mötəbər riyaziyyat jurnallarının nəşriyyatların əsas
şərtlərindən biridir. Amma əldə olan çox sayda nümunə göstərir ki, bu tərcümələrdə əksər hallarda qramatik səhv olmasa da
riyazi mətnə uyğun gəlməyən xətalar edilir. Biz burada müəlliflərin və tərcüməçilərin İnternetdə asanlıqla əldə edəcəyi bəzi
kitab və broşuralar haqqında məlumatlar verəcəyik. Bu mənbəylərdə tərcümələrdə edilən tipik səhvlər, riyazi cümlə
quruluşları, riyazi mətn stili və s. haqqında məlumat əldə edə bilərsiniz. Ümid edirik ki, bu qısa məqalə öz riyazi məqaləsini
ingilis dilində yazmaq istəyən müəlliflərə və riyazi mətn tərcüməçilərinə faydalı olacaqdır.
Adi lüğətlərin riyazi mətn tərcüməçisinə faydası azdır. Bunun üçün daha faydalı olan riyazi terminlər lüğətləridir. Bu
cür lüğətlər çoxdur amma bu kitablar hansı termini cümlədə nə cür istifadə edə biləcəyimiz haqqında fikir vermir. Bunun
üçün istifadə örnəkləri olan lüğətə ehtiyac var. Polşa riyaziyyatçısı Jerzy Trzeciakın hazırladığı və internetdə pulsuz endirilə
bilən [2] kitabı məsləhət görülə bilər. Bu kitabın veb səhifə formasında variantı [3] axtarış aparmaq imkanı verdiyi üçün
daha rahat istifadə oluna bilər. Həmçinin eyni müəllifin hazırladığı və ingiliscə riyazi tərcümələrdə yol verilən tipik
səhvlərin sıralandığı [4] broşürası çox faydalı olacaqdır. Eyni müəllifin ingilis dilində riyazi məqalə yazanlar üçün praktiki
məsləhətlər olan [5] kitabı da istifadə edilə bilər. Təcrübəli riyaziyyatçıların bu mövzudakı tövsiyə və fikirlərini öyrənmək
üçün [6] və [7] kitablarına müraciət edilə bilər.
Ədəbiyyat
Grenvil V., Differensial və integral hesabı elementləri, 1-ci hissə, Azərnəşr, Bakı, 1931.
|