PLC (PROGRAMMABLE LOGIC CONTROLLER)
SİSTEMLƏRİNİN İSTİFADƏ SAHƏLƏRİ
İlkin YOLÇUYEV
Qafqaz Universiteti
ilkin_qax90@mail.ru
AZƏRBAYCAN
Bu yazımızda avtomatlaşdırma sistemlərinin ən əhəmiyyətli sahələrindən biri olan PLC (Programmable Logic
Controller)-nin tərifi, xüsusiyyətləri və istifadə sahələrindən bəhs edəcəyik. Həmçinin istifadə sahələrində releli sistemlər və
kompyuterli nəzarət sistemləri kimi məsələlərin həllinə nisbətdə daha yaxşı nəticə göstərməsi məqalədə təsvir edilmişdir.
PLC 1970-ci illərin əvvəlindən etibarən sənayedə çox məşhur olaraq istifadə edilir. PLC istehsalçıları müxtəlif funksiyalara
malik , fərqli yaddaş tutumları olan , bir neçə giriş-çıxışdan minlərlə giriş- çıxışa qədər çoxlu sayda giriş-çıxışı olan , fərqli
böyüklüklərdə bir çox PLC çıxarıb istifadəyə təqdim edir. PLC dizaynı və istehsalı prosesləri , bu ana qədər PLC
istehsalçılarının bir sirri olaraq qalmışdır.
Dostları ilə paylaş: |