II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
614
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İnteraktiv veb-iştirak Qarşılıqlı əlaqə Qarşılıqlı əlaqə
Sövdələşmə
İkitərəfli
kommunikasiya
Xidmət sahələrinin
genişləndirilməsi
Transaktional veb-iştirak
Nəticələndirmək
Sövdələşmə Sövdələşmə
Tamamilə inteqrasiyaolunmuş
veb-iştirak
Tamamilə
dəyişmə
Şaquli inteqrasiya
İnteqrasiya
Dövlət qurumlarının
bir-birinə inteqrasiya
etməsi
Üfüqi inteqrasiya
Cədvəl 1. E-dövlətin inkişaf mərhələləri üzrə modellər
II. ELEKTRON DÖVLƏTİN İNKİŞAF MƏRHƏLƏLƏRİ-TƏKLİF
Bütün bu mərhələləri nəzərə alaraq, daha da işlək ola biləcək digər bir modeli təklif edirəm. Belə ki, bu model 5
mərhələdən ibarətdir.
İnternet üzərindən ilkin tanışlıq: bu mərhələdə dövlət ilkin olaraq internetdən istifadə edərək ictimaiyyəti bir neçə
məsələ üzrə məlumatlandırır. Veb səhifədə ilkin anlayışlar yerləşdirilir: qurumun missiyası, fəaliyyət prinsipi, ünvanı, iş
saatları, e-poçt ünvanları. Bununla vətəndaşların özəl sektorda daha çox aktiv iştirak etmələrinə, daha ətraflı məlumat
almalarına əsasən yavaş-yavaş dövlət sektoru üzrə da bu məlumatları əldə etmələrinin mümkünlüyü göstərilir.
İlkin xidmətlərin daxil edilməsi: Bu mərhələdə artıq tanışlıqdan daha irəliyə gedərək daha geniş məlumatlar daxil
edilir. Saytda aktiv olaraq məlumatlar yenilənir. Müxtəlif sahələr üzrə keçidlər daxil edilir. Həmçinin bir sıra formalar
elektron şəkildə yerləşdirilir və vətəndaşlara çıxış təmin edilir. İstifadəçilərə müxtəlif forumlarda şərh bildirmək, istədikləri
xidmətlər üzrə məlumatlar yerləşdirmək, görmək istədikləri dəyişiklikləri daxil etmək və mövcud olan suallarına cavab
almaq kimi imkanlar da verilir.
Xidmət sahələrinin genişləndirilməsi: Bu mərhələdə digər mərhələdən fərqli olaraq istifadəçilərə əldə etdikləri
formaları elektron şəkildə təqdim etmək imkanı yaradılır. Bu vətəndaşların xidmətlərdən daha aktiv bir şəkildə istifadə
etməsinə gətirib çıxarır. Sistemə giriş kodu verilir və istifadəçilər istifadəçi adı ilə təmin edilir. Sistem daha təhlükəsiz
vəziyyətə gətirilir.
Dövlət qurumlarının bir-birinə inteqrasiya etməsi: Bu iki mərhələdən ibarətdir. Belə ki, birinci mərhələ qurumların
bir verilənlər bazasının yaradılmasını nəzərdə tutur. Belə ki. hər hansısa bir istifadəçi bir xidmətdən istifadə etdiyi zaman,
bu bütün yerli və regional qurumlar tərfindən qeydiyyata alınır. Məs: Əgər istifadəçi hər hansısa rayon icra hakimiyyətinə
sənəd forması təqdim edirsə, digər əlaqədar quruma eyni formanı yenidən təqdim etmək məcburiyyətində qalmır. Bu dövlət
orqanı vahid sistem vasitəsi ilə, digər orqandan ola məlumatlara çıxışı əldə edir. İkinci mərhələdə isə vətəndaşlara bir qurum
tərəfindən verilən xidmətlərin sayının çoxaldılmasıdır. Məs: Dövlətdən yardım almaq istəyən vətəndaş ev üçün müraciət
edirsə, o həmçinin təhsil, tibbi diqqət, qida barəsində də yardım istəyir. Bu zaman dövlət bu xidməti bir mərkəzdə vermək
bacarığına sahib olmalıdır və vətəndaş bir neçə quruma müraciət edərək vaxt itirməməlidir.
Vahid sistem: Bu mərhələdə hər bir şey tamamilə vahid sistemdən idarə olunur. Dövlətin hər bir qurumu bir-biri ilə
əlaqədardır. Vahid verilənlər bazası var. Dövlətin vahid veb səhifəsi portal kimi çıxış edib, bütün qurumları özündə
birləşdirir. İstifadəçi hər bir xidməti mərkəzləşmiş sistem vasitəsi ilə əldə edir. Elektron dövlət tamamilə qurulub və bütün
funksiyalar dəqiqləşdirilib.
III. NƏTİCƏ
Məqalədə elektron dövlətin inkişaf mərhələləri araşdırılmış, müxtəlif qurum və tədqiqatçıların təklif etdikləri modellər
üzrə açıqlama verilmişdir. Hal-hazırda ən geniş tətbiq olunan model BMT tərəfindən təklif olunan modeldir. Modellər bir-
birinə məzmun baxımından çox yaxındır, lakin kiçik fərqliliklər də istisna deyil. Hər bir model müəyyən hədəfin yerinə
yetirilməsi üçün nəzərdə tutulub. Məs: Dünya Bankının irəli sürdüyü model inkişaf etməkdə olan ölkələr üçün nəzərdə
tutulub və hər bir mərhələ müstəqil bir şəkildə yerinə yetirilə bilər, ardıcıllığın qorunmasına ehtiyac yoxdur. Hər bir modelin
araşdırılmasından sonra modellərin müsbət cəhətlərini özündə birləşdirən yeni bir model təklif olunmuşdur. Bu modeli
istifadə edərək daha balanslı, təhlükəsiz, sürətli və az vaxt aparan bir modeli yaratmaq mümkündür. Azərbaycanda bu
mərhələləri qeyd edildiyi kimi yerinə yetirilərsə daha sürətlə və daha mükəmməl bir elektron dövlət sistemi qurmaq və
böyük bir kütlənin bundan istifadə etməsinə gətirib çıxarmaq olar.
Dostları ilə paylaş: |