II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
613
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Дистрибуция, розница и
гостиничный бизнес
40,162 55,540 40,125 51,688
45,901 233,418
355
Промышленность 11,358
39,305
12,093
19,735
16,013
98,504
514
Другие секторы 16,810
36,052
24,792
26,515
31,103
135,271
519
Кумулятивная экономическая
выгода
117,989 221,239 110,550 150,770
162,749 763,297
2,396
ELEKTRON DÖVLƏT ÜZRƏ TƏKLİF OLUNMUŞ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Xəyyam MƏSIYEV
1
, Kəmalə ŞƏMILOVA
2
AMEA İnformasiya Texnologiyaları İnstitutu
1
, Qafqaz Universiteti
2
xmesiyev@qu.edu.az
1
, kshemilova@std.qu.edu.az
2
AZƏRBAYCAN
Xülasə - Bu məqalədə ilkin olaraq elektron dövlət anlayışı, həmçinin söz biləşməsinin müxtəlif tədqiqatçılar tərəfindən
fərqli açılışı qeyd olunmuşdur. Daha sonra cədvəl 1.-ə əsasən elektron dövlətin müxtəlif qurum və tədqiqatçılar tərəfindən
irəli sürülmüş bir nəçə inkişaf mərhələsi araşdırılmışdır. Araşdırmalar mərhələlərin sayının və adlarının fərqli olmasına
baxmayaraq, onların məzmununun o qədər də fərqli olmadığını göstərmişdir. Araşdırmaların növbəti addımı olaraq hər bir
təklif olunan modeldən yeni bir model təklifi ortaya çıxarılmış və hər bir mərhələnin hansı əsaslarda və hansı funksiyaları
yerinə yetirərək öz işini tamamlaması göstərilmişdir. Təklif olunan model 4 mərhələdən ibarət olub, hər biri bir-birinin
davamıdır.
I. ÖN SÖZ
1980-ci illərdə informasiya kommunikasiya texnologiyaları və internet şəbəkəsinin inkşafı nəticəsində ölkələr dövlətin
yenidən qurulmasında bu qüvvələrdən istifadə etməyə başladılar ki, bunun üçün irəli sürülən layihələr dövlətlərin
gündəliyinin əsasını təşkil etməyə başladı. Elektron dövlətə olan maraq onun son illərdə ən çox araşdırılan konsepsiyalardan
birinə çevrilməsinə gətirib çıxardı.
Elektron dövlət söz birləşməsinin açılışı üzrə çoxlu variantlar irəli sürülmüşdür. Bunlardan bəziləri aşağıda
sadalanmışdır:
- Elektron dövlət dövlətin müasir texnologiyaların istifadəsi nəticəsində yüksək keyfiyyətli dövlət informasiya və
xidmətlərinə çıxışı əlverişli bir şəkildə təmin etdiyi bir metoddur. Bu insanların demokratik proseslərdə iştirakı üçün daha
çox imkan yaradır(Fang,2002).
- Elektron dövlət dövlətin müasir texnologiyalardan istifadə edərək, dövlətin informasiya və xidmətlərinə çıxışı təmin
edən alətləri hazırladığı və xidmətlərin keyfiyyətini artıraraq proseslərdə daha geniş bir şəkildə iştirak imkanları yaratdığı
bir sistemdir( Hick,2002).
Elektron dövlət vətəndaşlar, dövlət işçiləri, bizneslər və digər təşkilatları xüsusi ilə İKT və Dünya İnternet Şəbəkəsi
kimi texnologiya vasitələrinin istifadəsi nəticəsində dövlət xidmətlərinin verilməsidir.
E-dövlət daha yaxşı idarəetmə və inzibati effektivlilik yaradılması üçün irəli sürülmüş bir konsepsiyadır. Belə ki,
idarəetmədən başqa onun siyasi, iqtisadi və sosial- mədəni sahələrdə də təsiri var. Elektron dövlət idarəetmənin daha çox
iştirak yönümlülük əsasında qurulmasına səbəb olur ki, bu da siyasətçilərin ictimaiyyət üzrə məsuliyyətlərini daha yaxşı
anlamalarına əsas yaradır. O, idarəetmə orqanlarının işini daha effektiv edir, əlverişli biznes mühütü yaradır və zamanla
iqtisadi artımın əldə olunmasına gətirib çıxarır. Sosial mədəni baxış açısına görə isə o savadlı vətəndaşların yetişməsinə və
sosial həmrəyliyin yaranmasına rəhbərlik edir.
BMT/ASPA Dünya
Bankı Gartner
Layne
və Lee
Hillevə Belanger
Təklif olunan model
Meydana gələn veb-iştirak
Yaratma
İştirak Kataloqlaşdırma
İnformasiya
İnternet üzərindən
ilkin tanışlıq
İnkişaf etmiş veb-iştirak
İlkin xidmətlərin
daxil edilməsi
|