II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
619
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İŞ PROSESİ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR VƏ ONLARIN
HƏLLİ ÜÇÜN TƏKLİF OLUNAN ARXİTEKTURA
Abzetdin ADAMOV, Aytən ZODOROVA
Qafqaz Universiteti
aytenzodorova@gmail.com
AZƏRBAYCAN
Bir qurumun və ya təşkilatın məqsədlərinə çatmaq üçün gördüyü işlər çoxluğuna iş prosesi (business process), biznes
proses deyilir. Biznes proses adətən bir neçə mərhələdə, addımda tamamlanır. Həmin addımlar qeyd olunmuş müəyyən bir
ardıcıllıqla yerinə yetirilməlidir. Məsələn, tutaqki satıcı alıcılara öz mallarını satmaq istəyir. Bunun üçün əvvəlcə o özü
həmin malları əldə etməlidir. Yəniki müəyyən bir prosesi yerinə yetirərək məqsədə çatmaq istənilirsə, bu zaman
əməliyyatlar arsında müəyyən bir ardıcıllıq gözlənilməlidir. Eyni zamanda müəyyən əməliyyatlar işin görülmə məntiqindən
asılı olaraq lazım gələrsə paralel şəkildədə yerinə yetirilə bilər.
Biznes Prosesin İdarə Edilməsi (Business Process Management-BPM) biznes prosesi layihələndirmək, idarə etmək və
analiz etmək üçün lazım olan alətlərin, texnologiyaların və metodların birləşməsidir. BPM təşkilatın işini daha effektiv,
daha səmərəli etmək üçün olan sistematik yanaşmadır. BPM informasiyanın vaxtında düzgün formada yerinə çatdırılmasını
təmin edir. Bu o deməkdir ki, daxili sistem, insanlar və ya xarici partnyorlar işlərini tamalamaq üçün lazım olan
informasiyanı müvafiq vaxtda əldə edə bilirlər. Yəni ki, BPM təşkilatda insanlar arasında, onun daxili sistemleri arasında
qarşılıqlı əlaqəni təmin edir. Əgər BPM-dən istifadə olunmasa müvafiq biznes prosesi tamamlamaq üçün olan
əməliyyatların bəziləri unudula və ya vaxtında yerinə yetirilməyə bilər. Buna görə də təşkilat üçün BPM-in rolu böyükdür.
Hər hansı bir təşkilatın strukturunu təsəvvür etsək, bildiyimiz kimi təşkilat-daxilində görüləcək işlərin məqsədlərinə
uyğun olaraq müxtəlif şöbələrə ayrılır. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq təşkilatlarda avtomatlaşdırılmış
sistemlərdən istifadə edildiyindən və bu sahədə görüləcək işlərə böyük ehtiyac olduğundan hazırda şirkətlərin ayrıca İT
şöbələri var. Hər hansı bir təşkilatda İT şöbəsinin məqsədi texnologiya ilə bağlı olan bütün məsələlərlə məşğul omaqdır.
BPM təşkilat daxilində İT şöbəsi ilə digər şöbələr arasında bağlantı nöqtəsidir. Yəni ki, BPM İT və digər şöbələr arasında
körpü rolunu oynayır. Onlar arasında əlaqəni asanlaşdırmaq üçün biznes prosesi modelləşdirirlər. Modelləşmə dedikdə
təşkilat daxilində biznes prosesin analitik, qrafik təsviri başa düşülür.Bu məqsədlə daha çox BPMN-dən (business process
modeling notation) istifadə olunur.
Təşkilat daxilində biznes prosesin idarə edilməsində olan əsas problem İT departamentinin işçiləri və digər
departamentlərin işçiləri arasındakı əlaqənin çətinliyi, bir sözlə onlar arasındakı anlaşılmazlıqlardır. Çünki digər şöbələrin
işçiləri İT-nin işini anlamaqda çətinlik çəkirlər. Bu da öz növbəsində təşkilat daxilində işlərin görülməsində problemlərə yol
açır, bir sıra çətinliklər törədir. Müəyyən anlaşılmazlıqlar əmələ gəlir ki, bu da təşkilatın işinin tam, vaxtında və düzgün
yerinə yetirilməsində maneələr törədir. İT şöbəsinin işi digər şöbələrin işləri ilə sıx əlaqədə olduğundan hamı üçün ümumi
olan bir struktura ehtiyac duyulur.
Bu problemi həll etmək üçün elə bir model təklif etmək lazımdır ki, bu hamı üçün anlaşıqlı olsun. Bizim məqsədimiz
iyerarxik quruluşlu elə bir model təklif etməkdir ki, bundan hər kəs öz məqsədlərinə uyğun olaraq rahatlıqla istifadə edə
bilsin. Bu məqsədlə BPMN-dən istifadə edərək biznes prosesi iyerarxik şəkildə təsvir edəcəyik. BPMN biznes prosesi təsvir
etmək üçün olan diaqram şəkilli standartdır. Başqa sözlə biznes prosesin blok-sxem şəklində təsviridir. BPMN-i ona görə
istifadə edirlər ki o İT şöbəsinin işçiləri və digər şöbələrin işçiləri arasında əlaqəni anlaşıqlı hala gətirir. Belə ki, o biznes
prosesin blok sxem şəklində təsviri olduğundan istifadəçilər bunu öyrənmək və anlamaqda çətinlik çəkmirlər. Bu da təşkilat
daxilində şöbələr arasında olan anlaşılmazlıqları aradan qaldırmağa kömək edir.
Bizim təklif etdiyimiz yenilik isə ondan ibarətdir ki, biznes prosesi iyerarxik şəkildə təsvir edərək, iyerarxik strukturda
sonda hər bir əməliyyatı – “input”, “controller”, “model”, “output” olaraq dörd hissəyə bölək və istifadəçilər üçün rahat
istifadə olunacaq bir interfeys yaradaq. Belə ki, “input” hissəsində məlumatların daxil edilməsi əməliyyatı aparılsın,
“controller” hissəsində müəyyən yoxlama əməliyyatları aparılsın(məlumatların düzgünlüyü və s.), “model” hissəsində işin
yerinə yetirilməsi üçün lazım olan əməliyyatlar(hesablama və s.) aparılsın və sonda “output” hissəsində isə nəticə əldə
edilsin (verilənlər bazasına yazılsın,ekrana cıxarılsın və s.).
Nəticədə bir mənalı, asan başa düşülən, hər kəsin istifadə edə biləcəyi bir arxitektura (enterprise architecture) almış
oluruq.
Dostları ilə paylaş: