Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1109/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1105   1106   1107   1108   1109   1110   1111   1112   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

629 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

KİTABXANA-İNFORMASİYASAHƏSİNDƏ KOMPÜTERTEXNOLOGİYASININ 

TƏTBİQİNƏ DAİRDÖVLƏTSİYASƏTİ 

(2003-2013-CÜ İLLƏRDƏ) 

 

Natiq MÜRSƏLOV 

AMEAMərkəziElmiKitabxanasınınelmiişçisi 



Magistrant_bdu@mail.ru 

AZƏRBAYCAN 

 

 Dünyanın bir çox görkəmli dövlət, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, filosofları, yazıçıları kitab və kitabxa-



na haqqında olduqca dəyərli, hikmətamiz fikirlər söyləmişlər. Bu fikirlər içərisində Heydər Əliyevin kitabxana, onun əhə-

miyyəti, cəmiyyətdə tutduğu yer, elm və mədəniyyətin, ümumiyyətlə, mənəviyyatın inkişafında rolu haqqında fikirləri olduqca 

yüksəkdə durur və böyük bəşəri əhəmiyyət kəsb edir. 

Ümummilli  liderimiz Heydər  Əliyevin  əsasını qoyduğu demokratik dövlət quruculuğu işlərini davam etdirən cənab 

İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən xalqa verdiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam” 

vədinə əməl edərək həyata keçirilən işləri inamla irəliyə aparmaq qüdrətinə malik olduğunu sübuta yetirdi.  

2003-2013-cü illərdə ölkəmizdə iqtisadi inkişaf ilə yanaşı  mədəniyyətin inkişafı sahəsində  də böyük tərəqqi  əldə 

edilmiş, mədəni quruculuğun bütün sahələrində dönüş illəri olmuşdur. Mədəniyyətimizin bütövlükdə inkişafı ilə yanaşı 

olaraq onun ayrı-ayrı sahələrinin inkişafına da xüsusi diqqət yetirilməyə başlanmışdır. Respublikada mədəniyyətin mühüm 

tərkib hissələrindən biri olan kitabxana işi sahəsində aparılan məqsədyönlü mütərəqqi tədbirlər buna parlaq sübutdur. 

Müstəqil Azərbaycanda  əsası ulu öndər Heydər  Əliyev tərəfindən qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam 

etdirməkdədir.  Bu siyasətin  əsasında kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən maliyyələşdirilməsi, ardıcıl olaraq 

maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanaların  ümumaçıq olması, kitabxana işinin informasiyalaşdırılması, 

dünya standartları səviyyəsinə yüksəldilməsi, kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşdırılması və digər vəzifələr durur. 

Müasir  şəraitdə bütün kitabxanaları yeni ədəbiyyatla təmin etmək, kitabxana fondlarını  zənginləşdirmək üçün ardıcıl 

tədbirlər həyata keçirilir. Belə  tədbirlərdən biri kütləvi kitabxanaların və  məktəb kitabxanalarının pulsuz olaraq latın 

qrafikası ilə çap edilən yeni nəşrlərlə komplektləşdirilməsi haqqında prezident sərəncamı olduqca böyük tarixi əhəmiyyət 

kəsb edir. Prezident İlham  Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı  “Azərbaycan dilində    latın qrafikası ilə kütləvi 



nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət 

qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir 

dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycan dilində əvvəllər kiril qrafikası ilə çap olunmuş 

əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsini nəzərdə tuturdu. 

Daha sonra cənab prezident 2004-cü il 27 dekabr tarixli 526 nömrəli daha mühüm “2005-2006-cı illərdə Azərbaycan 

dilində latın qrafikası ilə capı  nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”  sərəncam imzaladı. 

Sərəncama əsasən hazırlanan siyahıya 546 adda kitab daxil edilmişdir ki, onların da ümumi sayı 13 milyon 650 min nüsxə 

olmuşdur. Həmin  kitablar 2005-2009-cu illərdə çap edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə edilmişdir. 

Dünyada analoqu olmayan bu tədbir müstəqil Azərbaycan dövlətinin mədəni siyasətinin təzahürüdür. 

Kitabxanalarımızın fondu 4-5 il müddətində 13 milyondan çox artması dövlətimizin kitabxana işinə, Azərbaycan elm, 

mədəniyyət və təhsilinə, çoxmilyonlu kitabxana oxucularına böyük diqqət və qayğısını bir daha təsdiq edir. 

Dövlətin bu sahədə  həyata keçirdiyi işlər müvəffəqiyyətlə davam etdirilir. “Azərbaycan Respublika regionlarının 

sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı  şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının 

sürətləndirilməsinə dair tədbirlər proqram”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 

üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil 

məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə  təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm 

sənədlərdə kitabxana informasiya sahəsinin inkişafı, modernləşdirilməsi və ayrı-ayrı idarə  və müəssisələrin kitabxana 

şəbəkəsinin inkişafına, əhaliyə kitabxana xidmətinin təşkilinə olduqca mühüm təsir göstərmişdir. 

Adlarını göstərdiyimiz sənədlərlə yanaşı dövlətimizin başçısı  İlham  Əliyev bilavasitə kitabxana işinə  həsr edilən və 

böyük strateji əhəmiyyət daşıyan mühüm proqram əhəmiyyətinə malik 2007-ci ilin aprelində “Azərbaycanda kitabxana 

fəaliyyətinin yaxşılaşdırılması” və 6 oktyabr 2008-ci ildə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 

2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı imzalamışdır. 

Nəticə olaraq qeyd edək ki, 2003-2013-cü illərdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kitabxana işi siyasəti 

Azərbaycan kitabxana-informasiya sahəsinin  inkişafının əsasını təşkil etmiş və  bu  siyasət  uğurla  davam  etdirilmişdir. 

 

 



 



Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1105   1106   1107   1108   1109   1110   1111   1112   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin