Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1137/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1133   1134   1135   1136   1137   1138   1139   1140   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

653 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Xammal gəlirlərinin dəyişkənliyi səbəbilə uzun dövrdə sənaye mallarına nəzərən zəif olmasına görə ticarətdə davamlı 

şəkildə  zərərə  məruz qalmamaq üçün İEOÖ-lərin beynəlxalq ixtisaslaşmada sənaye malları ixracatcısı ölkə  səviyyəsinə 

gəlmələrini zəruri edir. Bu halda qorunan sənayelərin bir müddətdən sonra inkişaf edib, öncə daxili bazarın ehtiyaclarını 

ödəyəcəyi, sonra da məhsullarını dünya bazarlarına ixrac etməyə başlayacağına inanılır.  

İdxal  əvəzləyici sənayeləşmə modeli İEOÖ-lərin qarşısında bir sıra fərqli alternativlər qoyur. Bunlar aşağıdakı kimi 

qruplandırılabilər:  

Mövcud olan valyuta ehtiyatlarının investisiya malları  və yarımfabrikatların idxalında istifadə edilib bu idxalat ilə 

ölkədə istehlak mallarının istehsal edilməsi; 

Mövcud olan valyuta ehtiyatlarının investisiya malları istehsalını  təmin edəcək investisiya malları idxalında istifadə 

edilməsi və istehsal edilən investisiya malları ilə istehlak mallarının istehsal edilməsi; 

Mövcud olan valyuta ehtiyatlarının investisiya malları istehsalını  təmin edəcək investisiya malları idxalında istifadə 

edilməsi və mövcud investisiyalarla yeniden investisiya mallarının istehsal edilməsi. 

Bu alternativlerden birincisi, İEOÖ-lərin  əksəriyyətinin 1950-ci illərdən sonra tətbiq etdiyi sənayeləşmə siyasəti 

olmuşdur. Bu ölkələrdən bəziləri, məsələn Braziliya, bir müddət ikinci alternativi də ortaya qoyduğu halda, Türkiyə kimi 

ölkələr ikinci qismə keçə bilməmiş  və  sənayeləşmədə önəmli problemlərlə qarşı-qarşıya qalmışdır. Üçüncü alternativ isə 

keçmiş Sovet modeli olaraq qeyd oluna bilər. 

Bütün bu qeyd olunanara baxmayaraq təcrübədə idxal əvəzləyici sənayeləşmə strategiyasına yönəlik optimist 

yanaşmaların  əksəriyyətlə özünü doğrultmadığı görülmüşdür. Bu istiqamətdfəki tənqidi fikirlər strategiyanın 

müdafiəçilərindən olan R.Prebisch tərəfindən belə xülasə edilmişdir: "bu siyasətin nisbətən sadə  və asan mərhələsində 

sənayeləşmədə ilkin olaraq bur uğur əldə ediləbilər. Ancaq bu mərhələdən sonra çətin və texnoloji baxımdan  kompleks bir 

prosses başlanmalıdr. Çünki bu dövrdə qurulacaq firmalar texnoloji ağırlıqlıdır və geniş bir bazar tələb edir. Halbuki, İEOÖ-

lərdə bazarın kiçik olması, kiçik miqyaslı və səmərəli olmayan firmaların parça başına istehsal xərclərinin yüksək olması 

xarici rəqabətə qarşı idxalat kvotalarına və yüksək gömrük rüsumlarının tətbiqinə  gətirib çıxarır. Qoruma siyasəti isə 

sənayedə texnoloji inkişafı  əngəlləyərək məhsuldarlığın azalmasına yol açdığı üçün sənaye strukturuna da mənfi təsir 

göstərir. 

Sənayeləşmədə idxal əvəzləməsinə yönəlmək bir plan və proqram nəticəsində deyil, xarici iqtisadi təsirlərdən ortaya 

çıxır. Bu durumda lazım olmayan məhsulların idxalatına  əngəllər qoymaqla, yerli istehsal yüksək gömrük faizləri ilə 

qorunaraq, maya dəyərinə baxılmadan sənayeləşmə  təşviq edilir. Nəhayət aşırı qoruma siyasəti ölkənin xarici bazar və 

rəqabətlə  əlaqəsini kəsdiyi üçün istehsalda keyfiyyətin artması  və  xərclərin düşürülməsi yolundakı  təşviq və  təzyiqlər 

ortadan qalxır.  

Təcrübədə idxal əvəzləməsinin ancaq idxal edilən parçaları birləşdirən montaj tipli istehsal səviyyəsində  həyata 

keçirilməsi, istehsalda idxal edilən amillərin payının yüksək nisbətdə olmasına və idxalatın yerli sənaye istehsalından daha 

sürətlə artmasına gətirib çıxarmışdır. Xaricdən təçhizat, texnologiya, xammal, hətda məhsulun bir sıra parçalarının idxal 

edilməsi, tədiyyə balansı problemlərindən qurtulmaq üçün müraciət edilən idxal əvəzləməsinin qısa müddətdə  yeni 

problemləri ortaya çıxarmasına səbəb olmuşdur. Digər tərəfdən, bu şəkildə idxal əvəzləyici siyasət yürudən sənayelərin 

əhəmiyyətli dərəcədə xaricdən asılı olması, bu ölkə iqtisadiyyatlarını dünya bazarındakı dalğalanmalardan təsirlənən, 

idxalatdan asılı (import senstive) iqtisadiyyat halına gətirmişdir.  Əgər idxal əvəzləməsi xarici investisiyalı  şirkətlər 

tərəfindən həyata keçirilirsə bu asılılığa bir də texnoloji asılılığı da əlavə etmək lazımdır. Bu asılılığın davam etməsi isə 

İEOÖ-lərin istehlak mallarına yönəlik idxal əvəzləmə siyasətindən investisiya malları əvəzləməsinə keçə bilməmələrindən 

olmuşdur. 

İEOÖ-lərin idxal əvəzləyici sənayeləşmə strategiyası nəticəsində struktur asılılıqlarının artdığını qeyd edən iqtisadçılara 

görə texnologiya istehsalı  İEÖ-lərin inhisarında qaldığı müddətdə, bu ölkələrin "uyğun" texnologiya seçimində bir 

sərbəstliyə də malik olmaları mümkün olmur. Buna görə texnologya istehsalı həm İEÖ-lərin inhisarında qalmaqda, həm də 

beynəlxalq qanunlarla qorunmaqdadır. 

Ümumiləşdiriləcək olursa, idxal əvəzləyici sənayeləşmə siyasətinə yönəldilən tənqidlər aşağıdak başlıqlar altında qeyd 

oluna bilər: 

İqtisadi ehtiyatların israfı, 

Xaricdən asılılıq, 

İxracat sənayesinin əleyhinə formalaşan struktur, 

Xarici borcların artması. 

Nəticə olaraq, yuxarıda qeyd olunanları da nəzərə alaraq inkişaf etməkdə olan bir sıra ölkələrdə  tətbiq edilən idxal 

əvəzləyici sənayeləşmə strategiyası  təcrübəsinin çox uğurlu bir təcrübə olmadığı qeyd oluna bilər. Bunun yerinə bir çox 

iqtisadçılar uzun müddətli, dayanıqlı iqtisadi inkişaf üçün ixracata əsaslanan sənayeləşmənin daha uğurlu bir strategiya 

olduğu üzərində həmfikirdirlər. 

 

 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1133   1134   1135   1136   1137   1138   1139   1140   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin