II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
86
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
HƏNDƏSƏ TƏLİMİNDƏ FƏZA TƏSƏVVÜRLƏRİNİN İNKİŞAF
ETDİRİLMƏSİNƏ DAİR (VII_IX)
Almarə ABBASOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
elmi.hisse.08@mail.ru
Həndəsə təliminin müasir mərhələsində əsas məsələlərdən biri hagirdlərin ən zəruri olan bilik, bacarıq və vərdişlərlə
silahlandırılmasından ibarətdir. Hazırda məktəb həndəsə kursunun opdimal məzmunun müəyyənləşdirilməsi və onun tədrisi
üçün yeni metod və priyomların seçilməsi axtarışları davam edir.
Məktəb həndəsə kursunun nəzəri çoxluq konsepsiyası əsasında qurulması özünü doğrultmadı. Çünki,tədris materia-
lının nəzəri çoxluq dilində şərhi təlimi mürəkkəbləşdirirdi, formalizmin yaranmasına səbəb olurdu. Bu cəhətdən «verilən
xassəyə malik nöqtələr çoxluğu» ifadəsi « nöqtələrin həndəsi yeri» kimi işlədilməsi daha məqsədəuyğundur. Sonuncu ifadə
şagird üçün daha aydın olub, onu müəyyən formalı fiqurun tapılmasına sovq edir. Halbuki «müəyyən xassəyəmalik
nöqtələr çoxluğu» ifadəsi şagird üçün olduqca mücərrəd olub qeyri-müəyyənlik yaradır.
VII-IX siniflərin həndəsə kursunda anlayışların verilməsində, formalaşmasında «nöqtələrin həndəsi yeri» anlayışı
mühüm rol oynayır. Nöqtələrin həndəsi yerini tapmağa aid məsələlər-əslində həndəsi fiqurların və ya onların kombinasiya-
larının tərifləri olub, ifadə tərzi başqa şəkildədtr. «Nöqtələrin həndəsi yeri bir metod kimi qurma məsələlərinin həllində
tətbiq olunur».VII-IX siniflərin həndəsi kursunda bu tipli məsələlərin sayı az olub,həm də bütün kurs üzrə müntəzəm
paylanmamışdır. Təcrübə göstərir ki, müəllimlərin əksəriyyəti qurma məsələləri həllinə az diqqət yetirir və bunun səbəbini
isə vaxt çatışmamazlığı ilə izah edirlər. Əslində bu məsələlər çoxsaylı didaktik funksiyalara malikdir.
VII-IX siniflərin həndəsə kursunda əsasən müstəvi üzərində nöqtələrin həndəsi yerinə aid, məsələlər nəzərdən
keçirilir. IX sinifdə həmin məsələlərin bəziləri fəzada nəzərdən keçirilir.
VII-IX siniflərdə verilən belə məsələlər əsasən tanışedici xarakter daşıyır. Belə ki, şagird məsələnin tələbinə görə ya
bilavastə qurma yolu ilə fiquru qurulur ya da onu təsəvvüründə canlandırır.
Məktəb şəndəsə kursuna aid metodik ədəbiyyatda müstəvi üzərində nöqtələrin həndəsi yerinə aid məsələlər iki qurupa
bölünür.
4;23
Birinci qurupa – fiqurun formasını müəyyən etməyə və beş əsas məsələdən başqa, qalan məsələlər aiddir.
İkinci qurupa isə-həndəsi qurmalarda tətbiq olunan məsələlər daxildir. VII-IX siniflərin həndəsə kursunda birinci qurup
məsələlər üstünlük təşkil edir. Burada bu tipli məsələlərin həlli aşağıdakı beş əsas məsələyə gətirilir:
1. Verilən nöqtədən --- məsafəsində olan nöqtələrin həndəsi yerini tapın.
2. Verilən iki nöqtədən bərabər məsafədə olan nöqtələrni həndəsi yerini tapın.
3. Verilən bucabın tərəflərindən bərabər məsafədə olan nöqtələrin həndəsi yerini tapın.
4. Verilən düz xətdən – məsafədə olan nöqtələrin həndəsi yerini tapın.
5. Verilən parçanın verilən bucaq altında göründüyü nöqtələrin həndəsi yerini tapın.
Yuxarıdakı məsələlərə gətirilən məsələlər müvafiq materialı ilə əlaqəli şəkildə nəzərdən keçirilir. Burada hər sinif üzrə
onların didaktik məqsədləri müəyyənləşdirilir. Məsələn, VII sinifdə nöqtələrin həndəsi yerinə aid məsələlər aşağıdakı
didaktik məqsədlərə xidmət edir.
1. Keçilmiş material möhkəmləndirilməsi.
2. Eyni bir fiqur və ya anlayışın müxtəlif vəziyyətlərində müşahidə edilməsi.
3. Nöqtələrin həndəsi yeri əsasında həndəsi fiqurun formasının müəyyən edilməsi.
4. Bu cür məsələlərin həlli prosesində şagirdlərin yeni və mühüm həndəsi təkliflərlə tanış edilməsi.
IX sinifdə stereometriya materiallarının öyrənilməsi ilə əlaqədar nöqtələr həndəsi yerinə aid aşağıdakı məsələlər nəzərdən
keçirilir:
1. Verilən iki nöqtədən bərabər məsafədə olan nöqtələrin həndəsi yeri.
2. Verilən müstəvidən – məsafədə olan nöqtələrin həndəsi yeri.
3. Verilən iki kəsişən müstəvidən bərabər məsafədə olan nöqtələrin həndəsi yeri.
4. Verilən düz xətdən – məsafədə olan nöqtələrin həndəsi yeri.
5; 124
5. Verilən nöqtədən--- məsafədə olan nöqtələrin həndəsi yeri.
Fəzada nöqtələrin həndəsi yerinə aid məsələlərin həllində şagirdlər əslində planmetriyada əldə etdikləri bilikləri yeni
vəziyyətlərdə tətbiq edirlər. Nöqtələrin həndəsi yerinə aid əsas məsələlərin sistematik təkrar edilməsi şagirdlərin fəza
təsəvvürlərinin inkişafında böyük rol oynayır.
Dostları ilə paylaş: |