II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
80
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ASPE + Bi
2
Te
3
KOMPOZİTLƏRİNİN DİELEKTRİK XASSƏLƏRİ
Sevinc SƏFƏROVA, Aysel HƏMZƏYEVA
Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti
geldar-04@mail.ru
AZƏRBAYCAN
Kristallaşmış polietilenlərə müəyyən miqdarda dispers əlavələrin vurulması, onların molekullarüstü qurluşlarının,
kristallaşma dərəcəsinin, makromolekulların düzülüş dərəcəsinin, polimerin struktur defektlərinin dəyişməsinə səbəb olur
ki, bu da öz növbəsində onların elektroaktiv (elektret, pyezoelektrik, antistatik), dielektrik, elektrofiziki, sensor və digər
xassələrini kəskin dəyişir. Bu halda aşağı sıxlıqlı polietilen sferolitlərin ölçülərinin azalması, kristallığın dəyişməsi,
müxtəlif funksional qrupların və molekullarüstü qruplaşmaların yaranması gözlənilir. Qeyd etmək lazımdır ki, əlavələrin
təbiətindən, ölçüsündən, paylanma xarakterindən asılı olaraq alınan polimer kompozit, elektrikkeçirici, antistatik və yaxud
dielektrik ola bilir. Bu səbəbdən də polietilenə müxtəlif əlavələr edilməklə alınan kompozitlərin bu və ya digər elektroaktiv
xassələri müxtəlif müəlliflər tərəfindən alınmış nəticələr müxtəlif cür şərh edilir. Məlum olduğu kimi elmi texniki tərəqinin
müasir səviyyəsində ehtiyatı fasiləsiz olaraq azalmaqda olan metal və yarımkeçirici materialları layiqincə əvəz etmək üçün
polimerlər və onların əsasında alınmış kompozitlərin hərtərəfli tədqiq edilərək tətbiq olunma imkanlarının araşdırılması
dövrümüz üçün aktual problem hesab oluna bilər. Bu baxımdan son illərdə aşağı təzyiqli polimerlərə geniş tətbiqolunma
imkanlarına malik
2
TlInSe
və
2
TlGaSe
birləşmələrdən əlavə etməklə alınan kompozitlərdən yaşama müddəti adi, təmiz
polimerlərin yaşama müddətindən dəfələrlə yüksək olan elektretlər artıq alınmışdır. Qeyd olunanlar baxımından bu tədqiqat
işində aşağı sıxlıqlı polietlenə Bi
2
Te
3
doldurucusundan əlavələr etməklə alınan kompozitlərin dielektrik xassələrinin
öyrənilməsi xüsusi diqqətə layiqdir. Həmin istiqamətdə aparılan tədqiqat işləri kifayət qədərdir və bu tədqiqatların nəticələri
praktikada müxtəlif təyinatlı qurğuların hazırlanmasında çox geniş miqyasda tətbiq olunur. Amma polimerlərə qeyri-üzvi,
xüsusilə də yarımkeçirici əlavələr vurmaqla alınmış kompozitlərin tədqiqinə yalnız son illərdə başlanmışdır və həmin
istiqamətdə də samballı tədqiqat işləri aparılmaqdadır. Bu tədqiqat işində aşağı sıxlıqlı polietilenə Bi
2
Te
3
əlavə etməklə
yeni kompozitlər alınmışdır. Matrisanın və doldurucunun stexiometriyaya uyğun miqdarları yüksək dəqiqliyə malik
tərəzidə çəkildikdən sonra hər iki komponent xüsusi qabda toz halına salındıqdan sonra bir-birinə qarışdırılır. Sonrakı
mərhələdə həmin qarışıq polimer matrisasının ərimə temperaturunda, 10÷15mPa təzyiqdə, alüminium folqa arasında
preslənir və nəticədə 100 mkm qalınlıqlı nazik təbəqə şəklində nümunələr alınır. Nümunələr suda sürətlə soyudulur və
folqa kənarlaşdırılır. Nümunənin polyarlaşdırılması tac boşalması üsulü ilə həyata keçirilir, çünki bu üsulda enerji itkisi
daha azdır. Bunun üçün yüklənmiş dielektrik səthdən müəyyən məsafədə yerləşdirilmiş iti uclu elektrodlardan istifadə
olunur. Həmin iti uclar arasında qığılcım boşalması yaranır, hava ionlaşır, elektron və ion yükdaşıyıcılarının elektretin
səthinə yerdəyişməsi baş verir. Kompozit təbəqənin polyarmaşması 6kV sabit gərginlikdə, 5 dəqiqə müddətində həyata
keçirilir. Alınmış kompozitlərin dielektrik xassələrini ölçmək üçün
)
(
,
)
(
T
tg
t
asılılıqları 5,10 və 15 həcm % Bi
2
Te
3
əlavəli nümunələrdə aparılmışdır. Şəkil 1-dən göründüyü kimi tərkibdə 5 və 10 həcm % Bi
2
Te
3
olan nümunələrdə 25-150
0
C
temperatur intervalında dielektrik nüfuzluğunun və dielektrik itki bucağının praktiki olaraq sabit qalması müşahidə edilir.
Kompozitin tərkibində Bi
2
Te
3
əlavəsinin miqdarı 15 həcm %-ə çatdıqda 60
0
C ətrafında dielektruik nüfuzluğunun 2,5 dəfə,
dielektrik itki bucağının 7,5 dəfə artması müşahidə edilmişdir. Təqdim olunan işdə ASPE+Bi
2
Te
3
kompozitlərinin
dielektrik nüfuzluqlarının və dielektrik itki bucağının tezlikdən asılılıqları da öyrənilmişdir. Göstərilən tip kompozitlərinin
dielektrik nüfuzluqlarının və dielektrik itki bucağının tezlikdən asılılıqları şəkil 2-də verilib.
Şəkil1.ASPE +xhəc.% Bi
2
Te
3
kompozitlərinin dielektrik nüfuzluqlarının (
)və tangens itki bucaqlarının (
tg
)
temperatur asılılıqları.
|