Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə160/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   156   157   158   159   160   161   162   163   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

78 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

HELIUM NEON LAZERLƏRI VƏ ONLARIN TƏTBIQ OLUNMA IMKANLARI 

 

SərxanHÜSEYNOV 

Azərbaycan Texniki Universiteti 



geldar-04@mail.ru 

AZƏRBAYCAN 



 

Lazerlər içərisində  ən geniş yayılmış olan, həyəcanlanmış ion atomlarında işləyən helium-neon (He-Ne) atomar 

lazeridir. Nakaçka nazik 5÷10:1 kapilyarda, ümumi 133 Pa təzyiqdə pitildəyən boşalmanın köməyilə həyata keçirilir. Lazer 

görünən və infraqırmızı  (İQ) spektrlərinin çoxlu xətlərində (200-dən cox) işləyə bilir. Lakin ən intensiv dalğa uzunluğu 

632,8 nm, 1152,3nm və 3391,2 nm olan xətlərdir. Energetik səviyyələrin sxemləri 1 şəklində verilib. 

 

 



Şəkil 1. Helium- neon lazerinin energetik səviyyələrinin sxemi. 

Helium metastabil, enerjini yaxşı toplayan 9–səviyyəyə malikdir. Helium və neon arasında enerji qıtlığı 300 sm

-1

 təşkil 


edir. Aşağı lazer səviyyələrinin boşalması toqquşmalar, (o cümlədən qazboşalması borusunun divarı ilə) hesabına baş verir. 

Konstruksiyadan asılı olaraq çıxış gücünün səviyyəsi (əsasən aktiv elementin uzunluğu və diametri) millivoltun 

hissələrindən yüzlərlə qiymətə  qədər olur. λ=632,8 nm xətti üçün, aktiv element vahidindən alınan  şüalanma enerjisinin 

məxsusi gücü 50 Vt/m olur. Məxsusi güçün belə qiymətini almaq və lazerin stabil generasasiyasına nail olmaq üçün 

λ=3391,2 nm–ya uyğun generasiya sıxışdırlmalıdır ki, bunun üçün də komersiya və laboratoriya işlərində geniş tətbiq edilən 

müxtəlif vasitələrdən istifadə edilir. Stabil şüalanma parametrləri almağa imkan verən  ən sadə  və sanballı, lazer 

güzgülərinin interferensiya örtükləri texnologiyasından istifadə edilməsidir. Bu örtük işçi dalğa uzunluğunda yüksək və 

onunla rəqabətdə olan dalğa uzunluğunda isə kiçik əks olunmanı yarada bilir.  

Bu yol kifayət qədər güclü, geniş diapozonlu dalğa uzunluğu, diaqnostikanın və terapiyanın çoxlu məsələlərini həll 

etməyə imkan verən He-Ne lazerinin yaradılmasına imkan verir.  Modifikasiyalarından asılı olaraq lazerlər yalnız eninə 

modlar (TEM

00

) və ya çoxlu modlar (TEM



mm

)-da işləyə bilər, xətti və ya təsadüfi polyarlaşmaya malik olur, bir və iki dalğa 

uzunluğunda  şüalandıra bilər və dalğa uzunluqlarına köklənə bilər. Güzgülər konkret şüalanma xəttinin generasiyası üzrə 

optimallaşdırılır. Az gücləndiricili xətlərdə generasiya əldə etmək üçün güzgü λ=632,8 nm və  λ=3391,2 nm dalğaları ilə 

işıqlandırılmalıdır. Güzgüləri dəyişməklə λ=632,8 nm rejimində işləyən lazeri istənilən başqa lazerə çevirmək olur. Dalğa 

uzunluqlarının yenisi ilə əvəz olunmasına güzgülərin dəyişdirilməsi ilə nail olunur. Amma güzgülərin dəyişdirilməsi üsulu 

həmişə  əlverişli deyil. Ona görə  də enli zolaqlı güzgülərdən istifadə edilir. Bu güzgülər rezanator daxilindəki dispersiya 

elementinin göndərilməsi ilə eyni zamanda bir neçə xətdə generasiyanı təmin edir.  

Beləliklə, ЛГН-215 tip lazerlərin aktiv elementinin dolmasını dəyişdirmədən eyni zamanda 5 dalğa uzunluğunda 632,8 

nm ətrafında ümumi gücü 5 MBt –a qədər olan generasiyalar almaqla dalğa uzunluqları və müvafiq güclər nisbəti aşaıdakı 

kimidir: 633: 612: 640: 629: 635 nm; 1,0:0,5: 0,4: 0,1: 0.1 mBt. 

Rezonator daxilində dönə bilən prizmalardan istifadə edilməsi 8 dalğa uzunluğunda ardıcıl generasiyaya imkan verir. 

Yenə də 632,8nm ətrafında (543,3 ÷730,5 nm) güc 30 mVt –a qədər, 1152,3 ətrafında (1079,8 nm; 1084,4 nm,1140,9nm; 

1160,1 nm; 1161,4nm; 1146,7 nm; 1198,6 nm) güc millivatın bir neçə hissəsindən bir neçə millivata qədər olur. Dalğa 

uzunluqlarının yenidən düzülməsinə rezonatorun uzunluğunu dəyişdirməklə  də nail olmaq olar. Helium –neon lazerləri  

daha uzun dalğalarda işləyə bilər. Məsələn, 5404,8 nm (0,1 mBt) dalğasının generasiyası mümkündür.  

Ümüumiyyətlə, He-ne lazerləri 57mkm-ə  qədər olan şüalanmanı generasiya edir, şüalanma parametrlərinin yüksək 

stabilliyi və istifadə müddətinin çox (100 min saata qədər) olması ilə xarakterizə edilir. Seriya ilə buraxılan lazerlərin çıxış 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin