Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə211/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   207   208   209   210   211   212   213   214   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

121 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

KOBALT FERRİT HİSSƏCİKLİ POLİMER NANOKOMPOZİTİN SİNTEZİ 

 

Günel ALLAHVERDİYEVA, R. ALOSMANOV 

Bakı Dövlət Universiteti 



gunel.allahverdiyeva.89@gmail.com

 

 

Son zamanlar nano ölçülü hissəcikli kompozitlərin alınması və xassələrinin öyrənilməsinə  dair çoxlu sayda tədqiqatlar 



aparılır. Belə kompozitlərin hazırlanmasında polimer matrisa özünəməxsus reaktor rolunu oynayır və polimerin təbiəti

eləcə də quruluşu formalaşan hissəciklərin ölçü və lokallaşmasına təsir göstərir. Nanoölçülü hissəciklərin formalaşmasında 

matrisa kimi polifunksional polimerlər böyük əhəmiyyət kəsb edir . 

Təqdim edilən iş polifunksional polimer/kobalt ferrit nanokompozitinin hazırlanmasına həsr olunmuşdur. 

Polifunksional polimer kimi butadien kauçuku əsasında sintez olunmuş fosfor tərkibli polimerdən (FTP) istifadə 

olunmuşdur. FTP məlum metodika üzrə sintez edilmişdir. 

Nanokompozitin hazırlanması üçün əvvəlcə FTP ilə Co

2+ 


ionlarının sorbsiyası aparılmışdır. Sorbsiya pH-ın 6 qiymə-

tində CoSO

4



7H



2

O məhlullarından həyata keçirilmişdir. Sonrakı  mərhələdə isə  tərkibində Co

2+

 ionları olan FTP ilə Fe



2+

 

ionlarının sorbsiyası aparılmışdır. Sorbsiyanın optimal şəraitinin təyin olunması üçün prosesə mühitin turşuluğunun və 



məhlulun qatılığının təsiri öyrənilmişdir. 

Fe

2+



 ionunun sorbsiyasının mühitin pH-dan asılılığı pH 1-8 intervalında öyrənilmişdir. 50 mq sorbent və 1 q/l qatılıqlı 

Fe

2+



  məhlulundan ( FeSO



1.5H

2

O ) 0.75 ml 25 ml-lik bükslərə tökülərək 24 saat müddətində tarazlıq alınana kimi 



saxlanılmışdır. Polimer süzülməklə ayrıldıqdan sonra filtratdan alikvot hissə götürərək ionların qalıq miqdarı tapılmışdır. 

Müəyyən olmuşdur ki, pH-ın 1, 2, 3, 4, 5, 6, 7, 8 qiymətlərində sorbsiya dərəcəsi uyğun olaraq 40, 60, 65, 86, 93.2, 92, 90, 

90.6 % təşkil edir. Sonrakı mərhələdə isə Fe

2+

 ionunun məhluldakı ilkin qatılığının sorbsiya dərəcəsinə təsiri öyrənilmişdir. 



Bunun üçün həcmi 25 ml olan bükslərə 0.1 mq dəqiqliklə çəkilmiş 50 mq sorbent və üzərinə tədqiq edilən metal ionunun 

maksimum sorbsiya dərəcəsinə uyğun mühit yaratmaq üçün optimal pH əlavə edib metal ionunun lazım olan ilkin qatılıqlı 

məhlulu  əlavə edilmişdir. Məhlulun ümumi həcmi 15 ml olmuşdur. 24 saat sorbsiya apardıqdan sonra polimer süzülərək 

ayrılmış və filtratda ionların miqdarı tapılmışdır. İonların sorbsiyası pH-ın 5 qiymətində aparılmışdır. Müəyyən olunmuşdur 

ki, məhlulda Fe

2+

 ionlarının qatılığı 10, 12, 16, 20, 40, 50, 60, 80 və 100 mq/l olduqda sorbsiya dərəcəsi uyğun olaraq 70, 



83.3, 87.5, 90, 97.5, 80, 66.6, 50 və 40 % təşkil edir. 

Sonrakı mərhələdə tərkibində Co

2+ 

və Fe


2+

 ionları olan FTP polimeri üzərinə ( hər 0.1 q-ə uyğun olaraq ) 50 ml 40 % - 

li tetrametilammonium hidroksid əlavə olunmuşdur. Qarışıq 3 saat müddətində 50˚C temperaturda qızdırılaraq 

qarışdırılmışdır. Sonda bərk faza ( polimer ) məhluldan ayrılmış  və 5 % - li  ammonium hidroksid məhlulu ilə 4 dəfə 

yuyularaq havada qurudulmuşdur. Sonrakı tətqiqatda alınmış kompozitin maqnit xassəli olduğu müəyyənləşdirilmişdir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin