XƏZƏR HÖVZƏSİNİN ÇİRKLƏNMƏ MƏNBƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTİNDƏ ARAŞDIRMALAR
Aytən BABAŞOVA, R.S.MƏMMƏDOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
caspian_rose@mail.ru
Xəzər hövzəsinin ekaloji tarazlığının qorunması sahilyanı ölkələr, o cümlədən Azərbaycan üçün çox aktual məsələdir.
Ona görə ki, hal–hazırda Xəzər hövzəsinin çirklənməsi sahilyanı ölkələr üçün ciddi problemlər yaradır.
Xəzər hövzəsi Azərbaycan üçün bir çox aspektlərdən önəmlidir: Xəzərin əsas sərvəti neft və qazdır. Hal–hazırda
Azərbaycanda hasil olunan neftin 67%-i, qazın isə 95%-i Xəzərdən çıxarılır. Nəqliyyat yolu və ətraf mühitin həmçinin
havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzər dənizinin fauna və
florasının özünəməxsus zənginliyi var. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərdə 920-ə yaxın heyvan
növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur. Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər
dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə,
çəki, xəşəm və başqa balıq növləri var.
Qeyd olunan böyük əhəmiyyətinə baxmayaraq Xəzər hövzəsi çoxsaylı mənbələrdən antropogen təsirlərdən çirkləndi-
rilməkdədir. İlkin mənbələrin araşdırılmasına əsasən Xəzərin çirklənmə mənbələrini aşağıdakı kimi qruplaşdırmaq olar.
1.Xəzərə axan çaylar vasitəsi ilə çirkləndirilmə - çirklənmənin ən böyük payı bu qrupa düşür. Tullantıların təqribən
80%-ni Volqa çayı gətirir. Rusiya tərəfindən il ərzində Volqa çayı hövzəsinə 16 km
3
çirkab suları axıdılır. Volqa çayının
orta axınında fenol və neft məhsullarının qatılığı YVQH –nı (yol verilən qatılıq həddini) 3 – 4 dəfə keçir. Çayın aşağı
axınında isə çirkləndirici maddə və birləşmələrin miqdarı YVQH-nın 10 – 15 mislini təşkil edir. Kür və Araz çayları
vasitəsi ilə Xəzərə külli miqdarda tullantılar axıdılır. Məlumdur ki, bu çaylar mənbəyindən mənsəbinə qədər keçdiyi
yerlərdə müxtəlif yollarla çirklənmələrə məruz qalır. Belə ki, Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi, Türkiyənin 31
|