II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
123
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
min, İranın 40 min və Azərbaycanın 37 min km
2
sahəsi Kür-Araz hövzəsinə aiddir. Türkiyə və İranda hər iki çay dağlıq
ərazilərdən keçərək sahillərində iri yaşayış məntəqələri, sənaye müəssisələri olmadığı üçün çirklənməyə məruz qalmır.Ən
çox çirklənmə Ermənistan və Gürcüstan ərazilərində (şəhərlərinin və çayın sahilində yerləşən yaşayış məntəqələri, sənaye
müəssisələri və kommunal-məişət tullantıları hesabına) baş verir.
2.Sahilyanı ərazidə yerləşən şəhərlər və sənaye müəssələrindən çirklənmə - Bir çox halda bütün suların çirklənmə
mənbələri antropogen təsir nəticəsində baş verir. Xüsusilə onlar ağır sənaye, dağ-mədən, neft-kimya, koks-kimya,
kağız-sellüloz, toxumçuluq, gön-dəri istehsalı və s. kimi sənaye sahələridir. Çirkab sularındakı bərk maddə hissəcikləri
Günəş işığının suyu tam işıqlandırılmasının qarşısını alır, fotosintez prosesi zəifləyir, sudakı canlıların qida zəncirini
müəyyən dərəcədə pozur. Xəzəri çirkləndirən mənbələr arasında Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı,
Rəşt, Ənzəli şəhərləri tərəfindən dənizə axıdılan çirkab suları var. Belə ki, bu şəhərlərin bütün kommunal və məişət tullan-
tıları Xəzərə axıdılır. Sənaye müəssələrindən dənizə axıdılan tərkibində zərərli kimyəvi maddələr olan çirkab sular suyun
tərkibini dəyişir. Təbii olaraq, bu da öz növbəsində Xəzərimizin zəngin fauna və florasına məhvedici təsir göstərir.
Qeyd etmək lazımdır ki, Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt
sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa
olunmuşdur.
3.Neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə - Müxtəlif qiymətləndirmələrə görə, Xəzər dənizində neft ehtiyatları 20
milyard tona çatır. Dənizdə neft-qaz yataqlarının kəşfiyyatı və istismarı, neft məhsullarının daşınması, həmçinin dəniz
nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Digər tərəfdən istifadə müddəti artıq başa çatan neft qurğuları, köhnəlmiş
texniki qurğular korroziyaya uğrayaraq dənizi çirkləndirir.
4.Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə -
Azərbaycan subasma baxımından Xəzərdə ən həssas zonadır. Dənizin dibində baş verən tektonik proseslər, son illərdə iqlim
dəyişmələri Xəzərin səviyyəsinin qalxmasına təsir edən əsas amillər kimi dəyərləndirilir.
Əlavə olaraq çirklənmə mənbələrinə çay və dəniz gəmiçiliyi, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci
çirklənmə, atmosferdəki hava axınlarının və yağıntıların vasitəsilə digər regionlardan ötürülən zərərli maddələrin təsirləri,
istismar üçün yararlı olmadığına görə batırılmış gəmilərin və digər texniki avadanlıqların zərərli təsirləri və s. misal ola
bilər. Xəzər dənizini çirkləndirən digər mənbələr də mövcuddur. Qeyd edilən mənbələrdən dəniz sularının zəhərli və
zərərli maddələrlə, əsasən də neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz ekosisteminin məhv
olmasına gətirib çıxarır. Su mühitinin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Təbii olaraq bu da insanların
sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.Xəzər dənizinin çirklənməsi transsərhəd ekoloji problem olub, ciddi təhlükə
yaradır. Bu problem Xəzəryanı ölkələr üçün xüsusilə aktualdır .
Qeyd edilən aktual ekoloji problemin həlli üçün müxtəlif üsullardan istifadə etmək səmərəli olar: ekaloji tarazlığın
təmin edilməsi istiqamətində təmizlənmə işlərinin aparılması; Xəzərə axıdılan çirkab suların təmizlənməsi prosesinin
monitorinqi; gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən mühafizəsinin təmin edilməsi, alternativ
enerji mənbələrindən yararlanmaq və s.
Tədqiqat sahəsinin aktuallığı ilkin araşdırmalarımızın gələcəkdə intensivləşdirilməsinə stimul verir.
Dostları ilə paylaş: |