Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə221/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   217   218   219   220   221   222   223   224   ...   1149
T, saat

Ç

ıx

ın,

 k

onv

er

si

ya

 %

0

10



20

30

40



50

60

70



80

1

2



3

4

T, saat



Ç

ıx

ım

, ko

n

ver

si

ya

 %


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

128 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

METAL SAXLAYAN KARBON NANOLİFLERİNİN ETİLBENZOLUN   OKSİDLƏŞMƏ 

PROSESİNDƏ KATALİTİK AKTİVLİYİNİN TƏYİNİ 

 

Nərminə ABDULLAYEVA, Eldar ZEYNALOV, Vaqif ABBASOV 

AMEA, Y.H.Məmmədəliyev adına  Neft-Kimya Prosesləri İnstitutu 



ab.narmina@gmail.com 

 

Neft karbohidrogenlərinin oksidləşmə prosesləri kimya elmində və mühəndisliyində mühüm yer tutur.Xüsusilə belə bir 



proseslərinin işlənib hazırlanması nefti və qazı hasil edən ölkələr üçün daha vacib və əhəmiyyətlidir.  Bu sahədə  Azərb. 

Milli Elmlər Akademiyasın Neft-Kimya Prosesləri  İnstitutunda geniş  tədqiqat işləri aparılır. Neftin  dizel fraksiyasının 

tərkibində olan karbohidrogenlər  əsas tədqiqat hədəfidir ki, onların havanın oksigeni ilə oksidləşməsi nəticəsində neft-

kimya sənayesi üçün çox qiymətli olan sintetik neft turşuları və oksiturşular alınır.  Karbohidrogenlərinin C-H rabitəsinin 

dissosiya enerjisindən asılı olaraq parafin, naften və aromatik birləşməlirinin oksidləşmə prosesləri fərqlidir. Prosesləri 

öyrənərkən aromatik karbohidrogenlərin inhibitor rolunun oynaması birmənalı müəyyən olunmuşdur.  Bu səbəbdən, 

tədqiqatçılar  əsas səylərini parafin və naften karbohidrigenlərinin -  parafin distillyatının, naften - parafin , naften - 

izoparafin qarışığının və naften konsentratının - müxtəlif katalizatorların iştiraki ilə oksidləşmə proseslərinə yönəldmişlər. 

Beləliklə, aromatik karbohidrogenlər bu proseslərdə kənar qalmış və praktiki olaraq tədqiq olunmamışdır, halbuki fərdi alkil 

aromatik karbohidrogenlərin oksidləşməsi gözəl, fundamental və praktiki əhəmiyyətli bir sahədir. 

Təqdim olunan işdə  dəmir və nikel saxlayan iki karbon nanoliflərinin (FutureCarbon GmbH, Germany) iştiraki ilə 

etilbenzolun oksidləşmə prosesinin formal kinetik qanunauyğunluqları öyrənilmişdir. Etilbenzol model karbohidrogen, 

metal saxlayan nanoborular isə yeni nəsil oksidləşmə nanokatalizatorlarının nümunələri simasında reaksiyaya cəlb 

olunmuşdur. Oksidləşmənin kinetikası oksigenin udulması yolu ilə qazometrik gurğunun vasitəsi ilə həyata keçirilmişdir. 

Eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, etilbenzolun aerobik oksidləşmə prosesində (100

o

C) metalın 



miqdarına görə eyni götürülmüş katalizatorların aktivliyi fərqlidir: – Ni saxlayan yolka quruluşlu CNF-HF karbon nanolifin 

aktivliyi, təxminən, 4-5 dəfə  Fe saxlayan lövhəcik quruluşlu CNF-PL karbon nanolifinin aktivliyindən artıqdır. 

Oksidləşmənin kinetik əyriləri reaksiyanın avtokatalitik yolla gedilməsini və müəyyən müddətdən sonra reaksiyanın 

məhsulları arasında alkilfenolların əmələgəlməsini göstərir.  

Alınmış nəticələr karbon nanoliflərininmetalın təbiətindən asılı olaraq alkil aromatik karbohidrohgenlərinin oksidləşmə 

proseslərində katalizator kimi tətbiqinin şərtlərini müəyyən edir.

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin