II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
128
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
METAL SAXLAYAN KARBON NANOLİFLERİNİN ETİLBENZOLUN OKSİDLƏŞMƏ
PROSESİNDƏ KATALİTİK AKTİVLİYİNİN TƏYİNİ
Nərminə ABDULLAYEVA, Eldar ZEYNALOV, Vaqif ABBASOV
AMEA, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
ab.narmina@gmail.com
Neft karbohidrogenlərinin oksidləşmə prosesləri kimya elmində və mühəndisliyində mühüm yer tutur.Xüsusilə belə bir
proseslərinin işlənib hazırlanması nefti və qazı hasil edən ölkələr üçün daha vacib və əhəmiyyətlidir. Bu sahədə Azərb.
Milli Elmlər Akademiyasın Neft-Kimya Prosesləri İnstitutunda geniş tədqiqat işləri aparılır. Neftin dizel fraksiyasının
tərkibində olan karbohidrogenlər əsas tədqiqat hədəfidir ki, onların havanın oksigeni ilə oksidləşməsi nəticəsində neft-
kimya sənayesi üçün çox qiymətli olan sintetik neft turşuları və oksiturşular alınır. Karbohidrogenlərinin C-H rabitəsinin
dissosiya enerjisindən asılı olaraq parafin, naften və aromatik birləşməlirinin oksidləşmə prosesləri fərqlidir. Prosesləri
öyrənərkən aromatik karbohidrogenlərin inhibitor rolunun oynaması birmənalı müəyyən olunmuşdur. Bu səbəbdən,
tədqiqatçılar əsas səylərini parafin və naften karbohidrigenlərinin - parafin distillyatının, naften - parafin , naften -
izoparafin qarışığının və naften konsentratının - müxtəlif katalizatorların iştiraki ilə oksidləşmə proseslərinə yönəldmişlər.
Beləliklə, aromatik karbohidrogenlər bu proseslərdə kənar qalmış və praktiki olaraq tədqiq olunmamışdır, halbuki fərdi alkil
aromatik karbohidrogenlərin oksidləşməsi gözəl, fundamental və praktiki əhəmiyyətli bir sahədir.
Təqdim olunan işdə dəmir və nikel saxlayan iki karbon nanoliflərinin (FutureCarbon GmbH, Germany) iştiraki ilə
etilbenzolun oksidləşmə prosesinin formal kinetik qanunauyğunluqları öyrənilmişdir. Etilbenzol model karbohidrogen,
metal saxlayan nanoborular isə yeni nəsil oksidləşmə nanokatalizatorlarının nümunələri simasında reaksiyaya cəlb
olunmuşdur. Oksidləşmənin kinetikası oksigenin udulması yolu ilə qazometrik gurğunun vasitəsi ilə həyata keçirilmişdir.
Eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, etilbenzolun aerobik oksidləşmə prosesində (100
o
C) metalın
miqdarına görə eyni götürülmüş katalizatorların aktivliyi fərqlidir: – Ni saxlayan yolka quruluşlu CNF-HF karbon nanolifin
aktivliyi, təxminən, 4-5 dəfə Fe saxlayan lövhəcik quruluşlu CNF-PL karbon nanolifinin aktivliyindən artıqdır.
Oksidləşmənin kinetik əyriləri reaksiyanın avtokatalitik yolla gedilməsini və müəyyən müddətdən sonra reaksiyanın
məhsulları arasında alkilfenolların əmələgəlməsini göstərir.
Alınmış nəticələr karbon nanoliflərininmetalın təbiətindən asılı olaraq alkil aromatik karbohidrohgenlərinin oksidləşmə
proseslərində katalizator kimi tətbiqinin şərtlərini müəyyən edir.
Dostları ilə paylaş: