SEOLİTTƏRKİBLİ KATALİZATORLAR ÜZƏRİNDƏ HEKSANIN
HİDROİZOMERLƏŞMƏSİ
Elşən ZEYNALOV
ADNA, “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ
zeto@box.az
Normal parafin karbohidrogenlərinin hidroizomerləşməsi neft fraksiyalarının yüksəkoktanlı benzin yanacağına
çevrilməsinin ən əlverişli yollarından biri hesab olunur. Hal-hazırda pentan-heksan fraksiyasının hidroizomerləşməsi
prosesləri sənayedə geniş yayılmışdır. Ona görə də bu proses üçün yeni səmərli katalizatorların axtarışı daha aktual hesab
olunur [1-2].
Mövcud tədqiqat işində sənaye OMNİCAT-210P və H-OMNİCAT seolit katalizatoru üzərində heksanın
hidroizomerləşməsi prosesi tədqiq edilmişdir [3].
N-heksanın hidroizomerləşməsi 5 sm
3
katalizator iştirakı ilə axarlı reaktorda, 200-350
o
C temperatur intervalında, H
2
:
n-C
6
H
14
= 2 : 1 nisbətində tədqiq edilmişdir. Katalizator kimi OMNİCAT-210P və H-OMNİCAT seolitdən istifadə
olunmuşdur. H-OMNİCAT katalizatorunu hazırlamaq üçün sənaye OMNİCAT-210P katalizatoru ilə 2N NH
4
NO
3
məhlulu
ilə emal edilir. Götürülən seolit və ammonium nitrat məhlulu nisbəti (3 ÷ 5) intervalında olmalıdır. Proses daimi qarışma
yolu ilə 50-60
o
C temperaturda 1 saat müddətində aparılır. Proses bitdikdən sonra qarışıq soyudulur, süzülür və distillə suyu
ilə yuyulur. Yuyulduqdan sonra qarışıq süzgəcdə süzülür, 1 sutka atmosfer havasında, 3-5 saat quruducu şkafda 120
o
C
temperaturda qurudulur. Quruduqdan sonra mufel sobasında 500
o
C-də 5 saat müddətində közərdilir, sonra həbləşdirilir və
istifadə olunur. Reaksiya məhsulları alovlu-ionlaşdırıcı detetktoru olan, 1 m uzunluqlu şüşə kalonka ilə təchiz edilmiş
“CHROM–5” xromatoqrafının köməyi ilə analiz edilmişdir. Sorbent kimi inzen kərpici (İNZ-600) üzərinə hopdurulmuş
vazelin yağından istifadə olunmuşdur. Prosesə lazım olan hidrogen generator vasitəsilə sistemə verilir.
|