Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə225/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   221   222   223   224   225   226   227   228   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

130 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

xassələri haqqinda məlumat verir. Sonra isə  hər iki elementin mühüm birləşmələri üzərində dayanır. Müəllim qələvi 

metalların mühüm duzlarının xassələrinin və  tətbiq sahələrinin ümumi xülasəsi haqqında məlumat vererkən tələbələrin 

nəzərinə çatdirır ki, I qrupun əsas yarımqrup lementlərindən kənd  təsərrüfatında  ən çox tətbiq olunan Na və K-un 

birləşmələridir. Bu elementıərdən əsasən kalium kənd təsərrüfatı bitgilərinin əsas qida elementıərindən biridir.     

Makroelemetlər sırasına daxil olan kaliumu bitkilər ion şəklində  mənimsəyir. Müəyyən edilmişdir ki, kalium ionu 

bitkilərdə gedən bir çox biokimyəvi proseslərdə, o cümlədən maddələr mübadiləsində  iştirak edir. Bitkilərdə 

karbohidrogenlərin  əmələ  gəlməsi üçün kalium hökmən lazımdır. Kənd təsərrüfatında gübrə kimi istifadə olunan kalium 

duzlarmdan ən lazımlısı silvinit KCl . NaCl və kainitdir - KCl . MgS04 . 3H20 . Silvinit mineralının tərkibində 14 - 18% , 

kainitdə 10 - 12% K20 (təsiredici maddə) vardır. 

Texniki kalium - xlorid duzu həm sərbəst, həm də kaliumun digər duzlan ilə qa- rışıq  şəkildə  kənd təsərrüfatında 

istifadə olunur. 

Gübrə kimi tətbiq edilən kalium duzlarından biri də kalium - sulfatdır. Tərkibində  təsiredici maddə çox olmasa da 

(K20-46-48%) istənilən kənd təsərrüfatı bitkiləri tərəfmdən çox yaxşı mənimsənilir. Bu duzu aşağıdakı üsulla alırlar : 2KC1 

+ 2MgS04 = K2S04. MgS04 + MgCl2 K2S04 . MgS04 + 2KC1 = 2K2S04 + MgCl2 

Doğrudur, bu duz bir qədər baha başa gəlir. Lakin hiqroskopik xassəyə malik olmaması onun saxlanılması və daşınması 

üçün şərait yaradır. 

Başqa bir kalium gübrəsi olan potaş (K2C03) haqqmda da tələbələrə  məlumat verilməlidir.  Ən ucuz və keyfıyyətcə 

yaxşı kalium gübrəsi olan potaşın tərkibində 

68% təsiredici maddə vardır. Bu gübrə yaxşı qələvi xassəyə malik olduğundan onu yalnız turşulaşdınlmış torpaqlara 

vermək lazımdır. Torpaq sulannda kalium - karbonat dissosiasiya edir: 

K2C03 


K+ + K2C03 

2K+ + C02-3 



Bu zaman bitkilər üçün qida mənbəyi olan kalium ionu hissəcikləri torpaq məhlulunda qalır. Kalium ionunun çox 

hissəsi toıpağın kolloid hissəcikləri tərəfındən udulur, belə halda bitki köklərinin onu (K+ - y) mənimsəməsi çətinləşir. Bu 

səbəbdən də torpaqda kalium çox olsa da bitkilər ondan lazımınca istifadə edə bilmirlər. 

Ən qatı gübrə kalium - xloriddir (KCl) . Tərkibində 50 - 62% təsiredici maddə vardır. Həm sərbəst , həm də digər 

kalium duzları ilə qanşıq  şəkildə istifadə olunur. Lakin bu duzun tərkibində olan CI- ionu bütün bitkilər tərəfındən yaxşı 

mənimsənilmədiyindən bu gübrənin istifadə olunması o qədər də geniş yayılmamışdır. Bu səbəbdən də torpaqda K+ -ionunu 

saxlayıb, CI- ionunu kənar etmək lazımdır.Tərkibində C1 olan kalium gübrələrini torpağa adətən payızda səpirlər ki, toxum 

yetişənədək və kök sistemi torpaqdan K+ - ionunu mənimsəyənədək ardıcıl yağışlar Cl ionunu yuyub dərinliyə aparsın. 

İki qat gübrə kimi istifadə olunan KN03 gübrəsinin tərkibində bitkilər üçün əsas qida hesab olunan üç elementdən (N2, 

P, K) ikisi / kalium və azot / vardır. Bu duzun əhəmiyyəti haqqında hələ D.İ.Mendeleyev "Kimyanm əsaslan"  əsərində 

göstərmişdi. 

Bitkilər hər il torpaqdan külli miqdarda kalium mənimsəyirlər. Ona görə də tor- paqda kalium gübrəsinə olan təlabat 

artır. Torpağa kalium - gübrəsi verilmədikdə bitkilər gec böyüyür, yarpaqları saralır, gövdəsi nazik və kövrək olur. Kifayət 

qədər kalium gübrəsi alan bitkilər isə yüksək məhsuldarlıqla yanaşı quraqlığa dözümlü olur, qışda şaxtadan donmurlar. Bu 

da hüceyrədə sulu karbon turşuların artması və osmotik təzyiqin çoxalması ilə izah olunur. Cavan bitkinin kalium gübrəsinə 

olan tələbi daha çoxdur. 

Kənd təsərrüfatı praktikasında hektara 30 - 90 kq K20 / təsiredici maddə /səpmək nəzərdə tutulmuşdur. Eyni zamanda 

həmin torpağa hansı bitkinin əkilməsi də nəzəyrə alınmalıdır. 

Çuğundur, kartof, paxlalı bitkilər, günəbaxan daha çox kalium gübrəsi tələb edir. Torpaq tərəfındən mənimsənilən lkq 

K20 əlavə 8 kq taxıl, 35kq kartof, 40 kq şəkər çuğunduru alınmasına səbəb olur. 

Kalium bitkilərdə fotosintez prosesinə  və toxumun cüeərməsinə kömək edir. Canlı orqanizmlərdə kalium əzələ 

hüceyrələrinin normal işi və əsəb sistemi üçün əvəzsizdir. 

Kalium bitki zülallarının  əsas tərkib hissəsini təşkil edir. Bitkilərin cavan hissələri və meristemaları kaliumla daha 

zəngindir. Kaliumun azlığı paxlalı və dənli bitkilərdə daha çox nəzərə çarpır və bitkilərdə göbələk xəstəliyinə qarşı həssaslıq 

artır, olmaması isə bitkilərin məhvinə səbəb olur. 

Kalium həm də bitkilərin qışa davamlılığmı artırır. Fosfor gübrəsi ilə birlikdə verildikdə quraqlığa qarşı müqaviməti 

artırır. Məhsulun yetişməsini sürətləndirir. 

Bitkilərdə kalium K+ ion şəklindədir. İonun bir hissəsi hüceyrə şirəsinin tərkibində olur. Digər hissəsi isə hüceyrənin 

struktur elementləri tərəfındən udulur. Bitki hüceyrələrində bu ionlar əsasən protoplazmada yerləşir. Hüceyrənin nüvəsində 

onlar hiss olunmurlar. Çoxalma və  nəsil artırma proseslərində kalium iştirak etmir. Buna baxmayaraq kaliumun bitki 

həyatmda yeri və rolu böyükdür. 

Kalium bitkinin kökündə, gövdəsində, yarpaqlannda olur. Belə ki, vegetativ orqanlarda kaliumun miqdarı nüvədəkinə 

nisbətən daha çoxdur. Daha bir xarakterik xüsusiyyəti : cavan bitkilər kaliumla yaşlı bitkilərə nisbətən daha zəngindir. 

Müəyyən edilmişdir ki, kalium ionu bitki hüceyrələrində üzvi maddələrin sintez olunmasmı  fəallaşdırır, xüsusən 

karbohidrogenlərin əmələ gəlməsinə bu ionlar güclü təsir edirlər. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin